Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-147/2024 23.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X1, Cavabdeh X3 iştirakları ilə, İddiaçılar İddiaçı1,X5 və İddiaçı2 cavabdeh X4 qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarma və 26000 manat maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailəsinə məxsus Lerik rayonu Kəlvəz kəndində yerləşən, Lerik rayon Aqrar istehsalat Komissiyası tərəfindən verilmiş 15 hektar torpaq sahəsinin cavabdeh X7 tərəfindən geri alınması, eyni zamanda həmin 15 ha torpaq sahəsi üçün 10 ildən artiq əldən çıxmış faydaya görə X2 26000 manat məbləğində maddi ziyan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, dövlət tərəfindən aqrar islahatlar aparılan zaman iddiaçının ailəsinə də pay torpaq sahələri verilmişdir.İddiaçıya və ailəsinə məxsus olan 1999-cu il tarixdə verilmiş,JN-0056-saylı dövlət aktı ilə 4,75-ha, qardaşı İddiaçı2 JN- 0057-saylı dövlət aktı ilə 6,35-ha,bacısı İddiaçı3 qızına isə JN-0055 saylı dövlət aktı ilə 2,85-ha torpaq sahəsi olaraq ümumillikdə 15-ha əkin sahəsi verilmişdir.Lakin həmin ərazidə cavabdeh X7 özünə qeyri qanuni,sənədsiz olaraq ev tikdiyindən mübahisə olmasın deyə,qardaşı və bacısı həmin torpaqları iddiaçıya tapşıraraq bu işlə onun məşqul olması ilə razılaşmışlar.Cavabdeh barədə RPŞ-nə və digər yerlərə şikayətlər etsələr də bunun qanunsuz olmasını bildirsələr də cavabdeh heç kimə tabe olmamış, onların bu tələbinə əhəmiyyət verməyərək, qanunsuz hərəkətlərini davam etdirmişdir.İddiaçilar mülkiyyətlərində olan torpağın zəbti və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İddiaçılar İddiaçı1 və X5 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X7 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək, məhkəmədən ədalətli qətnamə çıxarılmasını xaiş etdi. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(048)-49/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 01 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/1139 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 29 yanvar 2024-cü il tarixli, 3-21-3-43/2-213/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron uçotu informasiya sistemində araşdırma zamanı JN-0057 nömrəli “Torpağa mülkiyyət hüquna dair Dövlət Aktı” ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərində olan mübahisəli ərazidə yerləşən 0,3161 ha torpaq sahəsinin bütövlüklə cavabdeh X6 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron uçotu informasiya sisteminə əsasən araşdırma zamanı digər iddiaçılar İddiaçı1,İddiaçı3 qızının və onların ailə üzvlərinin mülkiyyətlərində olan sözügedən torpaq sahələrinin mübahisəli ərazidə yerləşməməsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ki, 01 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1139 nömrəli bildirişdən görünür ki, ekspertizanın tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərində olan mübahisəli ərazidə yerləşən 0,3161 ha torpaq sahəsinin bütövlüklə cavabdeh X6 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.İddiaçıya məxsus torpaq sahələri cavabdeh tərəfindən zəpt olunmuşdur.İddiaçılar dəfələrlə cavabdehə mülkiyyətinə verilmiş torpağın asudələşdirilməsini bildirsələr də, cavabdeh onlara heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçı2 məxsus olan Lerik rayon Aşağı Ambudərə kəndində yerləşən 0,3161 ha hissəsinin cavabdeh X7 tərəfindən çəpərə alınaraq istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iddaiçıların cavabdehdən 26000 manat maddi ziyan tələbi ilə bağlı iddia tələbinə gəldikdə hesab edir ki, iddiaçılar iddia tələbinin həmin hissəsi ilə bağlı sübutlar məhkəməyə təqdim etməmişdirlər. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə Lerik rayonu, Aşağı Ambudərə kəndində yerləşən JN-0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı2 və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,3161 ha torpaq sahəsinin cavabdeh X2 alınaraq İddiaçı2 mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı1 tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 224.50 manat pul X4 aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh X2 tutularaq məhkəmə ekspertiza mərkəzinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik rayonu, Aşağı Ambudərə kəndində yerləşən JN- 0057 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı2 və ailə üzüvlərinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,3161 ha torpaq sahəsi cavabdeh X2 alınaraq İddiaçı2 mülkiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı1 tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 224.50 manat pul X2 alınaraq İddiaçı1 ödənilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdeh X2 tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-147/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-147/2024
23.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver