Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-134/2023 04.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəpt olunmuş pay torpaq sahəsindən çıxarma və 15000 manat maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailəsinə məxsus Lerik rayonu Kəlvəz kəndində yerləşən, Lerik rayon Aqrar istehsalat Komissiyası tərəfindən verilmiş 2.38 hektar torpaq sahəsinin cavabdeh X4 tərəfindən geri alınması, eyni zamanda həmin 2.38 ha torpaq sahəsi üçün 2018-2022-ci il üçün əldən çıxmış faydaya görə X1 15000 manat məbləğində maddi ziyan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixində Lerik rayonu Kəlvəz kəndində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Lerik rayonu Kəlvəz kəndində yaşayır. Lerik rayon Aqrar istehsalat Komissiyasının qərarı ilə ailəsinin 6 (altı) üzvünə Lerik rayonu Kəlvəz kəndi ərazisində ümumi sahəsi 43 642.34 kv-metr torpaq sahəsi ayrılaraq verilmişdir.Həmçinin torpağa aid dövlət aktı verilmişdir.Bu torpaq sahələrinin qanuni olaraq mülkiyyətində olmasına baxmayaraq, torpaqların 23 775.11 kvmetr yəni (2.38 ha) hissəsi cavabdeh X4 tərəfindən qanunsuz olaraq zəbt edilib. Cavabdeh X4 həmin torpaq sahəsində onunla heç bir icarə müqaviləsi olmadan işlər aparmış, ot sahəsinə çevirmiş və bəzi İşləri aparmışdır. Cavabdeh həmin sahədə 3 (üç) ildən çoxdur ki, əkir-biçin işləri görür. Ona dəfələrlə 23 775.11 metr-kv torpağın zəptdən azad edilməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna heç bir məhəl qoymamışdır. Hətta, cavabdeh şəxsə yaxın insanlar vasitəsilə, qanunsuz hərəkətlərindən çəkinməyi xəbər göndərsdə bir nəticəsi olmamışdır. Kənd kiçikdir. Bu səbəbdən də o, maksimum dərəcədə burada münasibətlərin qorunmasına çalışmış, ağsaqqal tövsiyələri ilə onu qanunsuz hərəkətlərdən çəkinməyə çağırmış, qanunun aliliyini xatırlatmışdır. Lakin, cavabdeh onların bu tələbinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirmişdi. Cavabdeh barədə yerli icra hakimiyyəti nümayəndələrinə və iki dəfə Lerik Rayonu İcra Hakimiyyətinə də məlumat verilmişdir.Mülkiyyətində olan torpağın zəbti və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(048)- 447/2020 saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli 10/ 6846 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2153/2023 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayonu X2 xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN- 0069 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin dörd hissədən ibarət olması müəyyən edilmişdir. Həmin 4,66 ha torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə 2,3775 ha hissəsi yerləşir və 2,3775 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı JN-0069 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Kəlvəz kəndi ərazisində yerləşən 4,66 ha pay torpaq sahəsinin mübahisəli ərazidə olan 2.3775 ha hissəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ki, 30 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6846 nömrəli bildirişdən görünür ki, ekspertizanın tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8293 saylı qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8627 saylı qəbzdən görünür ki, DƏDRX-nin Lənkaran ərazi idarəsinə 109 manat pul ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçılara məxsus torpaq sahələri cavabdeh tərəfindən zəpt olunmuşdur.İddiaçı dəfələrlə cavabdehə mülkiyyətinə verilmiş torpaqın asudələşdirilməsini bildirsələr də, cavabdehlər ona heç bir əhəmiyyət verməmişlər. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçı məxsus olan Lerik rayon Kəlvəz kəndində yerləşən 2.3775 ha hissəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iddaiçıların cavabdehdən 15000 (on beş min) manat maddi ziyan tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbinin həmin hissəsi ilə bağlı sübütlar məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN- 0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2.3775 ha torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən kadastr və yerqurluş Lahiyyə-Tədqiqat mərkəzinə ödənilmiş 109 (bir yüz doqquz) manat, dövlət rüsumunun əvəzi olan 200 (iki yüz) manat cavabdehə Cavabdeh alınaraq İddiaçı verilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik rayonu, Kəlvəz kəndində yerləşən JN- 0069 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2.3775 ha torpaq sahəsi Cavabdeh alınaraq İddiaçı mülkiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən kadastr və yerqurluş Lahiyyə-Tədqiqat mərkəzinə ödənilmiş 109 (bir yüz doqquz) manat, dövlət rüsumunun əvəzi olan 200 (iki yüz) manat cavabdehə Cavabdeh alınaraq İddiaçı verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 04 dekabr 2023-ci il 2 (048)-134/2023 İddiaçı (Lerik rayonu, Kəlvəz kəndi) Surəti: Cavabdeh (Lerik rayonu, Kəlvəz kəndi) Lerik Rayon Məhkəməsinin 04 dekabr 2023-ci il tarixli 2(048)-134/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 05 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-134/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-134/2023
04.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver