Məhkəmə qərarları › İş №2(048)-270/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-270/2023

03.10.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-270/2023 03.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” piblik hüquqi şəxsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Lerik Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” piblik hüquqi şəxsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” piblik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1264 nömrəli cavab məktubuna əsasən xx.xx.1993-cü i təvəllüdlü Lerik rayonu Günəşli kəndində yaşayan X3 xx.xx.2011-ci il tarixdən xx.xx.2022- tarixdək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” piblik hüquqi şəxsinin xəstəxanasında stasionar müayinə edilmişdir.Təkrar xx.xx.2022-ci il tarixdə gündüz stasionarı şöbəsində Üzvü (doğuş travması) şəxsiyyət pozuntusu diaqnozu ilə ambulator müalicəyə qəbul olaraq, xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. Tibbi sənədlərdən də göründüyü kimi oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxsdir.Öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini, davranışlarını şəxs iradəsindən asılı olmayaraq idarə edə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənintəmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 01 sentyabr 2023-ci il tarixli, 3759 saylı rəyindən görünür ki, X1 qeyd olunan “üzvü şəxsiyyət pozuntusu” hal-hazırda onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir.X3 hazırkı psxi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətindədir.Buna görə də, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs edilməsinə əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisəninolduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərkedir və onları şüurlu idarə etmək iqtidarındadır. Bu baxımdan o, fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilməz. Məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilməsi ilə bağlı ödənilmiş 100 (on) manat dövlət rüsumu ərizəçinin özünə aid edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” piblik hüquqi şəxsinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Məhkəməyə ərizə verilməsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atəbəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 03 oktyabr 2023-cü il № 2 (048)-270/2023 Ərizəçi (Lerik rayonu Günəşli kəndi) Lerik Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 2(048)-270/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 02 vərəqədə qətnamə hər bir ünvana.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar