Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-174/2024 20.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və X2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpağın asudələşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə Qeydiyyat nömrəsi ********** sayla İddiaçı1 adına rəsmiləşmiş və Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2019-cu il tarixdə Qeydiyyat nömrəsi ********** sayla İddiaçı2 adına rəsmiləşdirlmiş xüsusi mülkiyyətində olan pay torpaq sahəsinin cavabdeh Lerik rayon Mastail kəndində qeydiyyatda olan Cavabdeh zəbtindən azad edilməsi, həmçinin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və torpaqdan istifadələrinə edilən maneələrin aradan qaldırlması və 364 manat maddi ziyan pulunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı1 1940-cı ildə Lerik rayonu Lüləkəran kəndində anadan olmaqla 1960-cı ildə Lerik rayon Mastail kənd sakini X9 ilə nikha daxil olaraq ailə qurmuşdur. X5 2012-ci ildə vəfat etmişdir.İddiaçı2 1975-ci ildə Lerik rayonu Lüləkəran kəndində anadan olmaqla 1993-cü ildə Lerik rayon Mastail kənd sakini X11 ilə nikha daxil olaraq ailə qurmuşdur. X7 2001-ci il tarixdə vəfat etmişdir.Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə Qeydiyyat nömrəsi ********** sayla rəsmiləşdirilmiş (X1 adına) və Azərbaycan Respublikası Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2019-cu il tarixdə Qeydiyyat nömrəsi ********** sayla rəsmiləşdirilmiş (İddiaçı2 adına) xüsusi mülkiyyətinə verilmişdir.Sözügedən torpaq sahələri onlara verilərkən torpaqlar əkin üçün yarasız olduğundan İslahat komissiyasına müraciət etmiş və nümayəndələr gələrək həmin torpaqlara baxış keçirilmiş və 10 dekabr 1999-cu il tarixdə və 10 dekabr 2000-ci il tarixdə Cəlilabad Rayonlararası Yer Qurluşu İdarəsinin mütəxəssisi, ərazi üzrə yerli islahat komissiyasının üzvləri və komissiya üzvlərinin iştirakı ilə torpaq sahələrindən kənarda Lerik Rayon Mastail kənd ərazsində "Dülüeybn" adlanan ərazidə aktlarda göstərilən ölçüdə onlara torpaq sahəsi təhkim olunmuşdur. Onlar təhkim olunmuş torpaq sahəsi cavabdeh X6 verilmiş həyətyanı və pay torpaq sahəsi ilə sərhəddir.Torpaq sahəsi onlara təhkim olunan müddətdən onlar həmin torpaq sahəsini istifadə etmişlər. Lakin cavabdeh Qalib dörd-beş il bundan öncə onlara təklif etmişdir ki, onlara təhkim olunmuş torpaq sahəsinin onun tərəfindən istifadəsinə icazə versinlər. Bunun müqabilində isə o hər biçin vaxtı onlara 130 ot bağlanması verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi 2022-ci, iltarixədək icra etməklə üç il hər biçin vaxtı 130 ədəd ot bağlaması, bir il isə 130 ot bağlamasının əvəzində 364 manat pul vermişdir. Onlar bununla razılaşmışdır.Lakin bu il cavabdeh həmin torpaq sahəsindən qazanc əldə etsə də onlara heç nə verməmişdir. Səbəbini ondan soruşanda isə o, bildirmişdir ki, həmin torpaq sahəsi "sizin" deyil. Ona iradını bildirsələr də o, buna heç bir məhəl qoymayaraq torpaqdan istifadəyə davam etmiş və onlara həmin torpaq sahəsində İstifadəyə imkan verməmişdir.Hazırda cavabdeh 364 manat maddi ziyanı ödəməmişdir.Dəfələrlə ona torpağın zəbtdən azad etməsini söyləsələr də o, torpağ azad etməmişdir.Odur ki, torpaq sahəsi üzərində hüquqlarının müdafiə edilmsi üçün məhkəməyə müraciət etmişdir. iddiaçı X4 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçılara məxsus torpağ sahəsini zəpt etməmişdir, hazırda digər mülki iş üzrə Şirvan inzibati məhkəməsində iş olduğu üçün hazır ki, iş üzrə icraatın dayandırılmasın xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN: 0054 Kod 80309078 saylı Dövlət Aktından görünür ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998ci il tarixli 45 saylı qərarına əsasən X9 və ailə üzvlərinə kənd təyinatlı məhsulların istehsalı üçün 0.15 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X13 şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın sürətindən görünür ki, Lerik Rayonu Mastail kəndində yerləşən 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyəyinə verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X13 şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın sürətindən görünür ki, Lerik Rayonu Mastail kəndində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 xüsusi mülkiyyəyinə verilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-488/2024 N№-li mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı1 və qeyrisinin mülkiyyətində olan Lerik rayonu, Mastayil kəndi ərazisində yerləşən 0,15 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı2 və qeyrisinin mülkiyyətində olan Lerik rayonu, Mastayil kəndi ərazisində yerləşən 0,37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bütövlüklə Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmaqla və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-488/2024 №-li mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan qeyd olunan torpaq sahələri üzərində tikilinin mövcud olmaması müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X13 şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış əsasən Lerik Rayonu Mastail kəndində yerləşən 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Lerik Rayonu Mastail kəndində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçıların və ailə üzüvlərinin mülkiyyətinə verilmiş torpaq sahəshələri tam olaraq Cavabdeh tərəfindən istifadə edilir. İddiaçılar torpaq sahəsinin zəbtdən azad edilməsi üçün çoxlu səylər göstərsə də, cavabdeh ona heç bir əhəmiyyət verməmişdir. Ona görə də iddiaçılar hazırki iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddiaçıların maddi ziyan və torpağ sahəsində olan tikilinin sökülməsi tələbinə gəldikdə belə hesab edir ki, iddiaçılar tərəfindən bu barədə məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən belə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi iş üzrə keçirilmiş eksprertiza tədqiqatının nəticəsində İddiaçılar İddiaçı1 mülkiyyətinə verilmiş 0.15 ha torpağ sahəsi və X2 mülkiyyətə verilmiş 0.37 ha torpaq sahəsi tam olaraq Cavabdeh tərəfindən tutulduğu müəyyən olunmuşdur. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X13 şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış əsasən İddiaçı1 məxsus Lerik Rayonu Mastail kəndində yerləşən 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2019cu il tarixli çıxarışa əsasən X3 məxsus Lerik Rayonu Mastail kəndində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh həmin torpaq sahələrindən çıxarılmalı və həmin torpağ sahəsi mülkiyyətçisinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən ödənilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 48 (qırx səkkiz) manat pul Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və X3 verilməlidir. Əlavə olaraq Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və X13 şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarış əsasən İddiaçı1 məxsus Lerik Rayonu Mastail kəndində yerləşən 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2019cu il tarixli çıxarışa əsasən X3 məxsus Lerik Rayonu Mastail kəndində yerləşən 0.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadəsi dayandırılaraq Cavabdeh həmin torpaq sahələrindən çıxarılsın və həmin torpağ sahəsi iddiaçıların mülkiyyətlərinə qaytarılsın. İddiaçılar tərəfindən ödənilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 48 (qırx səkkiz) manat pul Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və X3 verilsin. Əlavə olaraq Cavabdeh 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-174/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-174/2024
20.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver