Məhkəmə qərarları › İş №2(048)-20/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-20/2023

09.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-20/2023 09.08.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı1 və X1 iştirakları ilə, İddiaçı1 və X1 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 qarşı həyatyanı torpağ sahəsinə gedən maşın yolunun açılması və zəpt edilmiş torpaq sahəsinin asudələşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı1 və X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 tərəfindən Lerik rayonu Ağ-Qışlaq kəndimdə yaşadığı fərdi yaşayış evinə gələn piyada və avtomobil yolunun açılması və asudələşdirilməsi eləcədə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar həyatyanı torpaq sahəsinə 1965-ci ildə yol çəkərək, orada fərdi yaşayışe vi tikmişlər.Orada əvəllər də piyada və maşın yolu olmuşdur.Həmin sahədə ev tikib yaşasalarda, onlardan sonra qonşuluqda ev tikən cavabdehlər yaxınlarda onların evinə gələn həmin piyada və maşın yolunu zəpt etmişlər və hazırda həmin yoldan istifadə edirlər.Dəfələrlə aidiyyəti orqanlara bu barədə müraciət etsə də bir nəticəsi olmamışdır. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı1 və X4 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16854 saylı qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 19 iyul 2023-cü il tarixli 10/3034 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2-1572/2023 saylı mütəxəssi rəyinə əsasən, iddiaçılar İddiaçı1 və X3 məxsus Lerik rayonunun Ağqışlaq kəndində yerləşən həyatyanı torpaq sahəsinə gediş-gəliş yolunun ( maşın yolunun) mövcud olması müəyyən edilmişdir Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3-43/2- 1572/2023 saylı mütəxəssi rəyinə əsasən, iddiaçılar İddiaçı1 və X3 məxsus Lerik rayonunun Ağqışlaq kəndində yerləşən həyatyanı torpaq sahəsinə gediş-gəliş yolunun ( maşın yolunun) cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 tərəfindən tutularaq istifadə edilməsi müəyyən olunmuşdur.Cavabdehlər tərəfindən istifadə edilən gediş-gəliş yolunun uzunluğunun orta hesabla 44 metr, eninin 4.5-5 metr olması müəyyən olunmuşdur. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin məhkəmə iddiaçının maddi ziyanla bağlı hissəsi üzrə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəfindən ona maddi ziyan vurulması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim olunmudur. Ona görə də məhkəmə hesab edir ki, iddianın tələbi maddi ziyanla bağlı hissəsi də qismən təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməklə, İddiaçı1 və X3 məxsus Lerik rayonu Ağ-Qışlaq kəndində yaşadığı fərdi yaşayış evinə gələn piyada və avtomobil yolunun cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 tərəfindən açılmalı və maşın yolu asudələşdirilərək iddiaçıların istifadəsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Əlavə olaraq cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı1 və X3 məxsus Lerik rayonu Ağ-Qışlaq kəndində yaşadığı fərdi yaşayış evinə gələn piyada və avtomobil yolunun cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 tərəfindən açılmalı və maşın yolu asudələşdirilərək iddiaçıların istifadəsinə verilsin. iddiaçılar tərəfindən ödənilmiş100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 tutularaq iddiaçılar İddiaçı1 və X3 ödənilsin. Əlavə olaraq cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 Balali oğlu və Cavabdeh4 ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar