Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-149/2024 23.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-0066 saylı dövlət aktına əsasən ona və ailəsinə ayrılmış 7.48 ha ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 0.18 ha hissəsi,Cavabdeh2 0.90 ha hissəsi ,Cavabdeh3 1 ha 26 sot hissələrinin zəbtdən azad edilməsinə ,cavabdehlərdən ayrı-ayrılıqda ona vurulmuş ziyan olaraq 2000 manat və dövlət rüsumunu tutlaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailəsinə Lerik rayon aqrar islahat komisiyyası tərəfindən Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair xx.xx.1998-ci il tarixdə JN-0066 saylı dövlət aktına əsasən 7.48 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini uzun müddətdir ki, cavabdehlər istifadə edirlər. Dəfələrlə torpaq sahəsinin ona məxsus olmasını onlara bildirsə də cavabdehlər onun sözlərinə məhəl qoymamışdır.Ona məxsus 7.48 ha ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 0.18 ha hissəsini,Cavabdeh2 oğl 0.90 ha hissəsini ,Cavabdeh3 oğl 1 ha 26 sot hissəsini istifadə edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qızı məhkəmə iclası zamanı iddiadlarını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE 17948245 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş torpaq mülkiyyət hüququna dair JN-0066 KOD 80306098 saylı dövlət aktının surətindən görünür ki, X1 və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1998-ci il tarixli 46 saylı qərarı ilə Lerik rayon Aşağı Ambudərə kəndində 7.48 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Kələxan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 09.dekabr 2021-ci il tarixli arayışdan görünürki,İddiaçı həqiqətən Lerik rayon Ambudərə kəndində yaşayır, ailə tərkibi arvadı X3(1993), oğlu X4 (2010), qızı X5 (2016),oğlu X2 ( 2019) ibarətdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(048)- 261/2022 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli 3-16-16/2- 10/4232 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-66 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı Mirsalam oğlunun və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşən 1,2697 ha, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-66A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı Mirsalam oğlunun və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşən 5,6971 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-66M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı Mirsalam oğlunun və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşən 0,5108 ha torpaq sahələrinin sərhədləri müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahələrinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun beş hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı 1,2697 ha torpaq sahəsinin ümumi ölçüsü saxlanılmaqla, 5,6971 ha torpaq sahəsinin iki hissədən ibarət faktiki vəziyyətə uyğun 5,07 ha ölçüdə və 0,5108 ha torpaq sahəsinin iki hissədən ibarət faktiki vəziyyətə uyğun 0,39 ha ölçüdə öz əksini tapması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə nəticəsindən görünür ki, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-66A nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı Mirsalam oğlunun və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşən 5,6971 ha (faktiki 5,07 ha) torpaq sahəsinin 0,82 ha hissəsinin Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli ,********** qeydiyyat nömrəli Çıxarışla 9JN-66 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” əsasında İddiaçı Mirsalam oğlunun və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşən 1,2697 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-66M nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı Mirsalam oğlunun və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Aşağı Amburdərə kəndi ərazisində yerləşən 0,5108 ha (faktiki 0,39 ha) torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldilması tələbinə dair 2(048)149/2024 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə-torpaqşunaslıq ekspertizası ilə əlaqədar,mütəxəssis rəyinin smetada nəzərdə tutulmuş xidmət haqqı 160 manatdır. İş materiallarına əlavə edilmiş ki, 07iyun 2024-cü il tarixli 3-16-16/2-10/4232 nömrəli bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətdində olan 5.07 ha kənd təsərrüfatə təyinatlı torpaq sahəsinin 0.82 ha hissəsinin Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.İddiaçıya məxsus torpaq sahəsi Cavabdeh3 tərəfindən zəbt olunmuşdur. İddiaçı dəfələrlə cavabdehə mülkiyyətinə verilmiş torpağın asudələşdirilməsini bildirsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 5.07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 0.82 ha hissəsinin Cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Lakın digər cavabdehlər Cavabdeh1,Cavabdeh2 oğlu tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması aşkar olunmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə Lerik rayonu Aşağı Amnbudərə kəndində yerləşən JN-66 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.87 ha torpaq sahəsinin Cavabdeh3 alınaraq İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 160 manat pul və 100 manat dövlət rüsumu Cavabdeh3 aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh3 tutularaq məhkəmə ekspertiza mərkəzinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik rayonu Aşağı Amnbudərə kəndində yerləşən JN-66 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.87 ha torpaq sahəsi Cavabdeh3 alınaraq İddiaçı mülkiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 160 manat pul və 100 manat dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçıa verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh3 tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-149/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-149/2024
23.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver