Məhkəmə qərarları › İş №2(048)-144/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-144/2025

31.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-144/2025 31.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Muradov Nurlan Əliyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərində olma və mirasın qəbul edilmə faktlarının müyəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının yeganə vərəsəsi olma faktının və ondan miras qalmış JN-0038 KOD 80306158 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə, Lerik rayon Kəlvəz kəndində xususi mülkiyyətimizdə verilməklə umumi sahəsi 0.79 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin miras kimi mənim tərəfimdən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının onun bibisi olma faktının, 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızından miras qalmış JN- 0038 KOD 80306158 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə, Lerik rayon Kəlvəz kəndində xususi mülkiyyətimizdə verilməklə umumi sahəsi 0.79 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin miras kimi onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, mərhum bibisi 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızı vəfat etdiyi 14 aprel 2018-ci il tarixinədək onunla birgə onun himayəsində yaşamış, evlənmədiyindən heç bir vərəsəsi olmamışdır. Mərhum bibisi Əliyeva Kamilə Babaş qızı vəfat edəndən sonra miras əmlakı qəbul edərək, təsərrüfatı o idarə edir,miras əmlakla əlaqədar heç bir mübahisə yoxdur. Hazırda mərhum bibisi 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının yeganə vərəsəsi odur.Bu barədə Lerik RİH Kələxan ƏİN-nin 19 noyabr 2024-cü il tarixli 5- 65-20/2-59/2024 saylı və 5-65-20/2-60/2024 saylı arayışlarını ərizəmə əlavə edir. Valideynlərim və mərhum bibisi 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızı vəfat edənə qədər onlarla birlikdə yaşayaraq təsərrüfatı birgə idarə etmişlər, hazırda təsərrüfatı özü idarə edir. Lerik rayon X4 21 oktyabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə, Lerik rayon Kəlvəz kəndində xususi mülkiyyətlərinə verilməklə umumi sahəsi 0.79 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi mərhum bibisi Əliyeva Kamilə Babaş qızının adına JN- 0038 KOD 80306158 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilməklə onların mülkiyyətinə mülkiyyətinə verilmişdir.Buna görə də o, mərhum bibisi 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının AR MM-nin 1159.1.1-ci maddəsinə əsasən yeganə vərəsəsidir. O, mərhumun qanun üzrə vərəsəsi kimi miras əmlakı qəbul edərək mübahisəsiz qaydada idarə edirəm.Miras əmlakın bölgüsü ilə əlaqədar heç bir mübahisə yoxdur.Odur ki, göstərilənləri nəzərə alaraq ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X2 izahat verərək bildirdi ki, Ərizəçi tanıyır həqiqətən 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızı ərizəçinin bibisidir, Əliyeva Kamilə Babaş qızı vəfat etdiyi vaxta kimi Ərizəçi himayyəsində yaşamış, ondan miras qalmış, Lerik rayon Kəlvəz kəndində yerləşən 0.79 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin faktiki olaraq Ərizəçi istifadəsində olmasını təsdiq etdi. Məhkəmə iclasında iştirak edən digər X6 şahid X1 uyğun ifadə verdi. Maraqlı şəxs Lerik rayon Dövlət Notariat Ofisinin dövlət notarisuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızı vəfat etdiyi 11 aprel 2018-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik RİH Kələxan ƏİN-nin 19 noyabr 2024-cü il tarixli 5-65- 20/2-58/2024 saylı arayışdan görünür ki, Ərizəçi Lerik rayon Kəlvəz kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş Lerik RİH Kələxan ƏİN-nin 19 noyabr 2024-cü il tarixli 5-65- 20/2-59/2024 saylı arayışdan görünür ki, Ərizəçi ərazilərinin Kəlvəz kəndində yaşayır və bibisi Əliyeva Kamilə Babaş qızı xx.xx.2018-ci il tarixində vafat etmişdir, vəfat etdiyi vaxta kimi Ərizəçi himayyəsində yaşamışdır. İş materiallarına əlavə edilmiş Lerik RİH Kələxan ƏİN-nin 19 noyabr 2024-cü il tarixli 5-65- 20/2-60/2024 saylı arayışdan görünür ki, Ərizəçi ərazilərinin Kəlvəz kəndində yaşayır və bibisi Əliyeva Kamilə Babaş qızı xx.xx.2018-ci il tarixində vafat etmişdir,heç bir vərəsəsi olmamışdır və vəfat etdiyi vaxta kimi qardaşı oğlu Ərizəçi himayyəsində yaşamışdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 yanvar 2025ci il tarixli 3-16-5/8-06-08/25 saylı məktubdan görünür ki, Əliyeva Kamilə Banbaş qızı və Əliyev Mürsəl Babaş oğlunun doğumları haqında məlumatın müyəyyən edilməsi məqsədilə vətəndaşlığ vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə yoxlama aparılmış və onların doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 31 yanvar 2025-ci il tarixli 27 saylı məktubdan görünür ki, xx.xx.2018-ci il tarixində vafat etmiş bibiniz Əliyeva Kamilə Babaş qızından miras qalmış torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında ərizəyə baxılmış, AR MM-nin 1246-cı maddəsinə əsasən mirasın müddəti ötürüldüyündən eyni zamanda yeganə vərəsə olma barədə möhtəbər subutlar və ya məhkəmənin qərarı olmadığından imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinin tələbinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.1-ci maddələrinin tələbinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: MM-nin 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. MM-nin 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il rarixli 3 saylı qərarın 2-ci bəndində Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il rarixli 3 saylı qərarın 2.1-ci bəndində Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il rarixli 3 saylı qərarın 10-cu bəndində Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il rarixli 3 saylı qərarın 10.1-ci bəndində Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmə iclası zamanı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarında olan sənədlərdən müəyyən olunmuşdur ki, 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızı vəfat etdiyi 14 aprel 2018-ci il tarixinədək ərizəçi ilə birgə onun himayəsində yaşamış, onun bibisi olmuş, mərhum evlənmədiyindən heç bir vərəsəsi olmamışdır. Mərhum bibisi Əliyeva Kamilə Babaş qızı vəfat edəndən sonra miras əmlakı qəbul edərək, təsərrüfatı o idarə edir,miras əmlakla əlaqədar heç bir mübahisə yoxdur. Hazırda mərhum bibisi 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının vərəsəsidir. Bu barədə Lerik RİH Kələxan ƏİN-nin 19 noyabr 2024-cü il tarixli 5-65-20/2-59/2024 saylı və 5-65-20/2-60/2024 saylı arayışlarını ərizəmə əlavə edir. Lerik rayon X4 21 oktyabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə, Lerik rayon Kəlvəz kəndində xususi mülkiyyətlərinə verilməklə umumi sahəsi 0.79 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi mərhum bibisi Əliyeva Kamilə Babaş qızının adına JN-0038 KOD 80306158 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilməklə onların mülkiyyətinə mülkiyyətinə verilmişdir. Buna görə də o, mərhum bibisi 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının AR MM-nin 1159.1.1-ci maddəsinə əsasən vərəsəsidir. O, mərhumun qanun üzrə vərəsəsi kimi miras əmlakı qəbul edərək mübahisəsiz qaydada idarə edir. Ərizəçi vərəsə kimi tanınmadığından notariat kontoruna müraciət edərkən vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir.Faktın təsdiqi ərizəçiyə 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızından qalmış mirası rəsmi qəbul etməy üçün zəruridir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının Ərizəçi bibisi olması və Əliyeva Kamilə Babaş qızından miras qalmış JN-0038 KOD 80306158 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə, Lerik rayon Kəlvəz kəndində yerləşən 0.79 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinə mirasın qəbul edilmə faktı müyəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 05 noyabr 1936-cı il təvəlüdlü Əliyeva Kamilə Babaş qızının Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Əliyeva Kamilə Babaş qızından miras qalmış JN-0038 KOD 80306158 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə, Lerik rayon Kəlvəz kəndində yerləşən 0.79 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsi faktı müyəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar