Azərbaycan Respublikası adından QƏTNAMƏ Lerik rayonu İş № 2(048)-372/2023 05.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı həyatyanı torpağ sahəsində olan tikdikləri tikilinin sökülməsi və həyətinə buraxılan kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızının ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsində tikdikləri tikilinin sökülməsi, cavabdehlər tərəfindən həyətinə buraxılan kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması və ödədiyi 10 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Lerik şəhərində doğulmuşdur. Hazırda Lerik şaharində yuxarda göstərdiyi ünvanda yaşayır. Hazırda evi ünvan 3 və 0.15 ha torpaq sahasini özəlləşdirmişdir. Qonşulqda yaşayan qardaşı Cavabdeh1 onun Bakı şəhərində olmağından istifada edib hayatinin bir hissəsini zəbt etmişdir. Bu barədə dəfələrlə cavabdehə torpağını zaptdən azad etsin.Lakin heç bir nəticəsi olmamışdır. Bu barədə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsinə əsasən cavabdeh tərəfindən zəpt olunan torpaq sahəsi cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qəbul olunduqdan sonra onun evdə olmadığından istifadə edib cavabdeh evinin arxa hissəsini və bağ hissəsini zəbt edərək çəpər almış, həmçinin həmin ərazidə toyuq hini yəni tikili tikmiş hamçinin evinin aşağı hissəsindən torpağını zabt etmiş va evinin kanalizasiya xəttini yəni çirkab suları onun həyətinə buraxmışdır. Həmin torpaq sahəsi və ev onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarasi tarafindan 11 avqust 2015-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmaqla hamin evin və topağın hüquqi sahibi özüdür.Cavabdeh, onun torpaq sahəsindən öz şəxsi torpağı kimi istifadə etməklə onun və ailə üzvlərinin hüquqlarını pozur. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirdi ki, Vidadi onun qardaşıdır.İddiaçı ona şər böhtan atır.O, iddiaçının torpağın zəpt etməmişdir.Onun torpağ sahəsində toyuq hini tikməmişdir.Ona görədə göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh2 qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 12233 saylı qəbzindən görünür ki, iddiaçı Cavabdeh1 məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzi tərəfindən 03 sentyabr 2021-ci il tarixdə № 415 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Lənkaran Əraiz İdarəsi tərəfindən 11 avqust 2015-ci il tarixdə qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri ərazinin ümumi xəritəsi və aerofotoplan üzırində dəqiqləşdirilmişdir.Bu barədə xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunmuşdur. Tədqiqat zamanı Cavabdeh1 tərəfindən tikilən yikilio ( toyuq hini) İddiaçı mülkiyyətində olan (**********25.10301 reyestr nömrəli çıxarış) həyatyanı torpaq sahəsində yerləşir və tutduğu sahə 6 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterində xx.xx.2015-ci il tarixli seriya RX № ******* nömrəsi ilə qeydiyyata alınıb çıxarışdan görünür ki, 0.15 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş 121.8 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 28 iyul 2023-cü il tarixli 10/5014 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz emlakın Dövlet Kadastri va Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-1734/2023 saylı mütəxəssis rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz emlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli********** qeydiyyat nömrəli Çıxarışla (Seriya RXNº0704820) İddiaçı Fərzəli (Fərzi) oğlunun mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.Sözügedən torpaq sahəsinin məhkəmə predmeti olan mübahisəli ərazidə yerləşməsi müəyyən olunmuşdur.Cavabdeh1 tərəfindən 14 kv.m ölçüdə tikilən tikilinin (toyuq hininin) 3,5 kv.m hissesinin iddiaçı X2 (Fərzi) oğlunun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015ci il tarxli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur İş materiallarına əlavə edilmiş Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18900 saylı qəbzdən görünür ki, DƏDRX Lənkaran Ərazi İdaresinə 311 manat ekspertiza ödəniş ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdsır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən «Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir». «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. «Ceyms və başqaları Birləşmiş Krallığa qarşı» işində (21 fevral 1986-cı il tarixli qərarı) Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də, onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Həmçinin Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə «Marks Belçikaya qarşı» işində şərh verərək göstərilmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin məhkəmə iddiaçının maddi ziyanla bağlı hissəsi üzrə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəfindən ona maddi ziyan vurulması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim olunmudur. Ona görə də məhkəmə hesab edir ki, iddianın tələbi maddi ziyanla bağlı hissəsi də qismən təmin edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.15 ha torpağ sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən tikilən tikilinin (toyuq hininin) 3.5 kv.m hissəsi sökülərək həmin torpaq sahəsi mülkiyyətçisi olan İddiaçı mülkiyyətinə qaytarılmalıdır. Məhkəmə iddiaçının cavabdehlərin onun həyətinə buraxılan kanalizasiya xəttinin cavabdehlərin hesabına çıxarılması tələbinə gəldikdə hesab edir ki, məhkəməyə təqdim olunmuş ekspert rəyində iddiaçının həyətinə axıdılan kanalizasiyanın cavabdehlər tərəfindən çəkilməsi öz əskini tapmadığından və iddiaçı bu barədə məhkəməyə hər hansı bir əsaslandırıcı sübut təqdim etmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 10 (on) manat dövlət rüsumu, X1 ödənilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərci və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 311 (üç yüz on bir) manat pul cəmi ümumilikdə 571 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına aid edilməlidir. Əlavə olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından 50 manat ekspertiza tədqiqatının dəyəri pul tutularaq məhkəmə ekspertiza mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0.15 ha torpağ sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı tərəfindən tikilən tikilinin (toyuq hininin) 3.5 kv.m hissəsi sökülərək həmin torpaq sahəsi mülkiyyətçisi olan İddiaçı mülkiyyətinə verilsin. İddiaçı tərəfindən məhkəməyə ödənilmiş 10 (on) manat dövlət rüsumu, X1 ödənilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərci və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsin 10 saylı Ərazi İdarəsinə ödənilmiş 311 (üç yüz on bir) manat cəmi ümumilikdə 571 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Əlavə olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq məhkəmə ekspertiza mərkəzinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov AZƏRBAYCAN RESPUBLİKASİNİN LERİK RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ 4300 Lerik şəhəri, Nizami küçəsi № 2 Telefon: ***-***-**-**, Faks: ***-***-**-** Elektron poçtu LElektron ünvan 05 oktyabr 2023-cu il 2 (048)-372/2023 İddiaçı (Lerik şəhəri Arif Nuriyev küç., 39) Surəti: Cavabdeh1 Cavabdeh2 qızına (Lerik şəhəri Arif Nuriyev küçəsi) Lerik Rayon Məhkəməsinin 05 oktyabr 2023-cu il tarixli 2(048)-372/2023 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: 06 vərəqədə qətnamə hər bir ünvana. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №2(048)-372/2023
Lerik Rayon Məhkəməsi Qətnamə — İş №2(048)-372/2023
05.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver