Məhkəmə qərarları › İş №2(048)-29/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-29/2024

18.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-29/2024 18.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı Mövlanova Zəkı̇ yyə Adı̇ l qızının Cavabdeh qarşı evin bütün sahələrindən istifadə edilməsi və evə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Mövlanova Zəkı̇ yyə Adı̇ l qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı uşağı 24 mart 2019-cu il təvəllüdlü X1 ilə birlikdə onu gəlin köçdüyü Cavabdeh valideyinlərinə məxsus Lerik şəhər H.Şxəliyev küçəsində yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 18 yanvar 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı Mövlanova Zəkı̇ yyə Adı̇ l qızı təyin olunmuş məhkəmə iclasına gəlməmiş , gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib belə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin, 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Mövlanova Zəkı̇ yyə Adı̇ l qızının Cavabdeh qarşı evin bütün sahələrindən istifadə edilməsi və evə köçürmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu mailto:contact@lerikcourt.gov.azElektron ünvan «18» yanvar 2024-cü il № 2 (048)-29/2024 Mövlanova Zəkı̇ yyə Adı̇ l qızına Lerı̇ k şəhəri,H.Aslanov küçəsi. ev 8,mənzil 11 Surəti:Cavabdeh Lerik şəhəri,H,Şxəliyev küçəsi Lerik Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(048)-29/2024 saylı qərardadı Sizə göndərilir. Qoşma: 01 vərəqədə qərardad hər bir ünvana. Məhkəmənin sədri: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar