Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-16/2025 18.02.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin – Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC – Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların mülkiyyətlərində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 41 saylı evin 55 saylı mənzilindən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılaraq mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhəməsinin 2(048)-244/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı BOKT ASC və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə baxılıb yekun qərar qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmışdır. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdehlər İddiaçı BOKT ASC və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə baxılaraq qəbul edilmiş qərar qanuni qüvvəsini aldığından hazıki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Lerik Rayon Məhəməsinin 2(048)-16/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı BOKT ASC-nin – Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə mülki iş üzrə icraat təzələnmişdir. Hazırda İddiaçı BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin – Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı BOKT ASC tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqı (xx.xx.2023-cü il tarixli ********** saylı qəbz) İddiaçı BOKT ASCyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-16/2025
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-16/2025
18.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver