Məhkəmə qərarları › İş №2(048)-136/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-136/2024

18.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-136/2024 18.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Cavabdeh2 qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı qanunsuz zəpt olunmuş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən zəbt olunmuş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ki, Lerik şəhərində yaşayır. Özü İİ qrup Qarabağ müharibəsi əlilidir. Lerik şəhəri M.F.Axundov küçəsi 5-də xüsusi mülkiyyətində 0.2539 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 212.4 kv. metr olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 02 iyun 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaqla həmin tikili və topağın hüquqi sahibi o, özüdür. Xüsusi mülkiyyətində olan Lerik şəhəri M.F.Axundov küçəsi 5-də yerləşən torpaq sahəsinə gediş gəliş üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş "Texniki Pasporta" əsasən avtomobil yolu nəzərdə tutlmuşdur. Lakin o, həmin yoldan istifadə edə bilmir. Çünki Lerik şəhər sakinləri cavabdehlər Cavabdeh1 və X1 onun xüsusi mülkiyyətində olan torpaq sahəsinə gedən avtomobil yolunu qanunsuz zəbt edərək torpaq sahəsinə gedən avtomobil yolunu dəmir dirəklərlə bərkidilmiş dəmir torlar vasitəsi ilə zəpt etmişlər. Bu səbəbdən öz mülkiyyətində olan torpaq sahəsinə gedən avtomobil yolundan istifadə etmək istəsə də cavabdehlər buna imkan vermirlər. Onlara bu barədə öz fikrini bildirkdə cavabdehlər bu torpaq sahəsinin və həmin yol onların mülkiyyətində olduğun bildirmişlər.Ona görə də bu barədə məhkəməyə müraciət etmək qəraraına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X1 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı onlara şər böhtan atır.İddiaçının söylədikləri yalandır.O, iddiaçı ya məxsu yolu zəpt etməmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsin xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındarı. İş materiallarına əlavə edilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışından görünür ki, ünvan 2 ünvanında xüsusi mülkiyyət hüququ ilə 212.4 kvadratmetr nəqiliyyat, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli 3-16-16/2- 10/8865 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 2500/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan berik şəhəri M.F..Axundov küçəsi, 5 ünvanında yerləşən 0,2539 ha torpaq sahəsinə gediş-gəliş üçün avtomobil yolunun cavabdehlər Cavabdeh1 və X1 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü İddiaçıın üzərinə düşür. Məhz İddiaçı öz tələbində göstərdiyi kimi onlara məxsus olan torpaq sahəsinə gedən yolun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən zəbt olunmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılıqlarının pozulması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən zəbt olunmuş avtomobil yolunun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Əlavə olaraq iddiaçılar İddiaçı müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən zəbt olunmuş avtomobil yolunun açılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Əlavə olaraq iddiaçılar İddiaçı müştərək qaydada ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar