Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-148/2024 18.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 73 saylı qərarı ilə ona və ailə üzvlərimə verilmiş 0.81 ha pay torpaq sahəsinin cavabdeh Lerik rayonu, Xəlfəkücə kənd sakini Cavabdeh zəbtindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 13 avqust 1966-ci ildə Lerik rayonu Osnağakücə kəndində anadan olmuşdur. Hal-hazırda həmin kəntdə yaşayır. Torpaq islahatı zaman, ona və ailə üzvlərinə 0.81-ha pay torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir.Bu barədə Lerik rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2001-ci il tarixli 73 saylı qərarı ilə həmin torpaq sahələrinə JN 283, KOD 80302048 saylı Mülkiyyət hüququna dair Dövlət aktı təqdim edilmişdir.Cavabdeh ona və ailə üzvlərimə məxsus pay torpaq sahəsini zəbt etməklə ona və ailə üzvlərinə həmin topaq sahəsindən istifadə etməyə imkan vermir. Bu barədə onlara şifahi olaraq desə də heç bir nəticəsi olmamışdır. Ona görə də pozulmuş hüquqlarımın bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçənı dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi cavabdehin ona məxsus olan torpaq sahəsinin zəbt edilməsini sübut etməlidir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsini 12 aprel 2022-ci il tarixli 2(048)- 214/2022 saylı qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli 3-16-16/2-10/1138 saylı ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3071/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı JN-283, kod 80302048 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında İddiaçı və ailə üvzlərinin mülkiyyətlərin verilmiş 0.81 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-i tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18206 saylı qəbzdən görünür ki, iddiaçı DƏDRX-nin Lerik ərazi idarəsinə 95 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-i tərəfindən verilmiş qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət tüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı Lerik rayon X1 26 aprel 2001-ci il tarixli 73 saylı qərarı ilə JN 284, kod 80302048 saylı Torpağın Mülkiyyət hüququna dair Dövlət aktı ilə ona və ailə üzüvlərinə verilmiş 1.22 ha torpaq sahəsinin Cavabdeh zəptindən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özünə aid edilməlidir. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 73 saylı qərarı ilə ona və ailə üzvlərimə verilmiş 0.81 ha pay torpaq sahəsinin cavabdeh Lerik rayonu, Xəlfəkücə kənd sakini Cavabdeh zəbtindən azad edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları özünə aid edilsin. Əlavə olaraq İddiaçı ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-148/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-148/2024
18.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver