Məhkəmə qərarları › İş №2(048)-286/2024

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-286/2024

29.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-286/2024 29.03.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs dövlət notariusu X6 iştirakı ilə iştirakları ilə, Ərizəçi qızınun mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum anası X2, bütün miras əmlaknın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində bildirib ki,anası vəfat edənədək onunla birlikdə yaşamışdır.Anası vəfat edəndən sonra bütün miras əmlakını qəbul edərək təsərrüfatı idarə etdiyini bildirib. Miras əmlakı ilə əlaqədar aralarında heç mübahisə olmamişdır. O, mirasın qəbul edilməsi ilə əlaqədar Notariusa müraciət etsə də ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin müdafiə edib onun mərhum anası X1 miras qalmış torpağa və evə mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs qismində dindirilmiş Lerik rayon Dövlət Notariat Kontorunun dövlət notariusunun vəzifəsini müvəqqəti icra edən dövlət notariusu X13 Ərizəçi ərizəsini qəbul etdiyini və ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə kordiogen şok səsəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.2014-cü tarixdə essensial hiporteniziya səsəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Nüvədi kənd inzibati ərazi dairəsi tərəfindən 22 yanvar 2024-cu il tarixdə 5-65-30/2-42-2024 nömrəli verilən arayışdan görünürki,ərizəçi X10 ailə tərkibi: 1.X3-1971-ci il ,arvadi,2.X11-1995-ci il-qızı,3. X14-1996-cı il-oğlu,4. X7-2000-ci ilqızı,5. X15-2003-cü il-oğlu,6. X16-2009-cu il-oğlundan ibarətdir. İş materiallarına əlavə edilmiş ƏƏSMN-i tərəfindən 29 dekabr 2014-cü il tarixli vəsiqənin sürətindən görünür,ki X4 şəhid ailəsi vəsiqəsi verilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: MM-nin 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1 və 1159.1.1-ci maddəlanasınə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələriı və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mirası qoyan X2 oğludur. Ərizəçinin anası xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X5 vəfat etdikdən sonra miras əmlakı birinci növbə vərəsələrdən olan oğlu Ərizəçi idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi təmin edilməklə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən mirasın qəbulu müddəti uzadılaraq ona vərəsəlik haqqinda şəhadətnamə verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblanasınə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi təmin edilsin. Ərizəçi xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaka mirasın qəbul üçün buraxılmış müddət uzadılmaqla ona vərəsəlik haqqinda şəhadətnamə verilsin. Qətnamənin icrası Maraqlı şəxs dövlət natarusu tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar