Məhkəmə qərarları › İş №2(048)-173/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-173/2024

18.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-173/2024 18.07.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş pay torpaq sahəsindən çıxarma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-100 kod 80302088 saylı dövlət aktına əsasən ona və ailəsinə ayrılmış 1.23 ha torpaq sahəsinin 0.0842 ha və 0.6620 ha hissələrinin zəbtdən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonu Barzavu kəndində anadan olmaqla ailə üzvləriylə birlikdə orada yaşayır.Ona və ailəsinə Lerik rayon aqrar islahat komisiyyası tərəfindən Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-100 kod 80302088 saylı dövlət aktına əsasən 1.23 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində təsərrüfat ilə məşqul olur.Yeganə qazanc mənbəyi kənd təsərrüfatı məhsulları satışıdır.Buna baxmayaraq həmkəndliləri Cavabdeh1 və Cavabdeh2 ona məxsus pay torpaq sahəsinin 0.0842 ha və 0.662 ha torpaq sahəsini zəbt etmişlər.Dəfələrlə torpaq sahəsinin ona məxsus olmasını onlara bildirsə də cavabdehlər onun sözlərinə məhəl qoymamışdır.Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qızı məhkəmə iclası zamanı iddiadlarını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclası zamanı izahatlarında bildirdilər ki,onlara qarşı qaldırılmış iddia tələbi əsassızdır.1998-ci il tarixində torpaq islahatı zamanı ciddi qüsurlara yol verilmiş,onlara məxsus torpaq sahəsində tikilmiş evlər İddiaçı və Mərəyev Şərif qardaşlarına verilmişdir. Lakin 2019-cü il tarixdə yenidən islahat keçirilmiş və nəticədə yol verilən qüsurlar aradan qaldırılmışdır. Onlar iddiaçıya məxsus heç bir torpaq sahəsini zəbt etməmişlər və məhkəmədən iddianən rədd edilməsi barədə qətnamə çıxaırlmasını xahiş etdilər. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünr ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş torpaq mülkiyyət hüququna dair JN-100 KOD 80302088 saylı dövlət aktının surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 1.23 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Blaband kənd ərazi icra nümayəndəliyi tərəfindən 28 avqust 2023-cü il tarixli arayışdan görünür ki,İddiaçı həqiqətən Lerik rayon Barzavu kəndində yaşayır, ailə tərkibi arvadı X2(1960), qızı X3 (1985), qızı X4 (1987),oğlu X10 ( 1989),qızı X1 (1991) ibarətdir. İş materiallarına əlavə edilmiş torpaq mülkiyyət hüququna dair JN-105 KOD 80302088 saylı dövlət aktının surətindən görünür ki, Cavabdeh1 və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 0.27 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Blaband bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki,Lerik rayon Barzavu kənd sakimi Cavabdeh2 21 oktyabr 1998-ci il tarixdə Lerik rayon Aqrar İslahat komissiyası tərəfindən aparılmış torpaq islahatı zamanı hər adama 21 sot duşmuşdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyətinin Blaband kənd İcra Nümayəndəliyinin təsərrüfat başına kitabdan olan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən Barzavu kəndində inşa edilmiş 1 mərtəbəli 3 otaqlı 53 kv.m ümumi sahəsi,0.07 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə edilmiş torpaq mülkiyyət hüququna dair JN-103 KOD 80302088 saylı dövlət aktının surətindən görünür ki, Cavabdeh2 və ailə üzvlərinə Lerik rayonu Aqrar İslahat Komissiyasının 21 oktyabr 1998-ci il tarixli 44 saylı qərarı ilə Lerik rayon Barzavu kəndində 0.94 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki,Cavabdeh1 məxsus Lerik rayonu,Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.21 ha torpaq sahəsi var. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki,Cavabdeh1 məxsus Lerik rayonu,Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.0853 ha torpaq sahəsi var. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki,Cavabdeh1 məxsus Lerik rayonu,Barzavu kəndində kənd təsərrüfatı təyinatlı 0.3254 ha torpaq sahəsi var. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2(048)-718/2023 saylı qərardadına əsasən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməklə iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli 3-16-16/2- 10/4485 saylı ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin 04.04. 2024-cü il tarixli, 3-21-3-43/2-874/2024 saylı mütəxəssis rəyinə əsasən, Lerik rayon Aqrar İslahat komisiyasının xx.xx.1998-ci il tarixli 44 saylı qərarı əsasında N-100 nömrəli “Torpağa mülkiyyət hüquna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayon Barzavu kəndində yerləşən 1.23 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç hissədən (0.6620 ha,0.0842 ha və 0.4869 ha) hisssədən ibarət olması müəyyən edilmişdir.Araşdırma zamanı həmin 1.23 ha torpaq sahəsinin 0.6620 ha və 0.0842 ha hissələrinin məhkəmə predmetı olması müəyyən olunmuşdur.Araşdırma zamanı sözügedən 1,23 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun dörd hissədən ibarət öz əksini tapması müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sözügedən 1,23 ha torpaq sahəsinin 0,6620 ha hissəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuş və 0,6620 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə nəticəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-874/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında JN-100 (KOD ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Barzavu kəndi ərazisində yerləşən 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki 0,6620 ha hissəsinin bütövlüklə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, İddiaçı cavabdeh X5 və qeyrilərinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair 2(048)173/2024 saylı mülki iş üzrə təyin edilmiş məhkəmə-torpaqşunaslıq ekspertizası ilə əlaqədar,mütəxəssis rəyinin smetada nəzərdə tutulmuş xidmət haqqı 95 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli saylı qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş ki, 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/4485 nömrəli bildirişdən görünür ki, ekspertizanın tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətdində olan 1.23 ha kənd təsərrüfatə təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki 0.6620 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.İddiaçıya məxsus torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt olunmuşdur.İddiaçı dəfələrlə cavabdehə mülkiyyətinə verilmiş torpağın asudələşdirilməsini bildirsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçı və ailə üzvlərinin mülkiyyətdində olan 1.23 ha kənd təsərrüfatə təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki 0.6620 ha hissəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Lakın digər Cavabdeh2 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmasına daır hüç bir sübut olmadığından odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə Lerik rayonu Barzavu kəndində yerləşən JN-100 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.6620 ha torpaq sahəsinin Cavabdeh1 alınaraq İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 95 manat pul və 100 manat dövlət rüsumu cavabdeh və Cavabdeh2 aid edilməlidir. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh2 tutularaq məhkəmə ekspertiza mərkəzinə verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lerik rayonu Barzavu kəndində yerləşən JN-100 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.6620 ha torpaq sahəsinin Cavabdeh1 alınaraq İddiaçı mülkiyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən Kadastr və Yerqurluşu Layihə-Tədqiqat mərkəzinə ödənilmiş 95 manat pul və 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıa verilsin. Əlavə olaraq ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh2 tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar