Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-267/2024 02.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs dövlət notariusu X3 iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış bütün əmlakı o, cümlədən Lerik rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(048)953/2018 saylı qətnaməsi ilə cavabdeh X1 tutulacaq 2830 manat pulun miras kimi onun tərəfimdən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ki, anası X6 isə 27 aprel 2022-ci il tarixdə vəfat etmişdir. Valideynəri vəfat edəndən sonra bütün miras əmlakı qəbul edərək, təsərrüfatı o, idarə etmişdir. Belə ki, Lerik Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(048)953/2018 saylı qətnaməsi ilə cavabdeh X1 2830 manat pul tutularaq mərhum anası X4 xeyrinə verilməsi qərara alınmışdır. Mərhum anası X6 isə 27 aprel 2022-ci ildə vəfat etdiyindən onun birinci dərəcəli vərəsəsi kimi tanımağ zəruriəti yaranmışdır.O, mərhumun qanun üzrə vərəsəsi kimi miras əmlakı qəbul edərək mübahisəsiz qaydada idarə etsə də həmən pulun xeyrinə verilməsi hazırda mümkün olmamışdır. Miras əmlakın bölgüsü ilə əlaqədar heç bir mübahisə yoxdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib onun mərhum anası X2 miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs qimində dindirilmiş Maraqlı şəxs dövlət notariusu X7 Ərizəçi ərizəsini qəbul etdiyini və ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə qaraciyər sirrozu xəstəliyindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 31 oktyabr 1989-cu il tarixdə ürəy çatışmamazlıqı xəstəliyindən vəfat etmişdir İş materiallarına əlavə edilmiş AZE ******** şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi Lerik rayon Şinəband kəndində pasport qeydiyyatındadır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. MM-nin 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1154-cü maddəsinin tələbinə görə Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mirası qoyan X4 oğludur. Ərizəçinin anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X6 vəfat etdikdən sonra miras əmlakı birinci növbə (əri vəfat etdiyinə görə) vərəsələrdən olan oğlu Ərizəçi idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış 05 dekabr 2018-ci il tarixli 2(048)953/2018 saylı qətnaməsi ilə cavabdeh X1 tutulacaq 2830 manat pulun Ərizəçi tərəfindən mirasın qəbulu faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış 05 dekabr 2018-ci il tarixli 2(048)953/2018 saylı qətnaməsi ilə cavabdeh X1 tutulacaq 2830 manat pulun Ərizəçi tərəfindən mirasın qəbulu faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxs dövlət natarusuna tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-267/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-267/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver