Məhkəmə qərarları › İş №2(048)-313/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-313/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-313/2023 04.05.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cabavdeh “Azəriqaz” İB-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nin 27 oktyabr “2022-ci il tarixli ******* saylı AKT” ləğv edilməsi və əsassız yerə hesablanmış 1097.68 manat məbləğində cərimənin silinməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “27 oktyabr 2022-ci il tarixli ******* saylı AKTİN” ləğv edilməsi və əsassız yerə hesablanmış 1097.68 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lerik rayonunda anadan olmuşdur.Lerik şəhəri, Ərdəbil küçəsində yerləşən ev rəsmən ona məxsus olsada, həmin evdə faktiki olaraq yaşamır.2007-ci il tarixdə sözü gedən envanda yerləşən mənzilə layihəsmeta sənədləri əsasında qaz çəkilmiş və o, sərf olunan təbii qazın pulunu vaxtı-vaxtında ödəniş etmişdir.04 mart 2022-ci il tarixində güclü külək nəticəsində külək iri gövdəli ağacı aşırmış nəticədə qaz sayğacı və elektrik sayğacı sıradan çıxmışdır.Bu barədə video çəkiliş edərək dərhal “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsinin Lerik rayon üzrə xidmət sahəsinə müraciət etmişdir. “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsinin Lerik rayon üzrə xidmət sahəsinin əməkdaşları E.Alışov, V.Rzayev və N.Rəhimov adlı nümayəndələri tərəfindən sayğaca baxış keçirlmiş, D-20 markalı 12582637 nömrəli qaz sayğacı yenisi ilə dəyişdirilmişdir.Köhnə sayğac sökülməmişdən əvvəl onların iştirakı ilə qaz sayğacına baxış keçirilmiş, sayğacda plombun qırılması aşkarlanmamışdır.Yerində akt tərtib edilərək qaz sayğacı onların iştirakı ilə yenisi ilə əvəzlənmişdir. “Azəriqaz” İB-nin Meterolpgiya Departamentinin, sayğacların müayinəsi labaratoriyasında sayğaca baxış keçirilmiş sayğacın qulaqcıq tərəfində əzilmiş, cızılmış izlər aşkarlanmışdır.Sayğaca dəyən ziyan təbii fəlakət nəticəsində olsada “Azəriqaz” İB-i tərəfindən ona əsassız olaraq 1097.68 manat məbləğində cərimə yazılmışdır.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclası zamanı bildirdi ki, iddiaçının yaşayış mənzilinə quraşdırılmış qaz sayğacı təbii fəlakət zamanı zədələndiyindən akt tərtib olunaraq götürülmüş və “Azəriqaz” İB-nin Metrologiya Departamentinin, Sayğacların müayinəsi Labaratoriyasına göndərilmiş labaratoriyada məlum olmuşdur ki, sayğacın qulaqcıq tərəfində əzilmiş, cızılmış izlər aşkarlanmışdır.Həmin cırılmış, əzilmiş izlər təbii fəlakət nəticəsində ağacın qaz sayğacının üzərinə düşməsi nəticəsində baş vermişdir.Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş; Məhkəmə tərəfindən baxış keçirilmiş video görüntüdən görünür ki, iddiaçının həyətində olan iri gövdəli çinar ağacı güclü külək nəticəsində aşaraq qaz sayğacını zədələmişdir. X5 İstismarı idarəsinin Lerik XS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı aktından görünür ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yarasız vəziyətə düşdüyü üçün yenisi ilə əvəz olunmuşdur. X5 İstismarı idarəsinin “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsinin Lerik rayon üzrə xidmət sahəsinin əməkdaşları E.Alışov, V.Rzayev və N.Rəhimov tərəfindən tərtib edilmiş aktın sürətindən görünür ki, İddiaçı mənzilinə quraşdırılmış 12582637 nömrəli qaz sayğacının üzərinə ağac aşması barədə Lerik XS-nin 104 qəza xidmətinə məlumat daxil olmuşdur.Müraciətə əsasən İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, əsən güclü külək nəticəsində həyətədə olan iri gövdəli ağac aşaraq evə gedən D-20 diametrli qaz xətlərinə üzərinə düşərək onu deformasiyaya uğratmış və qaz sayğacını yararsız hala salmışdır. Məhkəmə iddiaçının və “Azəriqaz” İB-nin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclası zamanı işin araşdırması halları ilə müəyyən olunmuşdur ki,İddiaçının evinə gələn təbii qazın istehlakın qeydə alan sayğac güclü külək nəticəsində həyətdə olan iri gövdəli ağacın aşması nəticəsində zədələnmiş, yararsız hala düşmüşdür.İddiaçı bu barədə aidiyyəti üzrə “Azəriqaz” İB-nin Lerik XS-ə məlumat vermişdir. “Azəriqaz” İB-nin Lerik XS-dən əməkdaşlar iddiaçının evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmişvə sayğacın güclü külək nəticəsində ağacın aşması səbəbindən zədələnməsi öz əksini tapmışdır.Bunu “Azəriqaz” İB-nin Lerik XS-i tərəfindən tərtib etdiyi aktda da öz təsdiqini tapmışdır.Sonradan iddiaçıya qaz sayğacının yararsız hala düşməsinə görə “Azəriqaz” İB –i tərəfindən 1097.68 manat cərimə olunmuşdur.Ona görədə məhkəmə hesab edir ki, iddiaçıy yazılmış 1097.68 manat cərimə pulu əsassız olduğundan həmin cərimə pulu ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı qarşı cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “27 oktyabr 2022-ci il tarixli ******* saylı “AKT” ləğv edilməsi və əsassız yerə hesablanmış 1097.68 manat məbləğində cərimənin silinməsinə dair tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı qarşı cavabdeh “Azəriqaz” İB-i tərəfindən tərtib edilmiş “27 oktyabr 2022-ci il tarixli ******* saylı AKT” və həmin akt əsasında hesablanmış 1097.68 manat borc ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar