Məhkəmə qərarları › İş №2(048)-35/2023

Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-35/2023

06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-35/2023 06.02.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X17 iştirakları ilə Ərizəçi oğlunun hüquqmüəyyənedici faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN- 0007, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarının soyadı,adı, ata adı-yəni 1-ci sırada göstərilən X10 “soyad”,-2-ci sırada göstərilən X18 “ad, soyad”, 3-cü sırada X11 “soyad, ata adının”, 4-cü sırada X12 “soyad” , 5-ci sırada X7 “soyad”, 6-cı sırada X5 “soyad” və 7-ci sırada X13 “soyad” -larının səhvən yazılması faktının müəyyən edilməsi və həmin şəhadətnamədə torpaq payçılarının ad, soyadı və ata adı-yəni 1-ci sırada X10- Ərizəçi kimi, 2-ci sırada X18- X16, 3-cü sırada X11- X3, 4-cü sırada X12- X4, 5-ci sırada X7- X1, 6-cı sırada X5- X2 və 7-ci sırada X13- X6 yazılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1958-ci ildə Lerik rayon Zövnə kəndində doğulmaqla 1991-cu ildə Lerik rayon Arta kənd sakini X24 ilə rəsmi nikaha daxil olaraq ailə qurmiuşdur. Birgə nikahlarından 5 uşağları doğulmuşdur. Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərinə 2.94 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsini uzun illərdir ki, onların istifadəmizdə olmaqla kənd təsərrüfatı məhsulları əkib becərirlər. Buna baxmayaraq savadsızlığından həmin akta baxmamışıdır. Həmin torpaq aktında torpaq mülkiyyətçisi kimi onun, yoldaşının və digər ailə üzvlərinin ad, soyad və ata adı səhv qeyd olundmuşdur. Hazırda sözügedən torpaq sahəsinə çıxarış almaq istəsələr də torpaq aktında ailə üzvləinin adı səhv göstərildiyindən bunu etmək mümükün olmamışdır. Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərinə verilmiş JN-0007, KOD 80316118 saylı Torpağa Mülkiyyət hüququna dair şəhadətnamədə torpaq payçılarının adı-yəni 1-ci sırada Ərizəçi əvəzinə X26, 2-ci sırada X27 əvəzinə X32, 3-cü sırada X14 əvəzinə X28, 4-cü sırada X15 əvəzinə X29, 5-ci sırada X8 əvəzinə X23, 6-cı sırada X9 əvəzinə X19 və 7-ci sırada X20 əvəzinə X30 qeyd olunmuşdur. Həmin şəhadətnaməni digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə təqdim etmiş, lakin ona akta düzəliş edilmək üçün məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılımasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X33 məhkəmə iclasında Ərizəçi oğlunun ərizəsinə etirazı olmadığını bildirdi.Ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş; X45 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,ərizəçinin soyadı Ərizəçi kimi qeyd olunmuşdur. Məhkəmə ərizəçinin və nümayəndənin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında işin araşdırması halları ilə müəyyən olunmuşdur ki, Ərizəçi və ailə üzüvlərinin mülkiyyətinə verilmiş 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə JN-0007, KOD 80316118 saylı Mülkiyyət hüququna dair Dövlət aktında ərizəçinin və ailə üzüvlərinin soyadı səhv qeyd olunduğundan ərizəçinin gələcəkdə bir çox problemlrələ üzləşməsinə gətirib çəxaracağı müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə iş üzrə toplanmış sübütların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməklə Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN-0007, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarının soyadı,adı, ata adı-yəni 1ci sırada göstərilən X10 “soyad”,-2-ci sırada göstərilən X18 “ad, soyad”, 3-cü sırada X11 “soyad, ata adının”, 4-cü sırada X12 “soyad” , 5-ci sırada X7 “soyad”, 6-cı sırada X5 “soyad” və 7-ci sırada X13 “soyad” -larının səhvən yazılması faktı müəyyən edilməli və həmin şəhadətnamədə torpaq payçılarının ad, soyadı və ata adı-yəni 1-ci sırada X10- Ərizəçi kimi, 2-ci sırada X18- X16, 3-cü sırada X11- X3, 4-cü sırada X12- X4, 5-ci sırada X7- X1, 6-cı sırada X5- X2 və 7-ci sırada X13- X31 ilə eyni şəxs olması faktı müəyyən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Lerik Rayon Aqrar İslahat Komissiyasının 01 mart 1999-cu il tarixli 49 saylı qərarı ilə ailə üzvlərimizə verilmiş JN-0007, KOD 80316118 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq payçılarının soyadı,adı, ata adı-yəni 1-ci sırada göstərilən X10 “soyad”,-2-ci sırada göstərilən X18 “ad, soyad”, 3-cü sırada X11 “soyad, ata adının”, 4-cü sırada X12 “soyad” , 5-ci sırada X7 “soyad”, 6-cı sırada X5 “soyad” və 7-ci sırada X13 “soyad” -larının səhvən yazılması faktı müəyyən edilsin, həmin şəhadətnamədə torpaq payçılarının ad, soyadı və ata adı-yəni 1-ci sırada X10- Ərizəçi kimi, 2-ci sırada X18- X16, 3-cü sırada X11- X3, 4-cü sırada X12- X4, 5-ci sırada X7- X1, 6-cı sırada X5- X2 və 7-ci sırada X13- X31 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamədə düzəliş edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar