Məhkəmə qərarları › İş №2(048)-341/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-341/2023

13.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-341/2023 13.07.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3,Cavabdeh4, Cavabdeh5 qarşı fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsinin üzərində olan 137.4kvm ümumi sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3,Cavabdeh4, Cavabdeh5 və onların ailə üzüvləri çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı "xxxx" KB ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi iddianı onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində olan 137.4 kvm ümumi sahədən ibarət fərdi yaşayış evini almışdır. Bu barədə ARƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkaran şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyesterində 1 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində olan 137.4 kvm ümumi sahədən ibarət fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsi ilə satılmışdır. Lerik Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(048)-174/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin iddiası təmin olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əkbər qızı, Cavabdeh4 və Cavabdeh5 iddiaçı X8 ASC-nin xususi mülkiyyəti olan Lerik rayonu Günəşli kəndindəki yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilmiş və qətnamənin cavabdehlərin qeydiyyatdan çıxarılması üçün əsas olduğu göstərilmişdir. Məhkəmə qətnaməsi əsasında cavabdehlərin Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində olan 137.4 kvm ümumi sahədən ibarət fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilmişdir.Buna baxmayaraq cavabdehlər istifadə hüquqları olmadığı halda, qanunsuz olaraq, qeyd olunan ünvanda faktiki yaşayırlar. Bu səbəbdən keçmiş mülkiyyətçisi Cavabdeh1 və digər cavabdehlərin Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində olan 137.4 kvm ümumi sahədən ibarət fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri qanunidir. Daha sonra iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində olan 137.4 kvm ümumi sahədən ibarət fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əkbər qızı, Cavabdeh4, Cavabdeh5, X5 və X11 çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı "xxxx" KB ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclası zamanı iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əkbər qızı, Cavabdeh4, Cavabdeh5, X5 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsini tərəfindən RX ******* sayla verilmiş çıxarışın sürətindən görünür ki, Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində olan 137.4 kvm ümumi sahədən ibarət fərdi yaşayış evi "xxxx" KB ASC xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Lerik şəhəri, Həzi Aslanov küçəsi yerləşən mənzil X1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Göstərilən yaşayış evi tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əkbər qızı, Cavabdeh4,Cavabdeh5, X5 və X11 iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Lerik rayonu, Günəşli kəndində yerləşən 0.07 ha torpaq sahəsi və onun üzərində olan 137.4 kvm ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın. Həmin fərdi yaşayış evi boşaldılaraq mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC-ə təhvil verilsin. Əlavə olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əkbər qızı, Cavabdeh4, Cavabdeh5, X5 və X4 100 (bir yüz) manat pul müştərək qaydada tutulub "xxxx" KB ASCna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar