Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-303/2023 20.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlışəxs Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X1 iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək valideyinləri X16 və X2 miras qalmış ünvan 1 ünvanında RX ******* saylı çıxarışla ailələrinin mülkiyyətinə verilmiş 3 otaqlı fərdi yaşayış evinin miras əmlakı kimi onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, valideyinləri el adəti ilə evlənmiş, faktiki nikahlarından qardaşı 1952-ci il təvəllüdlü X5, bacısı 1955-ci il təvəllüdlü X12, qardaşı 1958-ci il təvəllüdlü X14, bacısı 1961-ci il təvəlldlü X6, özü 1966-cı il təvəlldlü Ərizəçi, qardaşı 1964-cü il təvəllüdlü X7 və qardaşı 1968-ci il təvəllüdlü X8 adlı 7 övladları dünya gəlmişdir.2005-ci il tarixdə anası X9, 2022-ci il tarixdə X16 vəfat etmişdir.Valideyinləri vəfat etdikdən sonra bütün miras əmlakı qəbul edərək, təsərrüfatı o, idarə edir. Belə ki, mərhum atası X13 məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi RX ******* saylı çıxarışla onların mülkiyyətinə verilmişdir. Valideyinləri vəfat edənə qədər elektrik və qaz enerjisinin pulunu o, ödəmiş, onlar vəfat edəndən sonra hazırkı vaxta qədər ünvan 1 ünvanında RX ******* saylı çıxarışla ailələrinin mülkiyyətinə verilmiş 3 otaqlı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamaqla elektrik, su və qaz komunal pullarını o, ödəmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib onun mərhum valideyinlərindən miras qalmış evə mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs qimində dindirilmiş Lerik rayon Dövlət Notariat Kontorunun dövlət notariusunun vəzifələrin müvəqqəti icra edən X3 Ərizəçi ərizəsini qəbul etdiyini və ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə Essensial (birincili) hipertenziya xəstəliyindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 03 may 2023-cü il tarixdə Lerik Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 146913 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2005-ci il tarixdə Hipertaniya xəstəliyindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbauycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri xidməti tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X10 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10656 saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mirası qoyan X16 və X4 altıncı övladıdır.Ərizəçinin anası X9 2005-ci il tarixdə, atası 2022ci il Ərizəçi tarixdə vəfat etmişdir. ərizəçinin valideyinləri vəfat etdikdən sonra miras əmlakı birinci növbə vərəsələrdən olan oğlu Ərizəçi idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə ərizəçinin valideyinləri X16 və X2 miras qalmış ünvan 1 ünvanında RX ******* saylı çıxarışla ailələrinin mülkiyyətinə verilmiş 3 otaqlı fərdi yaşayış evinin Ərizəçi tərəfindən mirasın qəbulu müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin valideyinləri X16 və X2 miras qalmış ünvan 1 ünvanında RX ******* saylı çıxarışla ərizəçilərin mülkiyyətinə verilmiş 3 otaqlı fərdi yaşayış evinə Ərizəçi tərəfindən mirasın qəbulu müddəti uzadılsın. Qətnamənin icrası Maraqlı şəxs dövlət natarusuna tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var Atabəy Kiçibəyov Əsli ilə düzdür Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-303/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-303/2023
20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver