Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-33/2024 01.02.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs rəisi vəzifəsin icra edən X10 iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 doğum faktının müəyyən olunması, doğum şəhadıtnaməsində ana qrafasında anasının X11, ata qrafasında Ərizəçi olması barədə qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsin onunla əsaslandırmışdır ki, Lerik rayon məhkəməsinin 2(048)- 415/2019 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşı X11 ilə aralarında bağlanmış nigah pozulmuş və onun iddiasına əsasən uşaqların hər üçü onun yanında saxlanılmması barədə qətnamə qəbul edilmişdir. Həmin vaxtı keçmiş həyat yoldaşı xəyanət edərək, əxlaqsız hərəkətinə görə evdən qaçarkən hamilə olmuşdur. Bir müddətdən sonra, 2-aydan sonra, 4-cü övladı, Əkbər adında oğlan uşağı da anadan olmuşdur. Cavabdehlə boşandığına görə onu xəstəxanaya apara bilməmiş və doğuş yaxın qoşu və qohumların iştirakı ilə evdə baş vermişdir. Həmin vaxt onun anası X4, qonşulardan X6 və X1 ilə cavabdehi hamiləlikdən azad etmişlər. Nigahımızın pozulmasına baxmayaraq, cavabdeh bir müddət onlarda yaşamışdır. Lakin sonradan yoldaşı uşaqları saxlayaraq öz ata evinə İmişli rayonuna qayıtmışdır. Hal hazırda ayrı yaşayırlar.Cavabdehin uşaqlarla heç bir əlaqəsi və ünsiyyəti yoxdur. Ona görədə nə xəstəxanadan nə də cavabdeh tərəfindən bir sənəd ala bilməmişdir ki, uşağın doğum haqqında şəhadətnaməsini götürsün. Cavabdehlə əlaqə saxlayaraq İmişli rayonunda belə olsa uşağa sənəd düzəltməyi bildirmişdir. Lakin cavabdeh uşaq barədə belə maraqlı deyil. Ona görədə uşağın gələcəkdə vətəndaşlığı, təhsili, hərbi xidmətini nəzərə alaraq doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi qızı məhkəmə iclası zamanı ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasınıxahiş etdi. Maraqlı şəxs rəisi vəzifəsin icra edən X16 Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, həqiqətən də Əkbər adlı uşaq ev şəraitində anadan olmuşdur. Məhkəmə ərizəçini, maraqlı şəxsin və şahidin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE 16135577 saylı şəxsiyyət vəsiqəsinin sürətindəm görünür ki, Ərizəçi Lerik rayon Züvüç kəndində doğulmaqla Lerik rayon Züvüç kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Lerik rayon X2 kənd həhim məntəqəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X12 01 sentyabr 2022-ci il tarixdə tibbi müayinədən keçirilmişdir.Müayinə vaxtı o, sağlam vəziyyətdə olmuşdur. İş materiallarına əlavə edilmiş, Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 05/13-09 saylı imtina qərarından görünür ki, tibbi arayş təqdim edilmədiyinə görə Maraqlı şəxs doğum qeydinin icra edilməsi bə bu barədə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə X7 birgə nikahından xx.xx.2020-ci il tarixdə X12 adlı uşaq doğulmuşdur.Ərizəçinin uşaqı ev şəraitində doğulduğundan uşaq üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə X5 xx.xx.2020-ci il tarixdə Lerik rayon Zenonu kəndində anadan olması, X5 atası Ərizəçi anas X13 olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5 xx.xx.2020-ci il tarixdə Lerik rayon Zenonu kəndində anadan olması, X5 atası Ərizəçi anası X13 olması faktı müəyyən edilsin. Maraqlı şəxsnə tapşırılsın ki, doğum haqqında akt qeydləri kitabında uşağın adı «Əkbər», soyadı «Quliyev», atasının adı «Xoşbəxt», anasının adı «Genel», valideynləriatası Ərizəçi, anası X13, doğulduğu tarix «xx.xx.2020-ci il », doğulduğu yer «Lerik rayonu Zenonu kəndi» yazılmaqla müvafiq qeyd aparılsın. Qətnamənin icrasını Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 01 fevral 2024-cü il № 2 (048)-33/2024 Ərizəçi (Lerik rayonu Zenonu kəndi) Surəti: Maraqlı şəxsnə (Lerik şəhəri) Lerik Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2 (048)-33/2024 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 03 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-33/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-33/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver