Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-145/2025 01.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi qeyd edilməklə) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə yaşadıqları Lerik rayonu, Dico kəndində ev şəraitində anadan olmuş oğlu X6 doğum faktının müəyyən edilməsi və anasının Ərizəçi, atasının X3 olması qeyd edilməklə dogum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o 2021-ci ildə X3 ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Qeyri-rəsmi nikahlarından xx.xx.2022-ci il tarixdə uşaqları X11 anadan olmuşdur. Uşaqları İsa xx.xx.2022-ci il tarixdə Lerik rayonun Dico kəndində yaşadıqları evdə ev şəraitində anadan olmuşdur. Buna görə də hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Uşaqlarının ev şəraitində anadan olması maddi imkansızlıqları ilə bağlı olmuşdur. X1 doğum haqqında şəhadətnaməsinin alınmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcəkdir. O, uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, oğlu ev şəraitində anadan olduğuna görə ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bu səbəbdən də o, bu məsələnin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra yoldaşı ilə Lənkəran regional “Asan Xidmət” Mərkəzində xx.xx.2024-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Daha sonra Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 23 aprel 2022-ci il tarixdə Lerik rayonu, Dico kəndində ev şəraitində bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 631758 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında xx.xx.2024-cü ildə nikah bağlamış, nikahdan sonra arvada Şirvanova soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci ildə Lerik rayonu, Dico kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı № 17590624 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1983-cü ildə Lerik rayonu, Dico kəndində anadan olmuşdur. İş materiallarında olan Lerik RİHB-nin Tikəband kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 07 mart 2025-ci il tarixli, 5-65-37/2-67/2025 nömrəli fotoşəkilli arayışdan görünür ki, arayışda olan fotoşəkil həqiqətən də 23 aprel 2022-ci il tarixdə Lerik rayonun Dico kəndində anadan olmuş X8 məxsusdur. Anası xx.xx.1981-ci il təvəllüdlü Ərizəçidır. Atası xx.xx.1983-cü il təvəllüdlü X2r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi övladının doğum haqqında akt qeydinin qeydiyyat şöbəsinin arxivində aşkar olunmadığından doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o ərizəçinin əmisi oğludur. Təsdiq edir ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə ev şəraitində bir oğlan uşağı doğmuşdur. Dico kəndinin yolları əlverişsiz vəziyyətdə olduğu üçün xəstəxanaya getmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o ərizəçinin bibisi nəvəsidir. Təsdiq edir ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə ev şəraitində bir oğlan uşağı doğmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü maddələrinə əsasən, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 3 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Həmin Qaydaların 2.5-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; valideynlərin nigah haqqında şəhadətnaməsi; doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydaların 2.6-cı maddəsinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi 23 aprel 2022-ci il tarixdə Lerik rayonunun Dico kəndində ev şəraitində oğlu doğulmuş, uşaq hal-hazırda sağ-salamatdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 23 aprel 2022-ci il tarixdə Lerik rayonunun Dico kəndində ev şəraitində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin uşağın doğumunun qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-145/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-145/2025
01.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver