Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-305/2023 13.04.2023 LERİK RAYON MƏHKƏMƏSİ X11 Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh X6 iştirakları ilə İddiaçı cavabdeh X9 və maraqlı şəxs Azəriqaz İB-nin X2rşı komunal xidmətlərdən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması və yeni sayğacların quraşdırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə üzüvlərinin yaşadığı fərdi yaşayış evində olan komunal xidmətlərdən qazdan istifadə etməsi faktının müəyyən olunması, Azəriqaz İB-nin X14 Sahəsi tərəfindən X5 və həyat yoldaşı X3 vəsaiti hesabına yeni sayğacın quraşdırılmasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə özünə məxsus Lerik rayon Osnağaküçə kəndində yerləşən fərdi yaşayış evində yaşayır.X5 və həyat yoldaşı X7 onun həyat yoldaşı ilə münasibətləri olmadığı üçün, fərdi yaşayış evi iki hissəyə bölünmüşdür.Evin bir hissəsində o, ailəsi ilə birlikdə, digər hissəsində isə oğlu Aqşin ailəsi ilə birlikdə yaşayır. Azəriqaz İB X14 Sahəsi tərəfindən evdə quraşdırılmış qaz sayğacı onun adına olduğundan sərfiyyatın çox gəlməsini əsas götürərək cavabdeh Aqşin Abiyev onlara istifadə etməyə imkan vermir.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X12 məhkəmə iclası zamanı iddianı qəbul edərək bildirdi ki, iddiaçının iddia etdiyi birgə itifadələrində onun mülkiyyətində olan fərdi yaşayış evinə əlavə olaraq iddiaçı üçün qaz xətinin çəkilməsinə etirazı yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər Azəriqaz İB-nin X14 Sahəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarına əlavə edilmiş Lerik Blaband kənd ƏİN-i tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli aktdan görünür ki, Osnağaküçə kənd sakini İddiaçı ailə münasibətləri zəminində baş vermiş narazılıqlara görə onun evinə baxış keçirilmiş və məlum olmuşdur ki, evin bir hissəsində İddiaçı öz həyat yoldaşı digər hissəsində isə isə Aqşin Abiyev öz ailəsi ilə birlikdə yaşayır. İş materillarına əlavə edilmiş Lerik Blaband kənd ƏİN-i tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli 5-65-14/2-128/2023 saylı arayışdan görünür ki, X6 ailəsi X7 və X4 ibarətdir. İş materillarına əlavə edilmiş Lerik Blaband kənd ƏİN-i tərəfindən tərtib edilmiş 14 fevral 2023-cü il tarixli 5-65-14/2-129/2023 saylı arayışdan görünür ki, İddiaçı ailəsi X1 ibarətdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, iddiaçı ailəsi ilə birlikdə özünə məxsus Lerik rayonu Osnağaküçə yerləşən fərdi yaşayış evində yaşayır.İddiaçının həyat yoldaşı cavabdehin həyat yoldaşı ilə yola getmədiyindən iddiaçıya məxsus ev iki hissəyə ayrılaraq bir hissəsində iddiaçı arvadı ilə digər hissəsində cavabdeh ailəsi ilə birlikdə yaşayır. Azəriqaz İB-nin X14 Sahəsi tərəfində evdə quraşdırılmış qazsayğacı iddiaçının adına olduğundan cavabdeh sərfiyatın çox gəlməsini əsas götürərək komunal xidmətlərdən iddiaçıya və ailə üzüvlərinə istifadə etməyə imkan vermir.Ona görə məhkəmədə iddiaçı iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmə belə heasab edir ki, hazır ki, tələb üzrə iddiaçının iddia etdiyi mənzilə komunal xidmətlərin onun üçün ayrıca olaraq çəkilməsi və cavabdeh tərəfin buna heç bir etiraz etməməsi iddianın təmin olunması üçün heç bir ziddiyyət yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməklə İddiaçı mülkiyyətində olan Lerik rayon Osnağaküçə kəndində yerləşən fərdi yaşayış evində yaşayan cavabdeh X16 ilə birlikdə oğlu və ailə üzüvlərinin koomunal xidmətlərdən qazdan istifadə etmək hüququ müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Lerik rayon Osnağaküçə kəndində yerləşən fərdi yaşayış evində yaşayan cavabdeh X12 ilə birlikdə oğlu və ailə üzüvlərinin koomunal xidmətlərdən qazdan istifadə etmək hüququ müəyyən edilsin. Əlavə olaraq Azəriqaz İB-nin X14 Sahəsi tərəfindən cavabadeh X6 şəxsi vəsaiti hesabına Lerik rayonu Osnağakeçə kəndində yerləşən fərdi yaşayış evinə qaz, sayğacı quraşdırılması təmin oulnsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-305/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-305/2023
13.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver