Məhkəmə qərarları › İş №2(048)-138/2023

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-138/2023

28.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-138/2023 28.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh1 qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Lerik rayon Xəlfəkücə kənd sakinləri X2 və Cavabdeh1 ona məxsus Lerik rayon Xəlfəkücə kəndində yerləşən 1.55 ha pay sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş tərəflər, heç bir üzürlü səbəb olmadan 28 dekabr 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Eyni zamanda tərəflər işə onların iştirakı olmadan baxmağı məhkəmədən xahiş etməmişlər. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X2 və Cavabdeh1 qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu mailto:contact@lerikcourt.gov.azElektron ünvan «28» dekabr 2023-cü il № 2 (048)-138/2023 Məmmədov Hakı̇ m Əlı̇ oğluna (Lerik rayoni Xəlifəküçə kəndi) Surəti:X1 (Lerik rayoni Xəlifəküçə kəndi) Lerik Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(048)-138/2023 saylı qərardadı Sizə göndərilir. Qoşma: 01 vərəqədə qərardad hər bir ünvana. Məhkəmənin sədri :Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu mailto:contact@lerikcourt.gov.azElektron ünvan «28» dekabr 2023-cü il № 2 (048)-138/2023 İddiaçı1 dəmhəṙ ıṀ oğluna (Lerik rayoni Xəlifəküçə kəndi) Surəti:İddiaçı2 anulğȯ (Lerik rayoni Xəlifəküçə kəndi) Lerik Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(048)-138/2023 saylı qərardadı Sizə göndərilir. Qoşma: 01 vərəqədə qərardad hər bir ünvana. Məhkəmənin sədri: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar