Məhkəmə qərarları › İş №2(048)-211/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-211/2024

20.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-211/2024 20.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh Mastail kənd orta məktəbin direktoru Cavabdeh2 Maraqlı şəxs Cavabdeh1 nümayəndəsi X1 iştrakı ilə, İddiaçı cavabdeh Mastail kənd orta məktəbin direktoru Cavabdeh2, maraqlı şəxs Cavabdeh1 və 3-cü şəxs X5 Xidmətinə qarşı işə bərpa edilməklə iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət cavabdeh Mastail kənd orta məktəbin direktoru Cavabdeh2 tərəfindən onu qanunsuz işdən çıxarılmağına görə maraqlı şəxs X6 Təhsil İdarəsi İşdən çıxarıldığı günün sonrakı günündən yəni 01 may 2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədəbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, orta təhsillidir. O, Mastail kənd orta məktəbində 2010-cu ildən xadimə vəzifəsində çalışmışdır. 2016-cı ildən isə üşaq bölmə rəhbəri vəzifəsində işləmişdir. Cavabdehlə arasında 2016-cu il tarixdə əmək müqaviləsi bağlanaraq uşaq bölmə rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Sözü gedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən ona hər ay kartdan çıxarılmaqla 450 manat məbləğdə əmək haqqı ödənilmişdir.2023-cü ilin aprel ayında başqa vəzifəyə keçməklə ona uşaq bölmə rəhbəri vəzifəsindən öz ərizəsi ilə çıxmağı təklif etmişlər. O, Cavabdeh1 bu təklifinə inanaraq ərizə verməyə razılıq vermişdir. Cavabdeh1 onu başqa işə keçməyini gözlə deməklə onun əmək müqaviləmə xitam verilməsi barədə Lerik rayon Mastail kən orta məktəbin direktoruna göstəriş vermişdir.Məktəbin direktoru Cavabdeh2 01 may 2023-cü il tarixli əmri ilə onu işdən azad etmişdir.Lakin həmin əmrin sürəti ona təqdim edilməmişdir.Bu səbəbdən o, məhkəməyə müraciət edə bilməmişdir. 2023-cü ilin dekabr ayında ona işdən çıxma barədə əmrin sürətin poçt vasitəsiylə göndərmişlər.Cavabdeh Lerik rayon Mastail kənd tam orta məktəbin direktoru tərəfindən o, qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni 01 may 2023-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqlnı ödəməyə borcludur.Bütün bunları nəzərə alaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Lerik Rayon Mastail kənd orta məktəbinin direktoru X2 məhkəmə iclası zamanı iddiaçının iddiasın qəbul edərək bildirmişdir ki, iddiaçının işə bərpa olunmasına heç bir etirazının olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Cavabdeh1 nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki,Mastail kənd məktəbinin direktoru Cavabdeh2dur.Onun qızı İddiaçı atasının bir başa tabeçiliyində məktəbdə xadimə sonra isə uşaq birliyinin rəhbəri vəzifəsində çalışmışdır.Korrupsiya haqqında AR qanununun 7-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları bilə vasitə onların tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.İddiaçının işə qəbul və işdən azad edilməsi məktəbin direktorunun səlahiyətindədir.Buna gördə direktor ilkin olraq haqlı şəkildə əmr verərək işçini işdən kənarlaşdırmışdır.Bütün bunları nəzərə alıb iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinin sürətindən görünür ki, İddiaçı 07 aprel 2023-cü il tarixdə bşqa işə keçirməklə 01 may 2023-cü il tarixdən X4 rəhbəri vəzifəsindən azad edilməsi üçün məktəbin direktoruna ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon Mastail kənd tam orta məktəbinin direktorunun 01 may 2023-cü il tarixli 37 saylı əmrdən görünür ki, məktəbin X4 rəhbəri İddiaçı ilə bağlanmış bağlanmış əmək müqaviləsinə iddiaçının ərizəsi nəzərə alınmaqla AR-nın Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 01 may 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Əmək müfəttişliyinin MN №0020828 nömrəli qərarın sürətindən görünür ki, Mastail tam orta məktəbinin direktoru Cavabdeh2 İddiaçı əmək müqaviləsinə xitam verilərkən AR-nın Əmək məcəlləsinin 69-cu maddəsinin 1-ci hiəssəsinin , 76-cı maddəsinin 2-ci hissəsinin və 84-cü maddənin 1-ci hissəsinin tələblərin pozduğu üçün 1500 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, hazırkı iş üzrə iddiaçı Könül Ramazanov barəsində işə görtürən tərəfindən Əmək müqaviləsinə Xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 69-cu maddəsinin göstərilməsi və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassızdır. Həmin maddəyə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bundan əlavə İddiaçı işdən azad olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hiəssəsinin,76-cı maddəsinin 2-ci hissəsinin və 84-cü maddənin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin hüququ deyil, vəzifəsidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə görə həmin maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla bütün fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 74-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin qeyd hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «Dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı 2010-cu il tarixdən Mastail kənd tam orta məktəbində xadimə 2016-cı ildən isə həmin məktəbdə X4 rəhbəri vəzifəsindən çalışməşdır.2023-cü il tarixdə ona başqa işə keçmək şərti ilə öz ərizəsi ilə işdən azad olunması bildirilmişdir.İddiaçı 01 may 2023-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir.Lakin bir müddət keçsədə iddiaçı heç bir işə təyin olunmamışdır. Məhkəmə bütün iş materialların nəzərdən keçirib belə qənaətə gəlir ki, İddiaçı işə bərpa olunmasına Mastail kənt tam orta məktəbin direktorun heç bir etirazı olmadığından iddiaçı işə bərpa olmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı Lerik Rayon Mastail kənd tam orta məktəbinin X4 rəhbəri vəzifəsindən azad edilməsi barədə Lerik Rayon Mastail kənd tam orta məktəbinin direktorunun 01 may 2023-cü il tarixli 37 saylı əmri etibarsız hesab edilməli, İddiaçı məktəbin X4 rəhbəri vəzifəsinə işinə bərpa edilməli və məcburi iş buraxma günləri üçün 01 may 2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Lerik Rayon Mastail kənd tam orta məktəbinin X4 rəhbəri vəzifəsindən azad edilməsi barədə Lerik Mastail kənd tam orta məktəbinin direktorunun 01 may 2023-cü il tarixli 37 saylı əmri etibarsız hesab edilsin. İddiaçı Lerik Rayon Mastail kənd tam orta məktəbinə X4 rəhbəri vəzifəsi işinə bərpa edilsin. Məcburi iş buraxma günləri üçün 01 may 2023-cü il tarixdən icra sənədinin icra olunduğu günə qədər bütün müddət üçün əmək haqqı alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar