Məhkəmə qərarları › İş №2(048)-342/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-342/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-342/2023 01.06.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh12 qızının, Cavabdeh11 və Cavabdeh14 iştirakı ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7 Əligülla qızı, Cavabdeh8, Cavabdeh9 Qəhraman qızı, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qızı, Cavabdeh13 qızı, Cavabdeh14, X4 qarşı xalçaçılığ sexindən çıxarılması tələbinə dair mülki işə məhkəmə baxış iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdehlər X1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7 Əligülla qızı, Cavabdeh8, Cavabdeh9 Qəhraman qızı, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qızı, Cavabdeh13 qızı, Cavabdeh14, X3 Xalçaçılığ sexinin inzibati binasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Xalçaçılıq sexinə dair Texniki pasport və ******* saylı dövlət reyesterindən çıxarış sənədi almışdır.Həmin sənədə əsasən Xalçaçılıq sexi onun xüsusi mülkiyətində olmaqla tam paya malikdir.Əlavə tikililərdə daxil olmaqla 0.4543 ha torpaq sahəsi vardır. Bütün bunlara baxmayaraq yuxarıdakı adları qeyd olunan ailə başçılarına və ailə üzüvlərinə Xalçaçılıq sexinin inzibati binasının boşaldılması barədə şifahi xəbərdarlıq etməsinə baxmayaraq onlar buna əhəmiyyət verməyərək həmin xalçaçılığ sexindən çıxmamışlar. O, həmin Xalçaçılıq sexinin fəaliyyətini bərpa etmək istəyir bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək göstərilənlərə uyğun izahat verərək məhkəmədən bu barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh X2 məhkəmə iclası zamanın iddianı qəbul edərək bildirdi ki, yaşamaqa heç bir yeri olmadığı üçün Xalçaçılıq sexində məskunlaşaraq orda yaşadığını bildirərək məhkəmədən bu barədə ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh4, Cavabdeh6, Cavabdeh12 qızı, Cavabdeh11 və Cavabdeh14 məhkəmə iclası zamanı cavabdeh X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iddiaçı və cavabdehləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX №1258832 saylı çıxarışın sürətindən görünür ki, sahəsi 1281.1 kvadrat metr olan tikili İddiaçı adına rəsmiləşdirilmişdir. Beləliklə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Xalçaçılıq sexinə dair Texniki pasport və ******* saylı dövlət reyesterindən çıxarış sənədi almışdır.Həmin sənədə əsasən Xalçaçılıq sexi iddiaçının xüsusi mülkiyətində olmaqla tam paya malikdir.Əlavə tikililərdə daxil olmaqla iddiaçının 0.4543 ha torpaq sahəsi vardır. Məhkəmə belə qənaətə gəlir ki, sözü gedən Xalçaçılıq sexi mülkiyyət hüququn tanınmaqla tam olaraq idiaçıya məxsusdur.İddiaçının gələcəkdə həmin Xalçaçılıq sexinin fəaliyyətinin bərpasını təmin etmək istəsə də lakin həmin sexdə qeyri qanuni məskunlaşmış ailələr buna imkan yaratmır.Bu səbəbdən də həmin ailələr iddiaçıya məxsus olan xalçaçılıq sexindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə hesab edir ki,cavabdehlər X2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7 Əligülla qızı, Cavabdeh8, Cavabdeh9 Qəhraman qızı, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qızı, Cavabdeh13 qızı, Cavabdeh14, X5 İddiaçı mülkiyyətində olan Xalçaçılığ sexindən çıxarılmalıdırlar. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər X2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh5, Cavabdeh7 Əligülla qızı, Cavabdeh8, Cavabdeh9 Qəhraman qızı, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qızı, Cavabdeh13 qızı, Cavabdeh14, X5 İddiaçı xüsusi mülkiyyətində olan Xalçaçılığ sexindən çıxarılsınlar. Əlavə olaraq cavabdehlərdən 100 (bir yüz) manat pul müştərək qaydada tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar