Məhkəmə qərarları › İş №2(048)-30/2025

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-30/2025

14.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-30/2025 14.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, B№ 116755 saylı çıxarışa əsasən ona və ailəsinə ayrılmış 0,80 ha torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o Lerik rayonu Monidigah kəndində anadan olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır.O və ailəsinə Lerik rayon X3 tərəfindən Azərbaycan Respublikası torpaq mülkiyyət hüququna dair B№116755 saylı çıxarışa əsasən 2 ha torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində təsərüfat ilə məşqul olur.Yeganə qazanc mənbəyi kənd təsərrüfatı məhsulları satışıdır.Buna baxmayaraq həmkəndliləri Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 ona məxsus pay torpaq sahəsinin 0,80 ha torpaq sahəsini zəbt etmişdirlər.Dəfələrlə torpaq sahəsinin ona məxsus olmasını onlara bildirsə də onlar onun sözünə məhəl qoymamışdır. Ona görə də məcbur olub məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul etməyərək, İddiaçı məxsus torpaq sahəsini zəbt etmədiklərini bildirərək,iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi Quliyev Qiyas hazırladığı rəyə uyğun ifadə verərək bildirmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,68 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizənin dəlillərini nəzərə alaraq, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış görünür ki, iddiaçı X1 və ailə üzvlərinin mülkiyyətində Lerik rayonu,Monidigah kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 2 ha torpaq sahəsi vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mutəxəssis rəyindən görünür ki, 1. Torpaq islahatı zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 38 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə Lerik rayonu, Monidigah kəndi ərazisində 3,26 ha (2 yerdə 1,26 ha və 2,0 ha olmaqla) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN-102 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" sənədinin işlənilməsi müəyyən olunmuşdur. Araşdırma zamanı həmin 3,26 ha torpaq sahəsinin 2,0 ha hissəsinin məhkəmə predmeti olması müəyyən olunmuşdur.Qeyd olunan 2,0 ha torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin də koordinatları müəyyən edilmiş və torpaq sahəsinin faktiki ölçüsünün 1,32 ha olması məlum olmuşdur. Araşdırma zamanı İddiaçı və ailə üzvləri tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinə dair tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur."Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron adastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq, Lerik rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan sözügedən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,68 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.Həmçinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı qeyd olunan 2,0 ha torpaq sahəsinin 0,24 ha hissəsinin İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olması, 1,08 ha hissəsinin isə digər şəxslərin (tədqiqat zamanı digər şəxslərin kimliyini müəyyən etmək mümkün olmamış) istifadəsində olması müəyyən olunmuşdur.Araşdırma zamanı qeyd olunan mübahisəli ərazidə həm iddiaçının və həm də cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinatlara uyğun olmaması müəyyən olunmuşdur. Belə ki, Cavabdeh2 faktiki istifadəsində olan 0,74 ha torpaq sahəsinin 0,68 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi, İddiaçı faktiki istifadəsində olan 1,32 ha torpaq sahəsinin 0,97 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində Cavabdeh1 və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Tərəflərin faktiki istifadələrində olan torpaq sahələrinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun dürüstləşdirilməsi (tərəflər arasında razılaşma olacağı təqdirdə) mümkündür. Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2025-ci il tarixli 10/1213 saylı rəyindən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-4101/2024 №-li mütəxəssis rəyinə əsasən, Torpaq islahatı zamanı Lerik rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli,38 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə Lerik rayonu,Monidigah kəndi ərazısındə 3,26 ha ( 2 yerdə 1,26 ha və 2ha olmaqlas) kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verilməsinə dair JN-102 nömrəli “Torpağa müıkiyyət hüququna dair Dövlət Aktı” sənədinin işlənməsi müəyyən olunmuşdur.Araşdırma zamanı həmin 3,26 ha torpaq sahəsinin 2 ha hissəsinin məhkəmə predmeti olması müəyyən olunmuşdur. Qeyd olunan 2,0 ha torpaq sahəsinə dair əvvəl yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilərək sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib olunmuşdur.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin də koordinatları müəyyən edilmiş və torpaq sahəsinin faktiki ölçüsünün 1,32 ha olması məlum olmuşdur. Araşdırma zamanı İddiaçı və ailə üzvləri tərəfindən faktiki vəziyyətdə istifadə edilən torpaq sahəsinin koordinatlarının həmin torpaq sahəsinə dair tərtib olunmuş "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin koordinatlarına uyğun olmaması müəyyən olunmuşdur."Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na uyğun olaraq. Lerik rayonu ərazisində mövcud olan mülkiyyətcilərin və icarecilerin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş, torpaqlarin elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir. Həmçinin İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan sözügedən 2.0 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır.Qəradadən ikinci sualı üzrə; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-4101/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,68 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur.Həmçinin Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı qeyd olunan 2,0 ha torpaq sahəsinin 0,24 ha hissəsinin İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olması, 1,08 ha hissəsinin isə digər şəxslərin (tədqiqat zamanı digər şəxslərin kimliyini müəyyən etmək mümkün olmamış) istifadəsində olması müəyyən olunmuşdur.Araşdırma zamanı qeyd olunan mübahisəli ərazidə həm iddiaçının və həm də cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin koordinatlarının Torpaqların elektron kadastr uçotu informasiya sistemindəki koordinatlara uyğun olmaması müəyyən olunmuşdur.Belə ki,Cavabdeh2 faktiki istifadəsində olan 0,74 ha torpaq sahəsinin 0,68 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində İddiaçı və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi, İddiaçı faktiki istifadəsində olan 1,32 ha torpaq sahəsinin 0,97 ha hissəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində Cavabdeh1 və ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsi kimi təsvir edilməsi müəyyən olunmuşdur. Tərəflərin faktiki istifadələrində olan torpaq sahələrinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki istifadə vəziyyətinə uyğun dürüstləşdirilməsi (tərəflər arasında razılaşma olacağı təqdirdə) mümkündür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 zəbtindən azad edilməsi xahiş edir. İş üzrə ekspert rəyinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemində araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********73 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,68 ha hissəsinin faktiki vəziyyətdə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur. Bu isə iddiaçının mülkiyyət hüquqlarını pozur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasənİddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan İddiaçı mülkiyyətində olan Lerik rayonu,Monidigah kəndi ərazisində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən faktiki istifadə edilən 0,68 ha hissəsi zəbtdən azad edilərək boşaldılmalı və İddiaçı qaytarılmalı,iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi cavabdehə aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətlərində olan Lerik rayonu, Monidigah kəndi ərazisində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən faktiki istifadə edilən 0,68 ha hissəsi zəbtdən azad edilərək boşaldılsın və İddiaçı qaytarılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X2, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar