Məhkəmə qərarları › İş №2(048)-144/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-144/2024

25.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-144/2024 25.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri" Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı zəbt olunmuş həyatyanı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1998-ci il tarixli Piran kəndində JN 194F nömrəli 0.05 ha həyatyani torpaq sahəsinin sərhədlərinin naturada müəyyənləşdirilməsi və şəxsi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1970-ci il tarixdə Lerik rayon Siyov kəndində anadan olmuşdur. 1996-cı il tarixdə Piran kənd məktəbində müəllim işləmiş və Piran kəndinin qeydiyyatina keçmişdir.Lerik rayon Aqarar İslaha komissiyasının JN 194F saylı, 25 dekabr 1998-ci il tarixli 46 saylı qərarı ilə ona 0.05 hektar həyətyani torpaq sahəsi verilmişdir.2020-ci il tarixdə Lerik rayonunun Piran kəndində təkrar torpaq islahati aparılan zaman ona 0.05 ha torpaq sahəsi ayrılıb lakin ona ayrılan torpaq sahəsi Piran kənd sakini evi ilə eyni əraziyə düşür. Bu məsələnin həlli ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciəti araşdırıldıqdan sonra müəyyən olunmuşdur ki, Lerik Rayon Aqrar İslahat Komisiyyasının 25 dekabr 1998-ci il tarıxlı 46 saylı qərarı ilə ona Piran kəndində 0.05 ha həyətyanı torpaq sahəsi ayrılmış, bununla bağlı JN 194F nömrəli torpaq mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Buna baxmayaraq Piran Ərazi icra Nümayəndəliyindən təqdim olunan arayışda ona Piran Kəndində həyətyanı torpaq sahəsinin verilməsi barədə Piran kənd ev təsərrüfatının uçot kitabında heç bir məlumatın olmadığı qeyd olunmuşdur. Lerik Rayon Dövlət Arxivinin verdiyi arayışda Piran kəndinə aid 2011-2015-ci illərin 03 saylı təsərrüfatbaşına kitabın 267 saylı şəxsi hesabatında ona dair qeydiyyatımın olduğu göstərilmişdir. Bundan əlavə Əmlak Məsələləri Dövlət Reyestr Xidmətı 10 saylı Ərazi İdarəsindən təqdim olunan arayışda da elektron məlumat bazasında adıma 0.05 ha həyatyanı torpaq sahəsinin olduğu göstərilmişdir. Müraciətinə cavab olaraq sonda mövcud torpaq qanunvericiliyinə əsasən müvafiq icra hakimiyyati organının və ya bələdiyyənin qərarı ile tərəflər razı olmadıqda torpaqla bağlı mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılması da qeyd edilmişdir. Ona və ailə üzvlələrinə məxsus həyətyanı torpaq sahəsinin sərhədlərinin naturada tanıdılmasına köməklik göstərilməsi barədə xx.xx.2019-cu il tarixli müraciətinə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın kadastrı ve Ünvan Reyestri Xidmətinin tabeliyində "Kadastr ve Yerqurluşu Layihe-Tədqiqat Markazi MMC-de baxılmışdır. Müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədiyle ona ailə üzvlərinə həyetyanı məxsus torpaq sahasinə dair hüquq müəyyənedici sənədin əslini "Kadastr və Yerqurluşu Layiha-Tədqiqat Markazi MMC-də baxılması üçün əlaqələndirilmənin təmin edilməsi məqsədiylə Cəlilabad Layihə Tədqiqat idarəsinin Lənkəran şəhəri, Qala Xiyabani küçəsi, 2 unvanında yerləşən idarəsinə mülkiyyətçi tərəfindən teqdim olunmasının zəruriliyi bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saytı Ərazi İdarəsindən verilən araşıyda da Lerik rayonunun Piran kəndində ona məxsus 0.05 ha torpaq sahəsinin olması göstərilmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılamsını xahiş etdi. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri" Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsininə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-194F KOD 80318088 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1998-ci il tarixli 46 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 0.05 ha kənd həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 19701 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(048)-488/2022 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 27 fevral 2024-cü il tarixli 3-16-16/2- 10/1573 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 12 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-76/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat komisiyasının xx.xx.1998-ci il tarixli 46 saylı qərarı əsasında JN-194F KOD 80318088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnam ilə İddiaçı Piran kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsin in koordinatları da müəyyən edilmişdir. İddiaçı mülkiyyətinə verilmiş sözügedən 0.05 ha həyətyanı torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnam sənədindəki yerləşmə yerinin faktiki vəziyyətdə iddia olunan yerə uyğun gəlməməsi, yəni kompleks yerquruluşu layihəsinə əsasən həmin şəhadətnamə ilə verilən torpaq sahəsinin iddia olunan yerdə deyil, kəndin digər yerində yerləşməsi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, sözügedən torpaq sahəsinin JN-194F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinin kompleks yerquruluşu layihəsinə əsasən yerləşmə yerində də uyğunsuzluqların olması, yəni həmin konturda yerləşən torpaqların sənəd üzrə məkan göstəriciləri ilə faktiki vəziyyətdəki məkan göstəricilərin uyğun gəlməməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı digər şəxsin xüsusi mülkiyyətində (hüquq sahibi X1) olan torpaq sahəsinin üzərinə düşməsi və torpaq sahəsinin sonuncunun faktiki istifadəsində olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ********** saylı 16 fevral 2023-cü il tarixli xidməti tapşırığa əsasən,Azərbaycan Respublikası Lerik Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(048)-488/2022 saylı iş üzrə mübahisəli torpaq sahəsinə mütəxəssis rəyinin verilməsinə dair ekespertiza xərclərinin 041 nömrəli 04 aprel 2023-cü il tarixli smetasından görünür ki,Torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün olan ümumi smeta dəyəri 95 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 15983 saylı qəbzdən görünür ki, İddiaçı 95 manat ekspertiza xərci ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılıqlarının pozulması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri" Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ona məxsus Lerik rayon Piran kəndində yerləşən torpaq sahəsinin sərhədləri naturada müəyyənləşdirilməsi və şəxsi istifadəsinə verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri" Publik Hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən ona məxsus Lerik rayon Piran kəndində yerləşən torpaq sahəsinin sərhədləri naturada müəyyənləşdirilməsi və şəxsi istifadəsinə verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Əlavə olaraq İddiaçı oğlundan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar