Məhkəmə qərarları › İş №2(048)-258/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-258/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-258/2025 06.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elburus oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakların evdən çıxarılması” tələbinə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən Cavabdeh məxsus cehiz əmlakların evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia iddia tələbin onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yaşayır. Şəhid həyat yoldaşı, əri X11 1-ci Qarabağ müharibəsində qəhrəmanca şəhid olmuşdur.Hazırda yaşadığım ev Lerik RİH-nin 19 fevral 2008-ci il tarixli 17 nömrəli sərəncanına əsasən şəhid ailə üzvlərinə verilmiş umumi sahəsi 65.4 kv m yaşayış sahəsi 45.5 kv m ibarətdir.Həyat yoldaşı X1 rayonu uğrunda gedən döyüşlərdə xususi şucayyət göstərərək qəhrəmancasına 06 mart 1994 -ci il tarixində şəhid olmuşdur. Ondan yadigar qalan övladlarını min bir əzabla böyüdümüşdür.X5 cavabdeh X6 ilə nikahlarını 06 sentyabr 2018-ci il tarixdə 48 sayla Lerik Rayon Qeydiyyta Şöbəsində qeyd etdirməklə ailə həyatı qurmuş, cavabdeh onun adına olan ünvan 2 ünvanında yerləşən evinə gəlin köçüb, həmin evə özünə məxsus müxtəlif cehiz əşyalarını yığmaqla X5 və onunla birlikdə həmin evdə yaşamışlar. Keçmiş gəlini Cavabdeh oğlu X7 xəyanət etməsi səbəbindən oğlu Lerik rayon məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmiş, məhkəmənin 20 oktyabr 2023cü il tarixli 2(048)-469/2023 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, X12 ilə X6 arasında 06 sentyabr 2018-ci il tarixde 48 sayla X18 şöbəsində qeyd edilmiş nikah qeydi pozulmüş və birgə nikahdan olan 18 yanvar 2021-ci il tarixdə doğulmuş X10 adlı uşaq atası X8, 13 yanvar 2022-ci il tarixdə doğulmuş X13 adlı uşaq anası X2 yanında qalması qət edilmişdir. Artıq Cavabdeh, X5 ilə ailə münasibətləri heç cür bərpa edilə bilməz. Cavabdeh valideynlərinin yanına qayıtmasından uzun müddət keçməsinə baxmayaraq gəlin köçdüyü vaxt gətirdiyi cehiz əmlakların ona məxsus evində saxlamışdır. Dəfələrlə cavabdehə cehiz əmlakların gəlib götürməsini tələb etsə də, heç bir nəticə verməmişdir. Hazırda mülkiyyətçi kimi yaşadığı evdən tam sərbəst istifadə edə bilmir. Cavabdeh özünə məxsus cehiz əmlaklarının onun evində saxlamaqla onun və ailə üzvlərinin həmin evdən sərbəst istifadə etməyinə mane olur. Cavabdeh onun evinə gəlin gələrkən özü ilə gətirmiş olduğu cehiz əmlaklar aşağıdakı kimidir-servant 2 ədəd, Paltar şkafı 1 ədəd, Termo (Güzgü) 1ədəd, Televizor altı 1 ədəd, Yataq taxt 1 ədəd, Tumba 2 ədəd, Uşaq çarpayısı 1 ədəd, Stol iri 1 ədəd, Stol jurnalni 1 ədəd, stul 6 ədəd, Divan 1 ədəd, kreslo 2 ədəd, Kuxna mebeli 1 dəst, Sandıq 1 ədəd, televizor 1 ədəd, peçka 1 ədəd, paltar yuyan 1 ədəd, tozsoranı ədəd, ət çəkən 1 ədəd, tefal çaynik 1 dəst, lüstür 1 ədəd, gecə işığı 1 ədəd, ütü stolu 1 ədəd, saat 1 ədəd, döşək 6 ədəd, yorğan 5 ədəd, balış 10 ədəd, nalça 10 ədəd, ədyal 2 ədəd, ədyal uşaq üçün 1 ədəd, Yorğan döşək balış uşaq üçün 1 ədəd, çxol mələfə 10 ədəd, mələfə 2 ədəd, balış çxolu 4 ədəd, taxt üstü 1 ədəd, skater 4 ədəd, skater jurnalni 1 ədəd, süfrə 3 ədəd, çay dəsmalı 12 ədəd, əl dəsmalı 14 ədəd, hamam dəsti 3 ədəd, pərdə atlas 3 ədəd, qarniz 3 ədəd, xalça 3 ədəd, divan üstü 1 ədəd, kreslo üstü 2 ədəd, uşaq üçün hamam dəsti 1 ədəd, ləyən 2 ədəd, qazan dəsti şirəli 3 ədəd, tefal qazan dəsti 1 ədəd, ləpəçəkən 1 ədəd, limon qabı 12 ədəd, duz qabı 12 ədəd, nəlbəki armudu 12 ədəd, nəlbəki iri 18 ədəd, stakan iri 18 ədəd, stəkan armudu 12 ədəd, qaşıq dəsti çamadan 1 ədəd, lampa 1 ədəd,-çömçə nabor 1 ədəd, aşsüzən 2 ədəd, tas nikelıni 1 ədəd, şirəli tas 2 ədəd, güldan böyük 2 ədəd, güldan xırda 1 ədəd, padinos 4 ədəd, xörək servisi dəsti 1 dəst, dolça 1 koplekt, meyvə vazı 4 ədəd, vaz qollu 1 ədəd, bagema güldan 1 eded, bagema dolça 6 stəkanla birlikdə, şirniyyat qabı 2 ədəd, şirniyyat qabı qapaqlı 1 ədəd, tort qabı 6 ədəd, çərəz qabı 2 ədəd, kampot stəkanı 12 ədəd, rumka 18 ədəd, mürəbbə qabı 4 ədəd, qənd qabı 13 ədəd, lotqa qənd qabı 2 ədəd, çaynik 2 ədəd qəfədan 1 ədəd, çaydan ikimərtəbəli 1 ədəd, balq qabı 2 ədəd, külqabı 2 ədəd, zibil qabı 1 ədəd , zibil qabı balaca 1 ədəd, salfetka qabı 2 ədəd, bulud qabı 2 ədəd, boşqab xörək 12 ədəd, sovz qabı 12 ədəd, salat qabı 12 ədəd, salat qabı balaca 12 ədəd, maskur 12 ədəd, kasa 12 ədəd, meyvə bıçağı 12 ədəd-iri bıçaq 2 ədəd, çaşqa dəst 3 ədəd, paltar asılqanı 10 ədəd, paltartikən maşın 1 ədəd, kabab şişi 12 ədəd, şirəli qurruxça 1 ədəd olan cehiz əmlaklarını onun evindən aparmadığından onlar qarşılığlı razılığ əsasında götürülməsindən ötrü 05 iyun 2024-cü il tarixində Medyasiyadan keşməklə siyahı tərtib olunmuş, cavabdehə həmin əmlaklarını evdən çıxarması barədə xəbərdarlıq edilmiş cavabdeh heç bir əhəmiyyət verməmişdir.Odur ki, cavabdeh X4 məxsus cehiz əmlaklarını ona məxsus evdən çıxarmadığından məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclası zamanı iddiasına uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasl barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X9 iddianı qəbul edərək siyahıda göstərilən əmlakların götürülməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatın dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 22 fevral 2008-ci il tarixli 184 nömrəli örderin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında 3 (üç) otaqdan ibarət 65.4 kvm mənzil sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin nümayəndəsi X9 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iddiaçının evində qızına məxsus cehiz əmlaklarının iddiaçının evindən çıxarılmasına heç bir etirazı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülkiyyətə qəsd və ya başqa maneələr əşyanın götürmədən və ya ondan məhrum etmədən törədilirsə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirlidik də, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124). Göründüyü kimi, iddiaçı evə mülkiyyət hüququ əldə etmək üçün “qanuni gözləntiyə” malikdir. Belə olan halda, onun evin boşaldırlmasını tələb etmək hüququ da vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil Lerik Rayon İcra Hakimiyyətinin 184 nömrəli 22 fevral 2008-ci il tarixli qərarı ilə İddiaçı qanuni sahibliyinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən iddiaçının qanuni sahibliyində olan mənzildən cavabdehə məxsus əmlakların çıxarılması tələbi qanuni və əsaslı olduğundan eləcədə cavabdehin nümayəndəsi iddianı qəbul etdiyindən iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi, İddia təmin edilsin. Cavabdeh məxsus servant 2 ədəd, Paltar şkafı 1 ədəd, Termo (Güzgü) 1ədəd, Televizor altı 1 ədəd, Yataq taxt 1 ədəd, Tumba 2 ədəd, Uşaq çarpayısı 1 ədəd, Stol iri 1 ədəd, Stol jurnalni 1 ədəd, stul 6 ədəd, Divan 1 ədəd, kreslo 2 ədəd, Kuxna mebeli 1 dəst, Sandıq 1 ədəd, televizor 1 ədəd, qızdırıcı 1 ədəd, paltar yuyan 1 ədəd, tozsoranı 1 ədəd, ət çəkən 1 ədəd, tefal çaynik 1 dəst, lüstür 1 ədəd, gecə işığı 1 ədəd, ütü stolu 1 ədəd, saat 1 ədəd, döşək 6 ədəd, yorğan 5 ədəd, yastıq 10 ədəd, nalça 10 ədəd, yataq örtüyü 2 ədəd, yataq örtüyü uşaq üçün 1 ədəd, Yorğan döşək yastıq uşaq üçün 1 ədəd, mələfə dəsti 10 ədəd, mələfə 2 ədəd, yastıq üzü 4 ədəd, taxt üstü 1 ədəd, süfrə 4 ədəd, süfrə jurnalni 1 ədəd, süfrə 3 ədəd, çay dəsmalı 12 ədəd, əl dəsmalı 14 ədəd, hamam dəsti 3 ədəd, pərdə atlas 3 ədəd, qarniz 3 ədəd, xalça 3 ədəd, divan üstü 1 ədəd, kreslo üstü 2 ədəd, uşaq üçün hamam dəsti 1 ədəd, ləyən 2 ədəd, qazan dəsti şirəli 3 ədəd, tefal qazan dəsti 1 ədəd, ləpəçəkən 1 ədəd, limon qabı 12 ədəd, duz qabı 12 ədəd, nəlbəki armudu 12 ədəd, nəlbəki iri 18 ədəd, stakan iri 18 ədəd, stəkan armudu 12 ədəd, qaşıq dəsti çamadan 1 ədəd, lampa 1 ədəd, çömçə nabor 1 ədəd, aşsüzən 2 ədəd, tas nikelni 1 ədəd, şirəli tas 2 ədəd, güldan böyük 2 ədəd, güldan xırda 1 ədəd, sini 4 ədəd, xörək servisi dəsti 1 dəst, dolça 1 koplekt, meyvə qabı 4 ədəd, qab qollu 1 ədəd, bagema güldan 1 ədəd, bagema dolça 6 stəkanla birlikdə, şirniyyat qabı 2 ədəd, şirniyyat qabı qapaqlı 1 ədəd, tort qabı 6 ədəd, çərəz qabı 2 ədəd, meyvə suyu stəkanı 12 ədəd, badə 18 ədəd, mürəbbə qabı 4 ədəd, qənd qabı 13 ədəd, lotqa qənd qabı 2 ədəd, çaynik 2 ədəd qəfədan 1 ədəd, çaydan ikimərtəbəli 1 ədəd, balq qabı 2 ədəd, külqabı 2 ədəd, zibil qabı 1 ədəd , zibil qabı balaca 1 ədəd, salfetka qabı 2 ədəd, bulud qabı 2 ədəd, boşqab xörək 12 ədəd, sovz qabı 12 ədəd, salat qabı 12 ədəd, salat qabı balaca 12 ədəd, maskur 12 ədəd, kasa 12 ədəd, meyvə bıçağı 12 ədəd, iri bıçaq 2 ədəd, fincan dəsti 3 ədəd, paltar asılqanı 10 ədəd, paltartikən maşın 1 ədəd, kabab şişi 12 ədəd, şirəli qurruxça 1 ədəd olan əmlaklar İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar