Məhkəmə qərarları › İş №2(048)-226/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-226/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-226/2023 28.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq fizuli oğlunun katibliyi, Ərizəçi X2, Maraqlı şəxs rəisi X3 iştirakları ilə Ərizəçi X2 valideyinlərinin və doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixdə doğulmuş X4 Bakı şəhəri, Binə qəsəbəsi, X5 anadan olması, 24 avqust 2015-ci il təvəllüdlü X4 valideyinləri atası X7 anası X12 olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1983-cü iltarixdə Lerik rayonunda anadan olmuşdur.2009-cu il tarixdə X12 ilə rəsmi olaraq nikaha daxil olaraq ailə həyatı qurmuşlar.Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2010-cu il təvəllüdlü X9 doğum evində anadan olmuşdur. Onlar üçün doğum haqqında şəhadətnamə götürmüşlər.Digər övladları xx.xx.2015-ci il təvəllüdlü X13 24 avqust 2015-ci ildə ev şəraitində doğulmuşdur. X13 24 avqust 2015-ci ildə ev şəraitində anadan olduğundan onun üçün doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Maraqlı şəxsnə bu barədə müraciət etsədə ona doğum haqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıdır. Ərizəçi X7 məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etdi. Maraqlı şəxs rəisi X10 məhkəmə iclası zamanı ərizəçi X2 doğum faktının müəyyən edilməsinə dair ərizəsinin qanunamüvafiq qaydada baxılmasına etirazının olmadığını bildirdi. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X1 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, həqiqətəndə 24 avqust 2015-ci il təvəllüdlü X13 adlı uşağ Bakı şəhəri, Binə qəsəbəsi, X5 ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 şahid X1 ilə eyni məzmunlu izahat verdi. İş materiallarına əlavə edilmiş; Nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi ilə X12 arasında 07 oktyabr 2009-cu il tarixdə Maraqlı şəxsndə bağlanmış 176 saylı nikah qeydi vardır. Lerik Rayon Mərkəzi X11 şəxsi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli 109 saylı məktubdan görünür ki, 24 avqust 2015-ci il təvəllüdlü X13 həkim müayinəsindən keçirilmiş və kliniki sağlamdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi 2009-cu il tarixdə X12 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər.Həmin Nikahlardan üç uşaqları doğulmuşdur. xx.xx.2009-cu il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X9 doğum evində anadan olmuşdur.İki övladları Mehman və Nərmin üçün doğum haqqında şəhadətnamə götürmüşlər.Digər övladları xx.xx.2015-ci il təvəllüdlü X13 adlı uşağları ev şəraitində anada olmuşdur. Uşağın doğumu haqqında heç bir qeydiyyat aparılmadığından uşaq üçün doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçiyə Maraqlı şəxs tərəfindən imtina məktubu təqdim olunaraq bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Faktın müəyyən edilməsi ərizəçiyə uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2015-ci il tarixdə doğulmuş X4 Bakı şəhəri, Binə qəsəbəsi, X5 anadan olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X12 ilə X2 birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş X4 Bakı şəhəri, Binə qəsəbəsi, X5 anadan olması faktı müəyyən edilsin. Uşağın adı « Həsən », soyadı « Ağayev », atasının adı «Mehman», anasının adı «Naidə», valideynləri-atası X7, anası X12, doğulduğu tarix «xx.xx.2015-ci il», doğulduğu yer « Bakı şəhəri, Binə qəsəbəsi, X15» yazılmaqla müvafiq qeyd aparılsın. Həmin uşağın adına doğum haqqında şəhadətnamə verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar