Məhkəmə qərarları › İş №2(048)-304/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-304/2023

25.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-304/2023 25.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı hüquqmüəyyənedici faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Aqrar İslahat Komissiyasının 16 yanvar 1999-cu il tarixli 349 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN- 0011, KOD 80310078 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçıları X15, X5, X20, X23, X6, X8, X9 və X1, adı və atasının adı yalnış yazılmış hesab edilməsi və həmin akta düzəliş edilərək X28, X17, X21, X22, X16, X10, X11 və İddiaçı kimi yazılması və bunun icrasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi Lerik rayon şöəninə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1970-ci ildə Lerik rayon Rəzgöv kəndində anadan olmuşdur.Hal-hazırda həmin kənddə yaşayır.Torpaq islahatı zaman, babası X3 və ailə üzüvlərinə torpaq sahəsi ayrılaraq mülkiyyətinə verilmişdir.Bu barədə Lerik rayon Aqrar islahat Komisisiyasının qərarı ilə həmin torpaq sahəsinə JN 0011 KOD 80310078 saylı Mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir.Həmin torpaq aktında adları göstərilən ailə üzüvlərinin soyadı, adı, ata adı texniki səhv olaraq X15, X5, X20, X23, X6, X8, X9 və X2 qeyd olunmuşdur.Əslində ailə üzüvlərinin ad, soyad və ata adları X28, X17, X21, X22, X16, X10, X11 və İddiaçı kimi yazılmalıdır.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi İddiaçı məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələrdə onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda da məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon Mistan kənd Əİn-i tərəfindən verilmiş 22 fevral 2023-cü il tarixli 5-65-24/2-16/2023 saylı arayışdan görünür ki, Lerik Rayonu Aqrar İslahat komissiyası tərəfindən verilmiş JN 0011 nomrəli dövlət aktında aşağıda adları göstərilən şəxslərin yəni X28, X17, X21, X22, X16, X10, X11 və İddiaçı adları soyadları və ata adları səhvən X15, X5, X20, X23, X6, X8, X9 və X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmişölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X18 23 mart 2006-cı il tarixdə Ağciyərin emfizeması xəstəliyindən vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzüvlərinin mülkiyyətinə verilmiş Lerik Rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 349 saylı qərarı ilə JN-0011, KOD 80310078 saylı Mülkiyyət hüququna dair Dövlət aktında ərizəçinin və ailə üzüvlərinin soyadı adı və ata adları səhv qeyd olunduğundan ərizəçinin gələcəkdə bir çox problemlrələ üzləşməsinə gətirib çəxaracağı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Lerik Rayon Aqrar İslahat Komissiyasının 16 yanvar 1998-ci il tarixli 349 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN-0007, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktında torpaq payçılarının soyadı,adı, ata adı-X15, X5, X20, X23, X6, X8, X9 və X1, adı və atasının adı yalnış yazılmış hesab edilməsi və həmin akta düzəliş edilərək səhvən yazılması faktı müəyyən edilməli və həmin Dövlət aktında torpaq payçılarının ad, soyadı və ata adı-yəni X28, X17, X21, X22, X16, X10, X11 və İddiaçı ilə eyni şəxs olması faktı müəyyən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik Rayon Aqrar İslahat Komissiyasının 16 yanvar 1998-ci il tarixli 349 saylı qərarı ilə ərizəçinin ailə üzvlərimizə verilmiş JN-0007, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət aktında torpaq payçılarının soyadı,adı, ata adı-X15, X5, X20, X23, X6, X8, X9 və X1, adı və atasının adı yalnış yazılmış hesab edilsin. Həmin akta düzəliş edilərək torpaq payçılarının ad, soyadı və ata adı-yəni X15-X28, X5-X17, X20 -X21, X23-X22, X6-X16, X8-X10, X9-X11 və X7-İddiaçı ilə eyni şəxs olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktında düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar