Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-310/2023 16.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Maraqlışəxs Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X3 iştirakları ilə , İddiaçının mirasın qəbulu müddətini uzadılmaqla həmən evi miras abyekti kimi tanınaraq vərəsəlik haqqında şəhadətnamə verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı İddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideyinləri X9 və X4 miras qalmış JN 192 KOD 80322023 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan 0.46 ha torpaq sahəsini miras əmlakı kimi onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, miras qoyan valideyinləri el adəti ilə evlənmiş, faktiki nikahlarından bacısı X6 o, İddiaçı, qardaşı X14, qardaşı X16, qardaşı X12 adlı 5 övladları dünyaya gəlmişdir. X2 2003-cü ildə, anası X10 isə 2023-ci il tarixdə vəfat etmişdir.Valideyinləri vəfat edəndən sonra bütün miras əmlakı qəbul edərək, təsərrüfatı o idarə etmişdir. Belə ki, mərhum atasına məxsus JN 192 KOD 80322023 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan 0.46 ha torpaq sahəsi onların ailəsinin mülkiyyətinə verilmişdir.Ailələrində vərəsəlik, mirasla bağlı heç bir mübahisə yoxdur. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsini müdafiə edib izahatında göstərdi ki, mirasının qəbul edilməsi müddətinin buraxılmasını üzürlü hesab edərək uzadılması və vərəsəlik haqqında şədhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X8 İddiaçı mirasın qəbul edilməsi vaxtının uzadılması barədə olan iddiasını qəbul etdiyini və etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə,bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2003-cü ildə “qara ciyər çatışmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2023-cı ildə “Qara ciyər koması” səbəbindən ölmüşdür. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı miras qoyan mərhum valideyinləri X9 və X7 oğludur. Ərizəçinin atası ramazan 2003-cü ildə ansı Hacıbəyim isə 2023-ci ildə vəfat etmişdir.İddiaçınin valideyinləri vəfat etdikdən sonra olardan miras qalmış JN 192 KOD 80322023 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan 0.46 ha torpaq sahəsini faktiki olaraq İddiaçı idarə etməyə başlamış və bununla da mirası qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Bu hal eyni zamanda digər vərəsələr tərəfindən də təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməklə X1 və X4 miras qalmış JN 192 KOD 80322023 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan 0.46 ha torpaq sahəsi İddiaçı tərəfindən mirasın qəbulu müddəti uzadılmaqla həmin torpağ sahəsi miras obyekti kimi tanınaraq ona vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X1 və X4 miras qalmış JN 192 KOD 80322023 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətlərində olan 0.46 ha torpaq sahəsi İddiaçı tərəfindən mirasın qəbulu müddəti uzadılmaqla həmin torpağ sahəsi miras obyekti kimi tanınaraq ona vərəsəlik haqqında şəhadətnamə verilsin. Qətnamənin icrası Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X5 tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hsakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-310/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-310/2023
16.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver