Məhkəmə qərarları › İş №2(048)-23/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-23/2025

09.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-23/2025 09.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Maşallah oğlunun, Maraqlı şəxs Əliabad kənd bələdiyyəsinin sədri X2 iştirakları ilə, İddiaçı Cavabdeh Maşallah oğluna (Lerik rayonu Əliabad Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *0 saylı Lənkəran Ərazi İdarəsi maraqlı şəxs kimi qeyd edilən) qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Maşallah oğluna (Lerik rayonu Əliabad Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *0 saylı Lənkəran Ərazi İdarəsi maraqlı şəxs kimi qeyd edilən) qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bələdiyyə mülkiyyətindən ona və ailə üzvlərinə ayrılmış *,74 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik rayonunun Əliabad kəndində torpaq islahatı aparılan zaman ona və ailə üzvlərinə kəndin ərazisində 4 fərqli yerdə torpaq sahəsi verilmişdir. İslahat aparılan zaman ailə üzvləri 9 nəfərdən ibarət olumuşdur. Ona və ailə üzvlərinə birlikdə 5,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri 2,57 ha, 0,33 ha, 0,76 ha və *,74 ha bələdiyyəyə məxsus torpaq sahəsi olmaqla 4 hissədən ibarətdir. Kənddə torpaq islahatı aparılan zaman ona və ailə üzvlərinə pay torpaq sahəsi çatmadığından *,74 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindən onlara pay torpaq sahəsi kimi ayrılmışdır. Lakin Cavabdeh Maşallah oğlu uzun müddətdir ki, bələdiyyə mülkiyyətindən onlara ayrılmış *,74 ha torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Hazırda sözügedən torpaq sahəsi Cavabdeh Maşallah oğlunun istifadəsindədir və onların həmin torpaq sahəsindən istifadə etməyinə imkan vermir. Bir neçə dəfə həmin torpaq sahəsini boşaldılmasını ona desə də o “mən bu torpaq sahəsini icarəyə götürmüşəm” deyərək müxtəlif bəhanələr gətirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Maşallah oğlu iddia tələbini qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin Lerik rayonu Əliabad Bələdiyyəsinin ehtiyat fondu torpaq sahəsinə aid olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Əliabad kənd bələdiyyəsinin sədri X3 iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin Lerik rayonu Əliabad Bələdiyyəsi ehtiyat fondu torpaq sahəsinə aid olduğunu, кənddə torpaq islahatı aparılan zaman iddiaçı və onun ailə üzvlərinə pay torpaq sahəsi çatmadığından bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən *,74 ha torpaq sahəsi onlara pay torpaq sahəsi kimi ayrıldığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs *0 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in *85.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından olan Torpağa mülkiyyət hüququna dair JN-0048 nömrəli, Kod 803*3028 olan Dövlət Aktından görünür ki, İddiaçı və ailə üzvlərinin adına Lerik rayon Aqrar İslahat komissiyasının 2000-ci il 28 mart tarixli qərarı ilə Lerik rayonu, Əliabad kəndində 5,4 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışlardan görünür ki, İddiaçı və ailə üzvlərinini mülkiyyətində Lerik rayonu, Əliabad kəndi ərazisində 0,7682 ha, 2,5753 ha və 0,337 ha torpaq sahələri vardır. Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2024-cü il tarixli *0/750* saylı rəyindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi *0 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-2*-3-43/2-2697/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki *,72 ha hissəsinin bütövlüklə Cavabdeh Maşallah oğlu tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin *57.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin *57.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin ***-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus pay torpaq sahəsinin Cavabdeh Maşallah oğlunun zəbtindən azad edilməsi xahiş edir. İş üzrə ekspert rəyinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli ərazidəki *,72 ha hissəsinin bütövlüklə Cavabdeh Maşallah oğlu tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in *4.2, 77.*, 77.2, 88 və 2*7.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh Maşallah oğlu tərəfindən faktiki istifadə edilən *,72 ha hissəsi zəbtdən azad edilərək boşaldılmalı və İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh Maşallah oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9, 2*6-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 63 saylı qərarı əsasında JN-0048 (KOD 803*3028) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Əliabad kəndi ərazisində yerləşən 5,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh Maşallah oğlu tərəfindən faktiki istifadə edilən *,72 ha hissəsi zəbtdən azad edilərək boşaldılsın və İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh Maşallah oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN*70032662*; AZ34CTRE**********000208850*, X*, KOD2*0005; VÖEN*40*55507*; Müxbir hesAz4*NABZ0*360***********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar