Məhkəmə qərarları › İş №2(048)-284/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-284/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-284/2023 02.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Ərizəçi hüquqmüəyyənedici faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN-0006, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarının soyadı,adı, ata adı-yəni 1-ci sırada göstərilən X11 “ata adı”, 2-ci sırada göstərilən X18 “adının”, 5-ci sırada X31 “soyad və adının”, 6-cı sırada X8 “soyadının” səhvən yazılması faktının müəyyən edilməsi və həmin şəhadətnamədə torpaq payçılarının ad, soyadı və ata adı-yəni 1-ci sırada X11 - X2, 2-ci sırada X18 - X5, 5-ci sırada X63 q ızının-X3, 6-cı sırada X8 -X4 oxunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci ildə Lerik rayon Zövnə kəndində doğulmaqla 1999-cu ildə Lerik rayon Mastail kənd sakini X26 ilə rəsmi nikaha daxil olaraq ailə qurmiuşadur. Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərinə 2.52 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsini uzun illərdir ki, onların istifadəsində olmaqla kənd təsərrüfatı məhsulları əkib becərirlər. Buna baxmayaraq savadsızlığından həmin akta baxmamışılar. Həmin torpaq aktında torpaq mülkiyyətçisi kimi onun, yoldaşının və digər ailə üzvlərinin ad, soyad və ata adı səhv qeyd olundmuşdur. Hazırda sözügedən torpaq sahəsinə çıxarış almaq istəsələr də torpaq aktı ailə üzvləinin adı səhv göstərildiyindən bunu etmək mümükün olmamışdır. Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərinə verilmiş JN-0006, KOD 80316118 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamədə torpaq payçılarının adı-yəni 1-ci sırada X12 əvəzinə X28, 2-ci sırada X16 əvəzinə X36, 5-ci sırada X13 əvəzinə X41, 6-cı sırada X14 əvəzinə X19 qeyd olunmuşdur.Həmin şəhadətnaməni digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə təqdim etsə də, lakin ona akta düzəliş edilmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələrdə onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Züvüç kənd Əİn-i tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli 5-65-41/2-76 saylı arayışdan görünür ki, X12 ata adı Barat kimi, X16 adı Əliağa kimi, X29 nın adı, soyadı İmanova Subnaz kimi, X1 Mahmudov kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmişölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X33 23 mart 2006-cı il tarixdə Ağciyərin emfizeması xəstəliyindən vəfat etmişdir. Məhkəmə ərizəçinin və nümayəndənin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi və ailə üzüvlərinin mülkiyyətinə verilmiş Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999cu il tarixli 49 saylı qərarı ilə JN-0006, KOD 80316118 saylı Mülkiyyət hüququna dair Dövlət aktında ərizəçinin və ailə üzüvlərinin soyadı adı və ata adları səhv qeyd olunduğundan ərizəçinin gələcəkdə bir çox problemlrələ üzləşməsinə gətirib çəxaracağı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN-0007, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktında torpaq payçılarının soyadı,adı, ata adı-yəni 1-ci sırada göstərilən X20 “soyad”,-2-ci sırada göstərilən X30 “ad, soyad”, 3-cü sırada X21 “soyad, ata adının”, 4-cü sırada X22 “soyad” , 5-ci sırada X17 “soyad”, 6-cı sırada X15 “soyad” və 7-ci sırada X23 “soyad” -larının səhvən yazılması faktı müəyyən edilməli və həmin Dövlət aktında torpaq payçılarının ad, soyadı və ata adı-yəni 1-ci sırada X20- Ərizəçi kimi, 2-ci sırada X30- X24, 3-cü sırada X21- X9, 4-cü sırada X22- X10, 5-ci sırada X17- X6, 6-cı sırada X15- X7 və 7-ci sırada X23- X39 ilə eyni şəxs olması faktı müəyyən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ərizəçinin ailə üzvlərimizə verilmiş JN-0007, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktında torpaq payçılarının soyadı,adı, ata adı yəni 1-ci sırada göstərilən X20 “soyad”, 2-ci sırada göstərilən X30 “ad, soyad”, 3-cü sırada X21 “soyad, ata adının”, 4-cü sırada X22 “soyad” , 5-ci sırada X17 “soyad”, 6-cı sırada X15 “soyad” və 7-ci sırada X23 “soyad” -larının səhvən yazılması faktı müəyyən edilsin, həmin Dövlət aktında torpaq payçılarının ad, soyadı və ata adı-yəni 1-ci sırada X20- Ərizəçi kimi, 2-ci sırada X30- X24, 3-cü sırada X21-X9, 4-cü sırada X22-X10, 5-ci sırada X17-X6, 6-cı sırada X15- X7 və 7-ci sırada X23-X39 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktında düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar