Məhkəmə qərarları › İş №2(048)-228/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-228/2023

16.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-228/2023 16.03.2023 LERİK RAYON MƏHKƏMƏSİ X11 Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh və maraqlı şəxslər Azəriqaz İB-nin X12 Sahəsi və X4rşı komunal xidmətlərdən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması və yeni sayğacların quraşdırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzüvlərinin yaşadığı fərdi yaşayış evində olan komunal xidmətlərdən su, qaz və işıqdan istifadə etməsi faktının müəyyən olunması, Azəriqaz İB-nin X12 Sahəsi və X10 tərəfindən İddiaçı Elşat oğlunun vəsaiti hesabına yeni sayğacların quraşdırılmasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə valideyinlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır.Anası Cavabdeh ilə həyat yoldaşının münasibətləri olmadığı üçün, fərdi yaşayış evi iki hissəyə bölünmüşdür.Evin bir hissəsində o, öz ailəsi ilə birlikdə digər hissəsində isə anası Nəibə Rəsulova yaşayır. Azəriqaz İB-nin X12 Sahəsi tərəfində evdə quraşdırılmış qazsayğacı anasının adına olduğundan sərfiyatın çox gəlməsini əsas götürərək onlara istifadə etməyə imkan vermir.Anası tərəfindən mütəmadi otağa gələn qaz xətti söndürülür.Hazırda evinə qaz və elektrik xətlərinin quraşdırılması zərurəti yaranmışdır.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdi ki, iddiaçının iddia etdiyi birgə itifadələrində onun mülkiyyətində olan fərdi yaşayış evinə əlavə olaraq iddiaçı üçün qaz və elektrik xətlərinin çəkilməsinə etirazı yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər Azəriqaz İB-nin X12 Sahəsi və X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarına əlavə edilmiş Lerik RİHB-nın Lerik Şəhəri İnzibati Ərazi Dairəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda iki hissəyə bölünmüşdür.Fərdi yaşayış evinin iki girişi vardır.Evin bir hissəsində Cavabdeh digər hissəsində İddiaçı ailəsi ilə birlikdə yaşayır.Fərdi yaşayış evində 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik sayğacı və 1 ədəd su sayğacı vardır.Qaz və elektrik sayğacı Cavabdeh adına su sayğacı iıə İddiaçı adınadır. İş materillarına əlavə edilmiş Lerik RİHB-nın Lerik Şəhəri İnzibati Ərazi Dairəsinin nümayəndəliyi tərəfindən 22 dekabr 2022-ci il tarixli 830 saylı arayışın sürətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materillarına əlavə edilmiş Lerik RİHB-nın Lerik Şəhəri İnzibati Ərazi Dairəsinin nümayəndəliyi tərəfindən 22 dekabr 2022-ci il tarixli831 saylı arayışdan görünür ki, İddiaçı, X2( arvadı) X1 (oğlu), X3(qızı) və Cavabdeh (anası) adda ailə üzüvləri vardır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı ailəsi ilə birlikdə valideyinlərinə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır.Cavabdeh ilə iddiaçının həyat yoldaşının münasibətləri olmadığı üçün, fərdi yaşayış evi iki hissəyə bölünmüşdür.Evin bir hissəsində iddiaçı öz ailəsi ilə birlikdə digər hissəsində isə cavabdeh Nəibə Rəsulova yaşayır. Azəriqaz İB-nin X12 Sahəsi tərəfində evdə quraşdırılmış qazsayğacı cavabdeh Nəibə Rəsulovanın adına olduğundan cavabdeh sərfiyatın çox gəlməsini əsas götürərək komunal xidmətlərdən iddiaçıya və ailə üzüvlərinə istifadə etməyə imkan vermir.Cavabdeh tərəfindən mütəmadi otağa gələn qaz xətti ilə gələn qaz kəsilir.Ona görə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmə belə heasab edir ki, hazır ki, tələb üzrə iddiaçının iddia etdiyi mənzilə komunal xidmətlərin onun üçün ayrıca olaraq çəkilməsi və cavabdeh tərəfin buna heç bir etiraz etməməsi iddianın təmin olunması üçün heç bir ziddiyyət yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməklə İddiaçı ailə üzüvləri ilə birlikdə Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evində olan koomunal xidmətlərdən su,qaz, işiqıqdan istifadə etmək hüququ müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ailə üzüvləri ilə birlikdə Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində koomunal xidmətlərdən su,qaz və işiqıqdan istifadə etməsi müəyyən edilsin. Əlavə olaraq Azəriqaz İB-nin X12 Sahəsi və X10 tərəfindən İddiaçı şəxsi vəsaiti hesabına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qaz, elektrik xətlərinin çəkilməsi və sayğaclarının quraşdırılması təmin oulnsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar