Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-273/2024 17.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ İHakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı ehtibarnamə üzrə nümayəndəsi X4 Cavabdeh2 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ehtibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağı xx.xx.2018-ci ildə anadan olmuş X5 adlı uşağı ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən Cavabdeh2 valideynlərinə məxsus həyət evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, Cavabdeh2qulu oğlu ilə nikahlarını Lerik rayon Çayrud ƏİN-ində rəsmilləşdirmişlər.Birgə nikahlarindan xx.xx.2014-cü il tarixdə anadan olmuş X15 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 adlı iki övladları olmuşdur.Əvvəllər münasibətləri normal olmasına baxmayaraq, sonradan münasibətləri pozulmuş və Lerik rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)-69/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Özü heç yerdə işləmədiyindən uşağın saxlanılması üçün çətinliklə üzləşir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı ehtibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclası zamani iddianı müdafiə edərək,məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclası zamanı iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı onun həyat yoldaşı olmuşdur. olmuşdur. Onlar evləndikdən sonra iddiaçı onun valideynlərinə məxsus Lerik rayonunun Çayrud kəndində yerləşən evə gəlin köçmüş və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Sonradan onlar arasında olan narazılıq olmuş ayrılmışlar.Nigar valideynlərinin yanına getmiş və hazırda da orada yaşayır. O, iddiaçının evə köçürülməyinə və istifadə hüququna etiraz etmir. Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin sürətindən görünür ki,tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə X5 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Başçısının Çayrud Kənd ƏİN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki,İddiaçı ailə tərkibi belədir:1.Nənəsi: X2 -xx.xx.1953-cü il, 2.Atası:X9-xx.xx.1977,3.Anası:X3-xx.xx.1972-ci il,4.Qardaşı:X13xx.xx.1997-ci il,5.Oğlu:X5-xx.xx.2018-ci il. İş materiallarına əlavə edilmiş Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh2 birgə nikahından xx.xx.2014-cü il tarixdə X15 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(048)- 69/2023 saylı qətnaməsindən görünür ki, tərəflərin Lerik rayon Çayrud ƏİN bağlanmış 22 oktyabr 2022-ci il tarixli 21 sayli nikah akt qeydi pozulmuşdur.Tərəflərin birgə nikahlarında olan xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 anası İddiaçı, xx.xx.2014-cü il tarixdə anadan olmuş X15 atası Cavabdeh2 yaninda qalmışıdr. xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən Cavabdeh2 hər ay 150 manat sabit pul məbləğində aliment tutulub İddiaçın verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon Əmlak Kadastrı və Reystri Publik şəxsinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ailə üzvlərinə məxsus Çayrud kəndində 0.13 ha həyətyanı torpaq sahəsi və Lerik rayon Çayrud kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.47 ha kənd təsərrüfat sahəsi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X8 1 saylı Mediasiya təşkilatının X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00151 saylı arayışdan görünür ki, iddiaçı Quliyeva X7 1 saylı Mediasiya təşkilatına ailə mübahisəsi tələbi ilə müraciət etmiş və 50 manat rüsum ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, tərəflər valideynlərinin razılığı ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X15 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X5 adlı iki övladları olmuşdur Əvvəllər münasibətləri normal olmasına baxmayaraq, sonradan münasibətləri pozulmuşdur. Hazırda o, uşağını təkbaşına saxlayır. Özü heç yerdə işləmədiyindən uşağının saxlanılması üçün çətinliklə üzləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, fərdi yaşayış evindən istifadə edilməsi ilə əlaqədar tərəflər arasında olan hüquq münasibətləri 01 oktyabr 2009-cu tarixdən sonra yarandığından, göstərilən mübahisə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarına uyğun həll edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh2 arasında olan nikah münasibətlərə xitam verilsə də, iddiaçı cavabdehlərlə bərabər yaşayış sahəsindən istifadə etmək hüququna malikdir və bütün vəzifələri yerinə yetirməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməklə İddiaçı azyaşlı uşaqları xx.xx.2014-cü ildə doğulmuş X15 və xx.xx.2018-ci ildə doğulmuş X5 ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən cavabdehlər Cavabdeh1 və Cavabdeh2qulu oğlunun istifadəsində olan fərdi yaşayış evinə köçürülməli və tərəflərin bərabər səviyyədə fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilməklə cavabdehə iddiaçının həmin hüquqlarının həyata keçirilməsində maneçilik törətməsi qadağan edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənən 50 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx.xx.2014-cü ildə doğulmuş X15 və xx.xx.2018-ci ildə doğulmuş X5 ilə birlikdə Lerik rayonunun Çayrud kəndində yerləşən Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinə köçürülsünlər. Tərəflərin bərabər səviyyədə fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilməklə Cavabdeh1 və Cavabdeh2 İddiaçı həmin hüquqlarının həyata keçirilməsində maneçilik törətməsi qadağan edilsin. Əlavə olaraq İddiaçı ödədiyi 50 manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lerik rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-273/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-273/2024
17.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver