Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-264/2024 18.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs dövlət notariusu X4 iştirakları ilə, Ərizəçinun Maraqlı şəxsna qarşı vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhrum valdeyinləri X9 və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini miras əmlak kimi onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müyəyyən edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, valideyinləri el adəti ilə evlənmiş, faktiki nigahlarından qardaşları 1972-ci il təvvəlüdlü X14, 1976-ci il təvvəlüdlü X11, 1978-ci il təvvəlüdlü X12, 1982-ci il təvvəlüdlü X16 adlı 5 övladalrı dünyaya gətirmişdir. 2017-ci ildə anası X5, 2018-ci ildə atası X10, vəfat etmişdir. Valideyinləri vəfat edəndən sonra bütün miras əmlakı qəbul edərək təssərüfatı o, İdarə etmişdir.Məhrum atası X6 məxsus Lerik şəhər inzibati ərazi dairəsi üzrə nüməyəndəliyin 7 nömrəli ev təssərüfatının uçotu kitabının 33 səhifəsində X9 tərəfindən 1968-ci ildə inşa ellmiş ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi onların ailəsinin mülkiyyətinə verilmişdir.Valideyinləri vəfat edənə qədər elektrik və qaz enerji pulunu özləri ödəmiş, onlar vəfat edəndən sonra hazırki vaxta qədər ünvan 3 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamaqla elektrik, su və qaz kommunal pullarını o, ödəyir. Məhrumun qanunu üzrə vərəsəsi kimi miras əmlakı qəbul edərək mübahisəsiz qaydada idarə edir.Miras əmlakın bölgüsü ilə əlaqədər qardaşları ilə onun arasında heç bir mübahisə yoxdur.Bununla əlaqədər Notariat Kontoruna müraciət etmiş, Lakin müddət keçdiyindən Notarus vərəsəliyi aça bilmədiyini bildirərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib mərhum ata və anasının vərəsəsi kimi tanınmasını və ona vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs qismində dindirilmiş Lerik rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X13 Ərizəçinun mirasın qəbul edilməsi barədə ərizəsini qəbul etdiyini və etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2017ci il tarixdə Beyinə Qansızma səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.2018-ci il tarixdə Beyinə Qansızma səbəbindən ölmüşdür. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları.Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların o halda qanun üzrə vərəsə sayılırlar ki,mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyinləri sağ olmasın.Onların qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyininə çatası miras payını bərabər olaraq mirasa alırılar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mərhum X9 və X2 övladıdır.Ərizəçinin valideyinləri vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evin faktiki olaraq ərizəçinin istifadəsində olmuş, evin komunal ödənişləri ərizəçi tərəfindən ödənilmişdir.Ərizəçinin bacı və qardaşlarının Ərizəçinun mərhum X9 və X2 vərəsəi kimi tanınması və ona vərəsəlik haqqında şəhadətnamə verilməsini heç bir etirazları yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə Ərizəçi xx.xx.2018-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 birinci növbə vərəsəsi kimi tanınmaqla ona vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 birinci növbə vərəsəsi kimi tanınmaqla ona vərəsəlik haqqında şəhadətnamə verilsin. Qətnamənin icrası Maraqlı şəxs dövlət natarusu X8 tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-264/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-264/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver