Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-155/2024 18.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın asudələşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Livədirqə kəndində yerləşən, "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyestr nömrəsi **********91, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022 olan ÇİXARİŞ-la ona və ailə üzvlərinə məxsus 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində " Daşınmaz əmlakın reyestr nömrəsi **********84, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022 olan ÇİXARİŞ-la ona məxsus kənd təsərrüfatı təyinatlı 1.1717 ha torpaq sahəsinin Lerik rayon Livədirqə kənd sakini Cavabdeh zəbtindən azad edilməsi və ödədiyim 100 manat dövlət rüsumunun ondan alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1985-ci ildə Lerik rayonunda anadan olmaqla Lerik rayon Livədirqə kəndində qeydiyyatdadır. Lerik rayonu Livədirqə kəndində "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində" Daşınmaz əmlakın reyestr nömrəsi **********91 olan, Qeydiyyat nömrəsi **********,Qeydiyyat tarixi xx.xx.2022 olan ÇİXARİŞ-la ona və ailə üzvlərinə məxsus 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.Budan əlavə həmkəndlisi X2 Lerik rayon dövlət notariat ofisində AN-1 № ******* saylı, 05 iyul 2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə 1.1717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almış və həmin torpaq sahəsinə dair "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən " Reyestr nömrəsi **********84 olan, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022 olan ÇİXARİŞ almışdır.Görunduyu kimi hər iki torpaq sahəsi uzərində tam mülkiyyət hüqüqu vardır.Lakin həmin torpaq sahələri uzərində mülkiyyəy hüqüqlarını həyata keçirə bilmir. Ona məxsus olan, yuxarıda göstərdiyi torpaq sahələrinin hər ikisin həmkəndlisi Cavabdeh zəbt etmiş və qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsini istifadə edir. Dəfələrlə ona məxsus torpaq sahəsini zəbtdən azad etməyi ondan tələb etsə də o, buna əhəmiyyət verməmiş onu və ailə üzvlərini birlikdə tüfənglə vurub öldurməklə hədələmişdir.Bu səbəbdən maneələrin aradan qaldırlması və torpağın zəbtdən azad edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyestr nömrəsi **********91, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışla 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinə verilmişdir. İş materiallarına əlavə edilmiş "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində " Daşınmaz əmlakın reyestr nömrəsi **********84, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışla kənd təsərrüfatı təyinatlı 1.1717 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(048)- 257/2023 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlham Xudiyev tərəffindən verilmiş 20 iyun 2024-cü il tarixli 10/4492 saylı ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-638 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı Serraf oğlunun və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,1508 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-117 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı mülkiyyətində olan Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,1717 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahələrinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı torpaqların elektron kadastr uçotu informasiya sistemində 1,1508 ha torpaq sahəsinin faktiki vəziyyətə uyğun 1,09 ha ölçüdə və 1,1717 ha torpaq sahəsinin isə faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-638 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,1508 ha (faktiki 1,09 ha) torpaq sahəsinin 0,12 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla (JN-117 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) İddiaçı mülkiyyətində olan Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,1717 ha torpaq sahəsinin isə Cavabdeh, oğlu tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9698 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 24316 nömrəli qəbzdən görünür ki, İddiaçı DƏDRX-nin Lənkaran ərazi idarəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı və ailə üzüvlərinin mülkiyətinə "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Daşınmaz əmlakın reyestr nömrəsi **********91, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışla iddi və ailə üzvlərinə məxsus 1.1508 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və "Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində " Daşınmaz əmlakın reyestr nömrəsi **********84, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışla iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı 1.1717 ha torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinə verilmiş torpaq sahəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı torpaq sahəsinin zəbtdən azad edilməsi üçün çoxlu səylər göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlər də cavabdehin iddiaçıya məxsus torpağ sahəsinin zəpt olunduğunu öz izahatları ilə təsdiq etdilər. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla (JN-638 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,1508 ha (faktiki 1,09 ha) torpaq sahəsinin 0,12 ha hissəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılmalı, cavabdeh 0.12 ha torpağ sahəsindən çıxarılmalı və həmin torpağ sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 100 (bir yüz) manat pul cəmi ümumilikdə 200 (iki yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Əlavə olaraq Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla (JN-638 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında) İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Lerik rayonu, Livədirqə kəndi ərazisində yerləşən 1,1508 ha (faktiki 1,09 ha) torpaq sahəsinin 0,12 ha hissəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılsın, cavabdeh 0.12 ha torpağ sahəsindən çıxarılsın və həmin torpağ sahəsi İddiaçın qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 100 (bir yüz) manat pul cəmi ümumilikdə 200 (iki yüz) manat pul Cavabdeh müştərək qaydada tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh 100 nmanat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-155/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-155/2024
18.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver