Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 2(048)-323/2024 14.05.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədirliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evin bütün sahələrindən istifadə edilməsi və evə köçürmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı azyaşlə uşağı 24 mart 2019-cu il təvəllüdlü X2 ilə birlikdə onun gəlin köçdüyü cavabdeh X1 valideyinlərinə məxsus Lerik şəhəri,H,Şxəliyev küçəsində yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə baxışı 14 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahış etmişdir. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanmasına heç bir etiraz etmədi. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı evin bütün sahələrindən istifadə edilməsi və evə köçürmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lerik Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-323/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №2(048)-323/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver