Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-368/2024 25.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs dövlət notariusu X4 iştirakları ilə, Ərizəçi Maraqlı şəxsna qarşı birinci növ vərəsə kimi tanınma və mərhum bacısı qızından miras qalmış mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək birinci növbə vərəsəsi kimi tanınması və mərhum bacısı qızı X2 miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, valideynləri, atası X16 və anası X5 ilə el adəti ilə evlənmişlər.Nighlarından mərhum bacısı X9 və özü Ərizəçi adlı övladları olmuşdur.Birgə yaşayış dövründə bacısı X3 övladı X10 anadan olmuşdur. Valideynləri, bacısı və bacısı qızı vəfat edəndən sonra bütün miras əmlakını qəbul edərək,təsərrüfati idarə etmişdir.Miras əmlakı ilə əlaqədar aralarında heç bir problem olmamışdır.Hazırda mərhum bacısı X3 və bacısı qızı X6 yeganə vərəsəsidir.Valideynləri ,bacısı və bacısı qızı vəfat edənədək onlarla birlikdə yaşamiş təsərrüfati birgə idarə ediblər,hazirda təsərrüfati özü idarə edir. Belə ki,**********43-05101-093016 saylı çıxarışa əsasən ünvan 1 ünvanında xüsusi mülkiyyətində verilməklə ümumi sahəsi 35.1 kvm olan 1 otaqlı mənzil mərhum bacısı qızı X6 adina rəsmiləşdirilməklə ailələrinin mülkiyyətinə verilmişdir. Bildirib ki, mərhum bacısı qızı X6 ondan başqa vərəsəsi yoxdur.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edib onun mərhum bacısı qzı X18 1-ci növbə vərəsəsi kimi tanınması və ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı maraqlı şəxs qimində dindirilmiş Lerik rayon Dövlət Notariat Kontorunun dövlət notariusu X11 Ərizəçi ərizəsini qəbul etdiyini və ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. İş materiallarına əlavə edilmiş AZE № 00****** saylı vəsiqənin sürətindən görünür ki, Ərizəçi Lerik şəhərində pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Lerik rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 595 nömrəli arayışdan görünür ki,X10 xx.xx.1958-ci ildə Lerik rayon Lerik qəsəbəsində anadan olmuşdur.X1r. İş materiallarına əlavə edilmiş 327640 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş böyrək çatışmamazliğı səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 274375 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə durğunluq pnevmaniyası səbəbindən vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29.11.2-2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də ünvan 2 ünvanında tək yaşayır. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti Başçısının Lerik Şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29.11.2-2023-cü il tarixli arayışdan görünür ki, X10 həqiqətən də xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Ərizəçi bacısı qızıdır. İş materiallarına əlavə edilmiş ARİN-i yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxs 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli texniki pasportun sürətindən görünür ki, reyestr nömrəsi **********43-05101-093016 sayli,ünvan 4 ünvanindaki evə texniki pasport verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 Şəxsi Hüquqların dövlət qeydiyyat haqqqında daşınmaz əmlakın dövlət reystri tərəfindən verilən xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışın sürətindən görünür ki, ünvan 4 X6 xüsusı mülkiyyətinə verilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: MM-nin 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MM-nin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideynlərinə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi mirası qoyan X6 xalasıdır. X6 anası X9 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. X10 vəfat etdikdən sonra miras əmlakı birinci növbə (anası vəfat etdiyinə görə) vərəsələrdən olan xalası Ərizəçi idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mərhumun 1-ci növbə vərəsələri olan anası X9 vəfat etdiyindən və mərhumun yeganə 1-ci növbə vərəsəsi xalası Ərizəçidır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə xx.xx.2023-cü il tarixdə tarixidə vəfat etmiş X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən mirası qəbulu etdiyindən ona Lerik şəhəri H.Aslanov küçəsi ev 8 mənzil 4-ə vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2023-cü il tarixdə tarixidə vəfat etmiş X6 1-ci növbə vərəsəsi olması müəyyən edilsin və ərizəçiyə Lerik şəhəri H.Aslanov küçəsi ev 8 mənzil 4-ə vərəsəlik haqqında şəhadətnamə verilsin. Qətnamənin icrası Maraqlı şəxs dövlət natarusu X8 tapşırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-368/2024
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-368/2024
25.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver