Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-205/2023 06.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 ,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Samıyeli oğlu və Cavabdeh5 qarşı mülkiyyətdə olan torpaq sahəsindən istifadənin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik rayonu Əvilə kəndində xüsusi mülkiyyətdə olan ,İddiaçı adına 0.259914 ha torpaq sahəsindən istifadə cavabdehlər Cavabdeh1,Cavabdeh2 ,Cavabdeh3,Cavabdeh4 Samıyel oğlu və Talıbov Nəzakət oğluna qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 06 mart 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahış etmişdir. Cavabdehlər Cavabdeh1 ,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Samıyeli oğlu və Cavabdeh5 iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədilər. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 ,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 Samıyeli oğlu və Cavabdeh5 qarşı mülkiyyətdə olan torpaq sahəsindən istifadənin qadağan edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-205/2023
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-205/2023
06.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver