Məhkəmə qərarları › İş №2(048)-34/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-34/2023

16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-34/2023 16.01.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlışəxs Maraqlı şəxs dövlət notariusunun vəzifəsini icra edən X1 iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-cı il tarixdə vəfat etmiş mərhum əri X3, bütün miras əmlaknın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X5 ilə 01 iyul 2005-ci il tarixində nikahlarını Cəngəmiran kənd ƏİN-də 15 sayla rəsmiləşdirməklə ailə həyatı qurmuşlar.Birgə nikahlarında övladları olmamışdır.Mərhum əri X5 02 mart 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum əri vəfat etdikdən sonra Lerik rayon Cəngəmiran kəndində yerləşən 0.20 ha torpağ sahəsi və onun üzərində inşa edilmiş birmərtəbəli üç otaqlı evi miras kimi qəbul edərək, təsərrüfatı o, idarə edir.Miras əmlakı ilə əlaqədar heç kimlə mübahisəsi yoxdur.Mərhum əri vəfat edənə qədər onunla birlikdə yaşayaraq təsərrüfatı birgə idarə etmişdir.Hazır ki, vaxta qədər torpaq vergisini, komunal xərcləri o, ödəmişdir.O, mirasın qəbul edilməsi ilə əlaqədar Notariusa müraciət etsə də ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib onun mərhum əri X2 miras qalmış torpağa və evə mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs qimində dindirilmiş Lerik rayon Dövlət Notariat Kontorunun dövlət notariusunun vəzifələrin müvəqqəti icra edən X4 Ərizəçi ərizəsini qəbul etdiyini və ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə tənəffüs yollarının digər şöbələrindən qanaxma xəstəliyindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Ərizəçi ilə X5 nikahlarını Lerik rayon Cəngəmiran kənd ƏİN-də 01 iyul 2005-ci il tarixdə 15 sayla rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. İş materiallarına əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi Lerik rayonu Cəngəmiran kəndində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 19279 saylımədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: MM-nin 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mirası qoyan X3 arvadıdır. Ərizəçinin əri xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X5 vəfat etdikdən sonra miras əmlakı birinci növbə (əri vəfat etdiyinə görə) vərəsələrdən olan arvadı Ərizəçi idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən mirasın qəbulu müddəti uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka mirasın qəbul üçün buraxılmış müddət uzadılsın Qətnamənin icrası Maraqlı şəxs dövlət natarusu tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar