Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-187/2025 07.10.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “torpaq sahəsindən çıxarılma və ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2n oğlu və X4 JN-127 KOD 80316108 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən ona və ailə üzvlərinə məxsus zəbt etdikləri torpaq sahəsindən çıxarılaraq 2,61 hektar torpaq sahəsinin ona təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli, 49 saylı qərarı ilə ona və ailə üzvlərinə Lerik rayonunun Züvüç kəndi ərazisində 2,61 hektar pay torpaq sahəsi verilmiş və Torpağa Mülkiyyət Hüququna dair JN-127 KOD 80316108 saylı dövlət aktı yazılmışdır. Lakin 1999-cu ildən, yəni kənddə torpaq islahatı aparıldığı vaxtdan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 tərəfindən mükiyyətində olan həmin torpaq sahəsi bütövlükdə zəbt olunmuşdur. Onların hər biri ailənin ümumi mlkiyyətindəki torpaq sahəsinin bir hissəsini zəbt edərək oradan əkinçilik və biçənək kimi istifadə edirlər. 1999-cu ildən indiyə kimi dəfələrlə zəbt olunmuş mülkiyyətində olan torpaq sahəsindən çıxmağı və torpağından istifadə etməməyi cavabdehlərdən tələb etmiş, lakin onlar tələbinə heç bir əhəmiyyət verməmişlər. Cavabdehlər ailənin ümumi mülkiyyətində olan torpağı zəbt edərək istifadə etməyi davam etdirirlər. O, dövlət tərəfindən ailəsinə verilən pay torpaq sahəsindən istifadə etməyinə köməklik göstərilməsi barədə dəfələrlə rayon torpaq və xəritəçəkmə şöbəsinə və digər təşkilatlara müraciət etsə də, nəticəsi olmamışdır. Ona görədə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbi həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehlərin torpaq sahəsindən çıxarılması və ona məxsus torpaq sahəsinin uzun müddət istifadə etdiklərinə görə cavabdehlərdən 2000 (iki min) manat ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X9 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, o Bakı şəhəri, Abşeron rayonu, Qobu qəsəbəsində oğlu Eminlə birgə yaşayır. O, yay aylarında istirahət etmək üçün kəndə gəlir, təsərüffatı olmadığı üçün heç bir torpaq sahəsindən istifadə etmir. Ona görə də Züvüç kənd sakini İddiaçı onun barəsində qaldırdığı torpaq iddiası əsassızdır. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçının torpaq sahəsinin bir hissəsinin əkinçilik və biçənək kimi onun istifadə etməsi yanlışdır. Həmin torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçının göstərdiyi torpaq sahəsi onlarda torpaq islahatı tam başa çatmadığı üçün kəndlər arası münaqişə yaranmasın deyə Lerik rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən kənd əhalisinə adambaşına 5 (beş) sot olmaqla istifadə üçün verilmişdir. Həmin torpaq sahəsi Lerik rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən mərhum əmisi X2 verilmişdir. Hazırda boş qalmış torpaq sahəsi kənd sakinləri tərəfindən ehtiyac səbəbindən əkin sahəsi kimi istifadə olunur. İddiaçının ərizəsinə 2017-ci il tarixində baxılmışdır, məhkəmədə bir iddia ərizəsinə ikinci dəfə baxmaq mümkün olmadığı üçün kiminsə göstərişi ilə cavabdehin dəyişməsi ilə iddiaçı ərizəsini təzələmişdir. Yanlış olaraq İddiaçı onu bu iddia ərizəsi üzrə cavabdeh kimi göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş **********0 qeydiyyat nömrəli (reyestr nömrəsi **********02) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Züvüc kəndində yerləşən 2,4012 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla İddiaçı Balağlan oğlu, X5, X10, X11, X7, X8, X12, X14 və X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-127 nömrəli, Kod 80316108 olan Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinin adına Lerik rayon Aqrar İslahat komissiyasının 1999-cu il 01 mart tarixli qərarı ilə Lerik rayonu, Züvüc kəndində 2,61 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli 10/4289 saylı rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 10.06 2025-ci ii tarixli, 3-21 -3-43/2-1795/2025 saylı mütəxəssis rəyinə əsasən araşdırma zamanı torpaq islahatı zamanı İddiaçı və ailə üzvlərinin adına Lerik rayon Aqrar İslahat Komissiyasının 01 03.1999-cu il tarixli, 49 saylı Qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən JN-127, Kod 80316108 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi işlənilmişdir. Sözügedən 2,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan naturaya uyğun gəlməyən torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin 2,61 ha torpaq sahəsinin kompleks yerquruluşu layihəsinə əsasən məhkəmə predmeti olan mübahisəli ərazidən orta hesabla 120 m məsafə fərqi ilə kənarda yerləşməsi müəyyən olunmuşdur. Araşdırma zamanı İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 2,61 ha torpaq sahəsinin Lerik rayonu, Züvüc kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində (Torpaqların elektron kadastr uçotu informasiya sistemində) hüquqmüəyyənedici sənəddə qeyd edilən sahə ölçüsündən az olmaqla (hüquqmüəyyənedici sənəd üzrə 2,61 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemində 2,4012 ha) faktiki vəziyyətə uyğun öz əksini tapması müəyyən olunmuşdur. Qeyd olunan 2,4012 ha torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış və xx.xx.2024- cü il tarixli, **********02 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına uyğun tərtib olunmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2024-cü il tarixli, **********02 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,4012 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-1795/2025 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2024-cü il tarixli, **********02 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,4012 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0,46 ha hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2n oğlu və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-127 KOD 80316108 saylı Torpağa Mülkiyyət Hüququna X24 əsasən ona və ailə üzvlərinə məxsus cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılaraq 2,61 hektar torpaq sahəsinin ona təhvil verilməsi və onlardan 2000 (iki min) manat ziyanın tutularaq ona ödənilməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən araşdırma zamanı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2024-cü il tarixli, **********02 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,4012 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0,46 ha hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində ona məxsus torpaq sahəsinin cavabdeh X9 tərəfindən də zəbt edildiyini bildirsə də, Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 10/4289 saylı rəyinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2024-cü il tarixli, **********02 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,4012 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsinin Cavabdeh1 tərəfindən, 0,46 ha hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X6 aid hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər tərəfindən torpaq sahəsindən istifadəyə görə ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı torpaq sahəsindən cavabdehlər tərəfindən istifadəyə görə maddi zərər dəyməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət A ktı” əsasında) və xx.xx.2024-cü il tarixli, **********02 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçusü”nə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,4012 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsi Cavabdeh1 və 0,46 ha hissəsi isə Cavabdeh2 zəbtindən azad edilərək boşaldılmalı və torpaq sahəsi İddiaçı qaytarılmalı, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri cavabdehlərə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa (ilkin hüquqmüəyyənedici sənəd JN-127 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında) və xx.xx.2024-cü il tarixli, **********02 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçusü”nə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2,4012 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsi Cavabdeh1 və 0,46 ha hissəsi isə Cavabdeh2 zəbtindən azad edilərək boşaldılsın və torpaq sahəsi İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №2(048)-187/2025
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-187/2025
07.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver