Məhkəmə qərarları › İş №2(048)-163/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-163/2024

20.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-163/2024 20.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması, qanunsuz çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki işə məkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması, qanunsuz çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşməklə ona məxsus olan torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin ona təhvil verilməsi, cavabdeh tərəfindən çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsi Lənkəran rayonu ərazisində yerləşir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Məhkəmə qeyd edilənləri və işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq Lənkəran rayonunun ərazisinə aid olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırki mülki iş (baxılması üçün) aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44-45, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilən torpaq sahəsinin buraxılması, qanunsuz çəkilmiş çəpərin sökülməsi və əkilmiş ağacların cavabdehin hesabına çıxarılaraq torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş (baxılması üçün) aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-yə 2 saylı əlavəyə uyğun olaraq) Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar