Məhkəmə qərarları › İş №2(048)-134/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-134/2024

03.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-134/2024 03.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Müqəddəs qızının Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın asudələşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Müqəddəs qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarına əsasən JN 0015 saylı, 80312028 KOD nömrəli Dövlət Aktı ilə Lerik rayon Bilnə kəndində yerləşən ailə üzvlərinin mülkiyyətinə verilən pay torpaq sahəsinin cavabdeh Lerik rayon Bilnə kəndinin qeydiyyatda olan Cavabdeh zəbtindən azad edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü il tarixdə Lerik rayonu Bilnə kəndində anadan olmaqla, Lerik rayon Bilnə kəndində qeydiyyatdadır. Lerik rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı ilə iddiaçının ailə üzvlərinə 2.52 hektar kənd təsərrüfatı məhsulları istahsalı üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsində torpaq sahəsinin mülkiyyətçisi atası X1r.Atası 2012-ci il tarixdə vəfat etmişdir.Atası vəfat edəndən sonra babası yəni Cavabdeh həmin torpaq sahəsindən onlara istifadəyə icazə verməmişdir.Sözügedən torpaq sahəsini uzun illərdir ki, cavabdeh istifadə edir.Torpağın zəbtdən azad olunmasını ona dəfələrlə desə də, o torpağı zəbtdən azad etməmişdir. Ona və ailə üzvlərinə verilmiş torpaq sahəsini cavabdeh öz şəxsi məqsədləri üçün istifadə edir.Odur ki, torpaq sahəsi üzərində hüquqlarının müdafiə edilmsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı Müqəddəs qızı məhkəməyə teleqramla möraciət edərək cavabdehə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair qaldırılmış iddiasını müdafiə etdiyini və iştirakı olmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında olan şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Qara ciyər koması səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 30344 saylı qəbzdən görünür ki,İddiaçı Müqəddəs qızı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN: 0015 Kod 80312028 saylı Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarına əsasən iddaçı İddiaçı Müqəddəs qızına və ailə üzvlərinə 2.52 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(048)-43/2023 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasib Kərimov tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1651 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 04 mart 2024cü il tarixli, 3-21-3-43/2-597/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı ilə JN-0015 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı Müqəddəs qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonunun Bilnə kəndi ərazisində yerləşən 2.52 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun üç hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 04 mart 2024-cü il tarixli, 3-21-3-43/2-597/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı ilə JN-0015 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı Müqəddəs qızı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonunun Bilnə kəndi ərazisində yerləşən 2.52 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin bütövlüklə Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ********** saylı 19 may 2023-cü il tarixli xidməti tapşırığa əsasən,Azərbaycan Respublikası Lerik Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(048)-43/2023 saylı iş üzrə mübahisəli torpaq sahəsinə mütəxəssis rəyinin verilməsinə dair ekespertiza xərclərinin 0101 nömrəli 06 iyul 2023-cü il tarixli smetasından görünür ki,Torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün olan ümumi smeta dəyəri 110.20 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 16379 saylı qəbzdən görünür ki, İddiaçı Müqəddəs qızı 110.20 manat ekspertiza xərci ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı ilə JN: 0015 Kod 80312028 olan torpağ sahəsi iddiaçının atasının mülkiyyətinə verilmişdir. İddiaçının və ailə üzüvlərinin mülkiyyətinə verilmiş 2.52 ha torpaq sahəsinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı torpaq sahəsinin zəbtdən azad edilməsi üçün çoxlu səylər göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməklə, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı ilə JN-0015 KOD 80312028 sayla İddiaçı Müqəddəs qızı və ailə üzüvlərinə verilmiş 2.52 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh torpaq sahəsindən çıxarılmalı və həmin torpağ sahəsi mülkiyyətçisinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 110.20 manat pul ümumilikdə 210.20 manat pul Cavabdeh alınaraq İddiaçı Müqəddəs qızına verilməlidir. Əlavə olaraq Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı ilə JN- 0015 KOD 80312028 sayla İddiaçı Müqəddəs qızı və ailə üzvlərinə verilmiş 2.52 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılsın Cavabdeh torpaq sahəsindən çıxarılsın və həmin torpağ sahəsi mülkiyyətçisinə qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 110.20 manat pul ümumilikdə 210.20 manat pul Cavabdeh alınaraq İddiaçı Müqəddəs qızına verilsin. Əlavə olaraq Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar