Məhkəmə qərarları › İş №2(048)-236/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-236/2023

23.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-236/2023 23.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5, Cavabdeh Lerik Rayon X3 Maqsud Ağayevin iştirakları ilə, İddiaçı cavabdeh Lerik Rayon Mərkəzəzi X2rşı Direktorun 18 oktyabr 2022-ci il tarixli əmək fəaliyyətinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və əvvəlki işlədiyi Lerik Rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyyətinin paltaryuyan vəzifəsinə qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lerik Rayon Mərkəzi Xəstəxanasının “Publik Hüquqi şəxsin” direktorunun 18 oktyabr 2022-ci iltarixli əmək fəaliyyətinə xitam verilməsi barəsində əmrin ləğv edilməsi və onun əmək vetranı Ali dövlət mükafatı ordenli, uzun illər ictimai əməklə məşğul olduğunu nəzərə alaraq əmək faliyyətinin əvvəllər işlədiyi Lerik rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyyətində paltaryutan vəzifəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ali dövlət mükafatı olan ordenli qəhraman anadır.Lerik Rayon Mərkəzi X1 65 yaşı tamam olduğu üçün 18 oktyabr 2022-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.Lakin o, 30 dekabr 2022-ci il tarixdə X9 ərizə ilə müraciət etsədə baş həkim buna heç bir məhəl qoymamışdır.Ona görə də hazırkı iddia tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Lerik Rayon X3 Maqsud Ağayev məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının 65 yaşı tamam olduğu üçün Az Res əmək məcəlləsinin 70ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə tam olaraq qanuni şəkildə xitam verilmişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilmsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 10-1.1-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3-cü maddəsinə əsasən Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.5-ci maddəsinə əsasən Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanılır. 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 11-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqları sırasında qeyd edilmişdir. Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda olarla bağlanmış əmək müqaviləsina xitam verilir. Məhkəmə tərəfləri dinləyib,iş materialların araşdıraraq belə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam olaraq qanunidir.Məhkəmə iclasında tərəflərin izahatından görünür ki, iddiaçının 65 yaşı tamam olmuşdur.Əmək mübaavilrinin uzadılmasına o, halda icazə verilir ki işçinin elm, mədəniyyət, səhiyyə və təhsil sahəsində çalışan 65 yaşına catmış xüsuai xidmətləri olmuş işçilərin əmək müqaviləsinin olması zərurəti olsun.Ona görədə məhkəmə belə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Lerik Rayon Mərkəzi Xəstəxanasının “X10rşı” direktorun 18 oktyabr 2022-ci iltarixli əmək fəaliyyətinə xitam verilməsi barəsində əmrin ləğv edilməsi və onun əmək vetranı Ali dövlət mükafatı ordenli, uzun illər ictimai əməklə məşğul olduğunu nəzərə alaraq əmək faliyyətinin əvvəllər işlədiyi Lerik rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyyətində paltaryutan vəzifəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Lerik Rayon Mərkəzi Xəstəxanasının “X10rşı” direktorun 18 oktyabr 2022-ci iltarixli əmək fəaliyyətinə xitam verilməsi barəsində əmrin ləğv edilməsi və onun əmək vetranı Ali dövlət mükafatı ordenli, uzun illər ictimai əməklə məşğul olduğunu nəzərə alaraq əmək faliyyətinin əvvəllər işlədiyi Lerik rayon Mərkəzi xəstəxanasının təsərrüfat heyyətində paltaryutan vəzifəsinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar