Məhkəmə qərarları › İş №2(048)-156/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-156/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-156/2024 20.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məhkəmə (iclas katibi) X19 oğlunun katibliyi, İddiaçılar Həsənov Miryusif Sahib oğlu,İddiaçı2, İddiaçı3 və İddiaçı5 iştirakları ilə, İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı zəbt olunmuş ümumi istifadədə olan yolun açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonunun Əvilə kənd orta məktəbinin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 zəbtindən azad edilməsi, ümumi istifadədə olan yolun kənd sakinlərinin istifadəsinə verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun xeyirlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar Lerik rayonun Əvilə kəndində doğulmaqla həmin kəndə yaşayırlar, kəndləri ucqar kənddir, kənddə yeni tipli məktəb inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. Məktəb tikilərkən məktəbin yuxarı hissəsində olan kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolu qəzalı vəziyyətə düşmüş.Yol sürüşməyə məruz qaldığından, kənd sakinlərinın və ağsaqalların razılığı ilə məktəbin yuxarı hissəsində yaşayan kənd sakini Cavabdeh1 istifadəsində olan torpaq sahəsinin üç sotunu tikinti işləri aparan şirkət tərəfindən 2000 manat pul ödənilməklə razılığa gəlmişlər ki, kənd sakinlərinin avtomobil yolu məktəb ərazisinə verildiyindən Cavabdeh1 istifadəsində olan torpaq sahəsi avtomobil yolu kimi təmir edilərək kənd sakinlərinin istifadəsinə verilsin. Bu barədə akt tərtib edilmişdir. Qeyd olunlar tərtib olunmuş aktda öz əksini tapmışdır, lakin cavbdehlər həmin yoldan istifadə etməyə imkan vermir, ərazini tikanlı məftillə çəpərə alaraq yolu bağlamışlar. Bu səbəbdən Lerik Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. İcra hakimiyyətinin nümayəndələri əraziyə gəlmiş, onlara heç bir köməklik göstərilməmiş və məsələnin məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir. Yolun zəbtdən azad olunması və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən Lerik rayon Əvilə kəndində kənd orta məktəbinin yuxarı hissəsində kənd camaatının ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun kənarında yol boyu tikanlı məftillə çəkilmiş şəpərin sökülüərək, çəpərin günbatan tərəfə iki metr çəkilməklə yolun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar Həsənov Miryusif Sahib oğlu,İddiaçı2, X9 və İddiaçı5 məhkəmə iclasında izahat verərək iddianı müdafiə etdiklərini , Lerik rayonunun Əvilə kənd orta məktəbinin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər X5 və Cavabdeh2 Veysel qızının zəbtindən azad edilməsi, umumi istifadədə olan yolun kənd sakinlərinin istifadə verilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə İddiaçı4 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər X7 və Cavabdeh1 qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş KAPİTAL BANK ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 26858 saylı ödəniş qəbzindən görünür ki ,iddiaçılar məhkəməyə meraciət edərkən 100 manat dövlət rüsumu ödəmişlər. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısısnın Livədirqə Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı4 həqiqətən Lerik Rayon Əvilə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısısnın Livədirqə Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Həsənov Miryusif Sahib oğlu həqiqətən Lerik Rayon Əvilə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısısnın Livədirqə Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 həqiqətən Lerik Rayon Əvilə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısısnın Livədirqə Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 həqiqətən Lerik Rayon Əvilə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısısnın Livədirqə Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı5 həqiqətən Lerik Rayon Əvilə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti Başçısısnın Livədirqə Kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən Cavabdeh1 qızına verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1, X8 və X2 həqiqətən də Lerik Rayon Əvilə kənd sakini Cavabdeh1 qızı ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş 29 iyul 2017-ci il tarixli Lerik Rayon əvilə kəndində tətrib edilmiş Aktın surətindən görünür ki, Livədirgə inzibati ərazi daırəsi üzrə nümayəndəsi D.M.Manafov, Livədirgə bələdiyyəsinin sədri N.A.Zardov, Əvilə kənd ümumi-orta məktəbinin direktoru F.G.Qəniyev, XİM ekspertizasinin MMC-nin nümayəndəsi baş mühəndisi A.İ.Şirəliyev və yer və ev sahib Əvilə kənd sakini X3, Əvilə kənd sakini X1 və onun həyat yoldaşı X4 iştirakı ilə akt tərtib edilmişdir. Aktda XİM ekspertizasının MMCnin nümayəndəsi baş mühəndisi A.İ.Şirəliyev və yer sahibi Əvilə kənd sakini X6 arasında razilaşma ilə Əvilə kənd məktəbinin ərazisi üçün 0.03 ha torpaq sahəsini 2000 manat məbləğində satın alınmışdır. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(048)-300/2023 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli 3-21-3- 43/2-118/2024 saylı məhkəməyə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, 1) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********61-10301 reyestr nömrəli Texniki Pasporta (xx.xx.2016-cı il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş) esasen cavabdehler Cavabdeh1 qızı və qeyrisinin mülkiyyətlərində olan Lerik rayonu, Əvilə kəndi ərazisində yerləşən 0,259914 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0,47 ha olması müəyyən olunmuşdur. 2) Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolunun faktiki olaraq mövcud olması müəyyən olunmuşdur. Baxış zaman həmin avtomobil yolunun məktəbin hasarı ilə sərhəd hissəsi hərəkət üçün əlverişsiz olduğundan kənd sakinlərinin və avtomobillərin gedişgəlişində çətinliklərin olması müşahidə edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanına uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və Lerik rayonu, Əvilə kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində torpaq sahələri faktiki istifadə vəziyyətinə uyğun təsvir edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən yerdə yol olması müəyyən edilməmişdir. 3) Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı iddiaçılar İddiaçı5 və qeyriləri tərəfindən avtomobil yolu kimi iddia edilən torpaq sahesinin çox hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinden xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ve **********61- 10301 reyestr nömrəli "Texniki Pasporta əsasən cavabdehler X5 və qeyrisinin mülkiyyətlərində olan 0,259914 ha torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Həmçinin avtomobil yolu kimi iddia edilen torpaq sahəsinin bir hissəsinin cavabdehler Cavabdeh1 qızı və qeyrisinin faktiki istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşməsi müəyyən olunmuşdur. Beləliklə, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********61-10301 reyestr nömrəli "Texniki Pasporta" əsasən Cavabdeh1 qızı və qeyrisinin mülkiyyətlərində olan 0,259914 ha torpaq sahəsinin 0,0138 ha hissəsinin faktiki mövcud olan avtomobil yolunun (iddia edilən torpaq sahəsinin şimal istiqamətində) üzərinə düşməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 09 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/1142 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 22.01 2024-cü il tarixli, 3- 21-3-43/2-118/2024 saylı mütəxəssis rəyinə əsasən,Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət restrindən xx.xx.2016-ci il tarixli ********* qeydiyyat nömrəli Çıxarış və **********61-10301 reyestr nömrəli Texniki Paporta (xx.xx.2016-ci il tarixli vəziyyətə əsasən tərtib olunmuş) əsasən cavabdehlər Cavabdeh1 qızı və qeyrisinin mülkiyyətlərində olan Lerik rayonu ,Əvilə kəndi ərazisində yerləşən 0.259914 ha torpaq sahəsinin sərhədləri müəyyənləşdirilmişdir.Sözügedən Torpaq sahəsinin faktiki vəziyyətdə ölçüsünün 0.47 ha olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə nəticəsindən görünür ki,qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 118/2024 N№-li mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsində olan avtomobil yolunun faktiki olaraq mövcud olması müəyyən olunmuşdur. Həmin avtomobil yolunun məktəbin hasarı ilə sərhəd hissəsi hərəkət üçün əlverişsiz olduğundan kənd sakinlərinin və avtomobillərin gediş-gəlişində çətinliklərin olması müşahidə edilmişdir. Qərardadın üçüncü sualları üzrə nəticəsindən görünür ki,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2- 118/2024 N№-li mütəxəssis rəyinə əsasən, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş 12 oktyabr 2023-cü il tarixli məktubdan g örünür ki, xidməti tapşırığa əsasən,Azərbaycan Respublikası Lerik Rayon Məhkəməsinin 2(048)- 300/2023 saylı iş üzrə mübahisəli torpaq sahəsinə mütəxəssis rəyinin verilməsinə dair olan ümumi smeta dəyəri 170 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ki, 09 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1142 nömrəli bildirişdən görünür ki, ekspertizanın tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəyə əsasən, Lerik rayonu, Əvilə kənd orta məktəbinin cənub istiqamətində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən istifadə edilməməsi müəyyən olunmuş, lakin Lerik Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli yerində baxış protoklundan görünür ki, sözügedən əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, tikanlı məftillə çəpə alınmış torpaq sahəsi istifadəsiz qalmaqla yanaşı kənd sakinlərinin istifadəsi üçün nəzrədə tutulmuş avtomobil yoluna bitişikdir, həmçinin müəyyən olunur ki, avtomobil yolu qərəzli şəkildə tikanlı məftillə çəpərə salınmışdır. Baxış zamanı avtomobili avtomobil yolunun kənarından çəkilmiş çəpərin qarşısında əvvəldən çəkilmiş başqa bir çəpərin olması görünür. Bununla da müəyyən olunur ki, cavabdehlər yolu qəsdən sonradan bağlamaqla kənd sakinlərinin yoldan istifadəsinə maneə yaratmışlar. Eyni zamanda iş materiallarında olan cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 29 iyul 2017-ci il tarixli aktla müəyyən olunur ki, Lerik Rayon Əvilə Kənd orta məktəbinin tikintisi zamanı məktəb tikintisi aparan şirkətlə 2000 manat müqabilində razılığa gələrək kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunun məktəb ərazisinə verilməsinə və həmin yolun əvəzində özlərinə məxsus torpaq sahəsinin kənd sakinlərinin ümümi istifadəsinə verilməsinə razılıq vermişlər. Ancaq cavabdehlər aktla razılığa gəlsələr də sonradan Əvilə kənd orta məktəbinin yuxarı hissəsində olan kənd sakinləri üçün nəzərdə tutulmuş avtomobil yolunu tikanlı məftillərlə zəbt edərək həmin yoldan istifadəyə tam məhdudiyyətlər yaratmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər Cavabdeh1 Əmrə qızı və Cavabdeh2 tərəfindən Lerik Rayon Əvilə kəndində yerləşən Əvilə kənd orta məktəbin yuxa hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun kənarında yol boyu tikanlı məftillə çəkilmiş çəpər sökülərək, çəpər iki metr günbatan tərəfə çəkilməli avtomobil yolu cavabdehlə Cavabdeh1 qızı və Cavabdeh2 zəbtindən azad edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 170 manat pul cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 müştərək qaydada aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tutularaq məhkəmə ekspertiza mərkəzinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən Lerik Rayon Əvilə kəndində yerləşən Əvilə kənd orta məktəbin yuxarı hissəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş avtomobil yolunun kənarında yol boyu tikanlı məftillə çəkilmiş çəpər sökülərək, çəpər iki metr günbatan tərəfə çəkilməklə avtomobil yolu cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 zəbtindən azad edilsin. Əlavə olaraq tikanli məftillərin yol boyu 2 metr gün batan tərəfə çəkilməsi işləri cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 üzərinə qoyulsun. İddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və DƏDRX-nin Lənkaran ərazi İdarəsinə ödənilmiş 170 manat rüsum cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar