Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-146/2024 30.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş həyatyanı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Aqrar İslahat Komissiyasının JN112 saylı,KOD 80302088 nömrəli 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində yerləşən ailə üzvlərinin mülkiyyətinə verilən pay torpaq sahəsininin 0.89 ha hissəsinin cavabdeh Lerik rayon Barzavu kənd sakini Cavabdeh zəbtindən azad edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu il tarixdə Lerik rayon Barzavu kəndində anadan olmuşdur. Lerik rayon Aqarar İslahat komissiyasının JN112 saylı,KOD 80302088 nömrəli 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə ailə üzvlərinə 1.47 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmkəndlisi Lerik rayon Barzavu kənd sakini Cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir.Bu barədə dəfələrlə cavabdehə torpağın zəbtdən azad olunmasını bildirsə də cavabdeh buna məhəl qoymamışdır.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılamsını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının söylədikləri yalandır o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki İddiaçı Lerik rayon Barzavu kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Dövlət mülkiyyət hüququna dair JN-112 KOD 80302088 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 1.47 ha kənd təsərrüfatıməhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16547 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* saylı çıxarışından görünür ki, Cavabdeh Lerik rayon Barzavu kəndində xüsusi mülkiyyətinə 0.55 ha kənd təsərrüfatı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(048)-632/2022 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı ünvan 1 ünvanlanmış mütəxəssis rəyindən görünür ki, LRM 31 oktyabr 2022-ci il tarixli 2(048)-632/2022 saylı qərardadına əsasən verilmiş suallara cavab olaraq göstərilmişdir ki, a) Araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-112 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu. Barzavu kəndi ərazisində yerləşən iki hissədən (0,8976 ha va 0,5680 ha) ibarət 1,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahasinin 0,8976 ha hissəsinin məhkəmə predmeti olması müəyyən olunmuşdur. Sözügedən 0,8976 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,68 ha (iki hissədən ibarət) ölçüdə öz əksini tapması və həmin torpaq sahəsinin sərhədləri müəyyən olunmuşdur. b) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarına əsasında JN-112 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı X2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Barzavu kəndi ərazisində yerləşən 0,8976 ha (faktiki 0,68 ha) kƏnd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh X3 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Əlavə olaraq, araşdırma zamanı X1 mübahisəli ərazidə faktiki istifadəsində 0.94 ha torpaq sahəsinin olması müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı həmin 0,94 ha torpaq sahəsinin 0,75 ha hissəsinin JN-113 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsi, qalan 0,19 ha hissəsinin isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/1575 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 mart 2024-cü il tarixli, 3-21-3-43/2-673/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat komisiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı əsasında İddiaçı Barzavu kəndində iki hissədən ibarət 1,47 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,8976 ha hissəsinin məhkəmə predmeti olması müəyyən olunmuşdur.Sözügedən 0,8976 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun 0,68ha(iki hissədən ibarət) ölçüdə öz əksini tapması və həmin torpaq sahəsinin sərhədləri müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə nəticəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 13 mart 2024-cü il tarixli, 3-21-3-43/2-673/2024 saylı mütəxəssis rəyinə əsasən,Torpaqların elektron uçotu informasiya sistemində araşdırma zamanı JN-112 nömrəli “Torpağa mülkiyyət hüquna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Lerik rayonu ,Barzavu kəndi ərazisində 0.8976 ha(faktiki 0.68) ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Həmçinin Cavabdeh mübahisəli ərazidə faktiki istifadəsində 0.94 ha torpaq sahəsinin olması müəyyən edilmişdir.Torpaqların elektron kadastr uçotu informasıya sisteminə əsasən araşdırma zamanı həmin 0.94 ha torpaq sahəsinin 0.75 ha hissəsinin JN-113 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsi,qalan 0.19 ha hissəsinin isə bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmışdır. İş materiallarına əlavə edilmiş ********** saylı 02 may 2023-cü il tarixli xidməti tapşırığa əsasən,Azərbaycan Respublikası Lerik Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(048)-632/2022 saylı iş üzrə mübahisəli torpaq sahəsinə mütəxəssis rəyinin verilməsinə dair ekespertiza xərclərinin 087 nömrəli 14 iyun 2023-cü il tarixli smetasından görünür ki,Torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsi üçün olan ümumi smeta dəyəri 95 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 22043 saylı qəbzdən görünür ki, İddiaçı 95 manat ekspertiza xərci ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadılıqlarının pozulması faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Lerik rayon Barzavu kənd sakini Cavabdeh tərəfindən ona məxsus Lerik rayon Barzavu kəndində yerləşən torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh Lerik rayon Barzavu kənd sakini Cavabdeh tərəfindən ona məxsus Lerik rayon Barzavu kəndində yerləşən torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 23 fevral 2023-cü il № 2 (048)-119/2023 İddiaçı (Lənkaran ray., Hirkan qəs.,) Surəti: Cavabdeh (Lerik rayon Çayrud kəndi) Lerik Rayon Məhkəməsinin 21 fevral 2023-ci il tarixli 2(048)-119/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-146/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-146/2024
30.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver