Məhkəmə qərarları › İş №2(048)-269/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-269/2024

02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-269/2024 02.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi X4 , Maraqlı şəxs məsləhətçisi X12 iştirakları ilə, Ərizəçi X4 doğum və atalığ faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək 01 fevral 2016-ci il təvəlüdlü X15, 01 fevral 2016-ci ildə və 25 yanvar 2018-ci il təvəlüdlü X5 25 yanvar 2018-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar masivi ünvanında anadan olması, X15 və X5 valideyinləri atası X7 anası Ərizəçi olması faktını müəyyən edilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi X6 ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1991-ci il tarixdə Lerik rayon Davradibi kəndində anadan olmuş, hal- hazırda ünvan 1 ünvanında yaşayır.2015-ci il tarixində X7 ilə qeyri rəsmi olaraq nikah münasibətlərinə girməklə iki övladları dünyaya gəlmişdir. Sonradan nikahlarını 4 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 06 dekabr 2019-cu il tarixində 2915 sayla rəsmiləşdirmişlər. Faktiki nikahdan ünvan 1 ünvanında ev şəraitində 01 fevral 2016-ci il təvəlüdlü X15 və 25 yanvar 2018-ci il təvəlüdlü X8 adlı iki övladları anadan olmuşdur. Övladlarımız ev şəraitində anadan olduğları üçün, onlar üçün doğum haqqında şəhadətnamələr almaq mümkün olmamşdır. Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsə də, ona övladları üçün doğum haqqında şəhadətnamə verməmiş, bu barədə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Göründüyü kimi, o, doğum və atalığ faktının tanınması zərurəti yaranmışdır.Ona görədə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi X6 məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasınıxahiş etdi. Maraqlı şəxs məsləhətçisi X17 ərizəçi X4 doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmasına etirazlarının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası Lerik Rayon İcra Hakimiyyəti Başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 ailə təkibi əri X7 və faktiki nigahlarından doğulmuş 01 fevral 2016-ci il təvəlüdlü X15, 01 fevral 2016-ci ildə və 25 yanvar 2018-ci il təvəlüdlü X3 ibarətdir.. İş materiallarına əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin sürətindəm görünür ki, X1 rayon Davradibi kəndində anadan olmaqla Lerik rayon Davradibi kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş AA4359840 saylı şəxsiyyət vəsiqəsinin sürətindəm görünür ki, X2 rayon Hamarmeşə kəndində anadan olmaqla Lerik rayon Davradibi kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş dövlət rüsumu barədə qəbzin sürətindən görünür ki, ərizəçi X6 məhkəməyə müraciət etməkdən ötrü 100 masnat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş nikah haqında şəhadətnamənin sürətindən görünür ki, X7 ilə X6 nikahlarını 4 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 06 dekabr 2019-cu il tarixində 2915 sayla rəsmiləşdirmişlər. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçinin faktiki nikahdan ünvan 1 ünvanında ev şəraitində 01 fevral 2016-ci il təvəlüdlü X15 və 25 yanvar 2018-ci il təvəlüdlü X8 adlı iki övladları anadan olmuşdur. Həmin uşağlara doğum haqqında şəhadətnamə götürə bilməmişlər. Ərizəçi uşağlara doğum haqqında şəhadətnamələr verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağların doğumu haqqında heç bir qeydiyyat aparılmadığından ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Faktın müəyyən edilməsi ərizəçiyə uşağa doğum haqqında şəhadətnamə almaq üçün zəruridir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə 01 fevral 2016-ci il təvəlüdlü X15 və 25 yanvar 2018-ci il təvəlüdlü X5 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində doğulması və həmin uşağların atasının X7 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1-ci uşaq 01 fevral 2016-ci il təvəlüdlü X9 xx.xx.2016-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində doğulması və həmin uşağın atasının X7 olması faktı müəyyən edilsin. Uşağın adı «Ayxan», soyadı «Məmmədov», atasının adı «Orxan», anasının adı «Nailə», valideynləri-atası X7, anası X6, doğulduğu tarix «xx.xx.2016-ci il», doğulduğu yer « Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi » yazılmaqla müvafiq qeyd aparılsın. 2-ci uşaq 25 yanvar 2018-ci il təvəlüdlü X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində doğulması və həmin uşağın atasının X7 olması faktı müəyyən edilsin. Uşağın adı «Zenfira», soyadı «Məmmədova», atasının adı «Orxan», anasının adı «Nailə», valideynləri-atası X7, anası X6, doğulduğu tarix «xx.xx.2018-ci il», doğulduğu yer « Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi » yazılmaqla müvafiq qeyd aparılsın. 01 fevral 2016-ci il təvəlüdlü X15 və 25 yanvar 2018-ci il təvəlüdlü X5 adına doğum haqqında şəhadətnamələrin verilməsi Maraqlı şəxsnə və ya X19 Mərkəzlərinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar