Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-187/2023 20.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı , Cavabdeh Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru Cavabdeh1, Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil idarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştrakı ilə İddiaçı cavabdeh Lerik Rayon Qələbin kənd natamam orta məktəbinə və Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil idarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru əvəzi Əlisa Kazımovun 23 avqust 2022-ci il tarixli 58 nömrəli əmrinin ləğv edilməsi, onu Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin gündüz gözətçisi vəzifəsinə bərpa olunması işə buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru əvəzi Əlisa Kazımovun 23 avqust 2022-ci il tarixli 58 nömrəli əmrinə əsasən Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin gündüz gözətçisi vəzifəsindən azad edilmişdir. İşdən azad olma əmri qanunsuz və əsassız hesab edir.Belə ki, Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin gündüz gözətçisi vəzifəsinə təyin edilərkən 01 may 2019cu il tarixli 91 nömrəli əmr ilə Lerik rayon Qələbin kənd natamam orta məktəbinin direktoru X5 onunla müddətsiz əmək müqaviləsi bağlamışdır. İşdən azad edilməyi barədə Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru əvəzi gecə gözətçisi Əlisa Kazımovun 23 avqust 2022-ci il tarixli 58 nömrəli əmrində əsas kimi onun işdən azad edilməyi barədə ərizəni əsas göstərsə də guya o, öz köhnə avtomobili ilə taksi fəaliyyəti ilə məşqul olmağını, səbəbsiz işdə olmadığını əsas göstərmişdir.Əslində bu belə olmamış o, həmişə vaxtı-vaxtında işdə olmuş, harada göndərilsə də Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru Cavabdeh1 Ağəli oğlunun göstərişi ilə getmişdir.İşdən çıxma ərizəsin o yazmamışdır.Ümumiyyətlə həmin ərizədən xəbəri yoxdur. Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru Cavabdeh1 Ağəli oğlu direktor əvəzi gecə gözətçisi Əlisa Kazımovun adı ilə 23 avqust 2022-ci il tarxli 58 nömrəli əmri ilə rəsmiləşdirilmiş,özünü məsuliyyətdən kənar saxlamışdır. İşdən azad olunmağı barədə əmri Cavabdeh1 Ağəli oğlundan tələb etsədə o, müxtəlif bahanələr gətirmişdir.O, 20 dekabr 2022-ci il tarixində məhkəməyə ərizə ilə müraciət etdikdən sonra işdən azad olunduğu əmri və əmək kitabçasını ona göndərmişdir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru Cavabdeh1 məhkəmə iclası zamanı iddiaçının iddiasını qəbul etməyərək bildirdi ki, iddiaçının söylədikləri yalandır.İddiaçı dəfələrlə işdən yayınmış, onun barəsində işdən yayındığına görə akt tərtib olunmuş və iddiaçının işdə olmaması müəyən olmuşdur.Daha sonra iddiaçı özü 23 avqust 2022-ci il tarixdə ərizə yaraq onun işdən azad olunmasını xahiş etmişdir.Ərizədə işdən çıxma tarixində göstərilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, iddiaçının iddiası tam olaraq əsassızdır.Belə ki iddiaçı barəsində Lənkaran-Astara təhsil idarəsinin Lerik rayonu üzrə təhsil sektorunun məsləhətçiləri, məktəbin direktoru və texniki işçiləri akt tərtib edərək İddiaçı işdə olmaması müəyyən olunmuşdur.Daha sonra iddiaçı 23 avqust 2022-ci il tarixli ərizəsi ilə işdən azad olunmasını xahiş etmişdir.Onun ərizəsi əsas götürülərək Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı işdən azad edilərək ona sonuncu haqq-hesab ödənilmişdir. İş materiallarına əlavə edilmiş; Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru Cavabdeh1 tərəfindən verilmiş əmirdən çıxarışdan görünür ki, X6 01 may 2019-cu il tarixdə məktəbin gündüzgözətçisi vəzifəsinə təyin olunmuşdur. Lerik Rayon Qələbin kənd natamam orta məktəbinin direktoru Cavabdeh1 tərəfindən verilmiş əmirdən çıxarışdan görünür ki, X6 23 avqust 2022-ci il tarixdə öz ərizəsi ilə orta məktəbin gündüz gözətçisi vəzivəsindən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş və ona son haqq-hesab ödənilmişdir. Lənkaran-Astara təhsil idarəsinin Lerik rayonu üzrə təhsil sektorunun məsləhətçiləri, məktəbin direktoru və texniki işçiləri tərəfindən tərtib olunmuş 22 avqust 2022-ci il tarixli aktdan görünür ki, Lerik Rayon Qələbin kənd natamam orta məktəbində monitorinq zamanı məktəbin gündüz gözətçisi vəzifəsində işləyən X1 işdə olmadığı müəyyən olunmuşdur. Məhkəmə tərəflərinvə maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərələri və tam araşdıraraq belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı 01 may 2019-cu il tarixli 91 nömrəli əmr ilə Lerik rayon Qələbin kənd natamam orta məktəbinin gündüz gözətçisi vəzifəsinə təyin olunmuşdur.Daha sonra iddiaçı muxtəlif vaxtlarda işə gəlməmiş şdən yayınməşdır.İddiaçı barəsində işə gəlmədiyindən Lerik rayon Qələbin kənd natamam orta məktəbində akt tərtib olunmuşdur.İddiaçı özü 23 avqust 2022ci il tarixdə məktəbin dirüktoruna ərizə ilə müraciət edərək işdən azad olunmasını bildirmişdir.Məktəbin direktorunun 23 avqust 2022-ci il tarixli 58 nömrəli əmri ilə iddiaçı işdən azad edilmişdir.Məhkəmə belə qənaətə gəlir ki, hazır ki iddia tələbi ilə iddiaçının işə bərba olunmasıcavabdehin və maraqlı şəxsin hüquqlarının pozulması kimi qiymətləndirilir.Belə ki, iddiaçı özü könüllü şəkildə 23 avqust 2022-ci il tarixdə işdən azad olunması barədə məktəb direktoruna ərizə ilə müraciət etmiş və ərizəsində işdən çıxarılma tarixini də göstərmişdir.Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilmişdir.Ona görədə iddiaçının işə bərpa tələbi əsassızdır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, hazırkı iş üzrə İddiaçı işə görtürənin əmrin məzmununda həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydasında nəzərdə tutulmuş Əmək Məcəlləsinin müvafiq maddəsi,hissəsi və bəndi yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» göstərilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tam olaraq qanunidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddəyə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin hüququ deyil, vəzifəsidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə görə həmin maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 74-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, İddiaçı X2 cavabdeh Lerik rayon Qələbin kənd natamam orta məktəbinə və Maraqlı şəxs Azərbaycan RespublikasıTəhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil idarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı X4 cavabdeh Lerik rayon Qələbin kənd natamam orta məktəbin və maraqlı şəxs Azərbaycan RespublikasıTəhsil Nazirliyinin Lənkaran-Astara Regional Təhsil idarəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-187/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-187/2023
20.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver