Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-135/2024 06.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon Rəzəvul kənd sakini Cavabdeh tərəfindən zəbt olunmuş ona və bacısı İddiaçı2 məxsus Lerik rayonu Rəzəvul kəndində yerləşən torpaq sahəsinin cavabdehin zəbtindən azad olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bacısı İddiaçı2 məxsus 0.37 ha pay torpaq sahəsi və ona isə Rəzəvul Ərazi İcra Nümayəndəsinin 14 may 1999-cu tarixli 05 saylı sərancamı ilə 0.20 ha həyətyanı torpaq sahəsi və 0.08 ha həyatyanı torpaq sahəsi verilmişdir. Cavabdeh həmin torpaq sahələrini qanunsuz olaraq zəbt etmişdir. Bununla bağlı cavabdehə torpağın zəbtdən azad edilməsini bildirsələr də cavabdeh heç kimə tabe olmamış, onların bu tələbinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirmişdir.İddiaçilar mülkiyyətlərində olan torpağın zəbti və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclası zamanı iddiadlarını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Dövlət mülkiyyət hüququna dair JN-0026 KOD 80313068 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı2 Lerik rayonu Aqrar İslahat Komissiyasının 12 dekabr 1997-ci il tarixli 03 saylı qərarı ilə Lerik rayon Rəzəvul kəndində 0.37 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(048)-47/2023 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/1653 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-406/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat komisiyasının xx.xx.1997-ci il tarixli 03 saylı qərarı əsasında N-0026 nömrəli “Torpağa mülkiyyət hüquna dair Dövlət Aktı” ilə İddiaçı2 Rəzəvul kəndində yerləşən 0.37 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin məhkəmə predmeti olması müəyyən olunmuşdur. Mütəxəssi rəyinə əsasən iddiaçı X1 Rəzəvul kənd Ərazi İcra Nümayəndəliyinin xx.xx.1999-cu il tarixli, 05 saylı sərəncamı ilə ayrılmış 0.20 ha torpaq sahəsinin konkret yerləşmə yerini göstərən torpaqqayırma sxemi ( torpaq sahəsinin sərhəd, yerləşmə,həndəsi ölçüləri və s.əks olunan) mülki iş sənədlərinə əlavə olunmadığından və yerləşmə,həndəsi olunmadığını və ya mövcud olmadığından ,həmçinin 0.08 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki sənədlər təqdim olunmadığından,həmin 0.20 ha və 0.08 ha torpaq sahələrinin sənəd üzrə sərhədlərini müəyyən etmək mümkun olmamışdır. Qərardadın ikinci sualı üzrə nəticəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 19 fevral 2024-cü il tarixli, 3-21-3-43/2-406/2024 saylı mütəxəssis rəyinə əsasən,Torpaqların elektron uçotu informasiya sistemində araşdırma zamanı JN-0026 nömrəli “Torpağa mülkiyyət hüquna dair Dövlət Aktı” ilə İddiaçı2 (Mərifət) Həbib qızının mülkiyyətlərinə olan Lerik rayonu ,Rəzəvul kəndi ərazisində 0.37 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Həmçinin İddiaçı1 ayrılmış 0.20 ha və 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkun olmadığından həmin torpaq sahələrinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini də müəyyənləşdirmək mümkun olmamışdır. İş materiallarına əlavə edilmiş ********** saylı 18 iyul 2023-cü il tarixli xidməti tapşırığa əsasən,Azərbaycan Respublikası Lerik Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli 2(048)-47/2023 saylı iş üzrə mübahisəli torpaq sahəsinə mütəxəssis rəyinin verilməsinə dair ekespertiza xərclərinin 0140 nömrəli 19 yanvar 2023-cü il tarixli smetasından görünür ki,Torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün olan ümumi smeta dəyəri 317 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 22472 saylı qəbzdən görünür ki, İddiaçı1 337 manat ekspertiza xərci ödəmişdir. İş materiallarına əlavə edilmiş ki, 17 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1653 nömrəli bildirişdən görünür ki, ekspertizanın tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 (Mərifət) Həbib qızının mülkiyyətdində olan Lerik rayonu ,Rəzəvul kəndi ərazisində 0.37 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.İddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəpt olunmuşdur.İddiaçı dəfələrlə cavabdehə mülkiyyətinə verilmiş torpağın asudələşdirilməsini bildirsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçı2 (Mərifət) Həbib qızının mülkiyyətlərinə olan Lerik rayonu ,Rəzəvul kəndi ərazisində 0.37 ha torpaq sahəsinin Cavabdeh tərəfindən çəpərə alınaraq istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iddaiçı İddiaçı1 ayrılmış 0.20 ha və 0.08 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini müəyyən etmək mümkun olmadığından həmin torpaq sahələrinin Cavabdeh tərəfindən istifadə edilib-edilməməsini də müəyyənləşdirmək mümkun olmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə Lerik rayonu Rəzəvul kəndində yerləşən JN-0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı2 (Mərifət) Həbib qızının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.37 ha torpaq sahəsinin Cavabdeh alınaraq İddiaçı2 (Mərifət) Həbib qızının mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı1 tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 337 manat pul Cavabdeh aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik rayonu, Rəzəvul kəndində yerləşən JN- 0026 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı2 (Mərifət) Həbib qızının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,37 ha torpaq sahəsi Cavabdeh alınaraq İddiaçı2 (Mərifət) Həbib qızının mülkiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı1 tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 337 manat pul Cavabdeh tutularaq iddiaçılara verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-135/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-135/2024
06.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver